Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
P R E Z İ D E N T K İ T A B X A N A S I
Xarici siyasət
fəaliyyəti
22
Bilirik ki, potensial böyükdür. Lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Çünki
siyasi əlaqələrə gəldikdə, hər bir şey aydındır. Biz dostuq. Mənim Zirvə Görüşündə iştirakım bunu bir daha əks
etdirir. Lakin ticari və iqtisadi sahələrdə fəaliyyətimiz, əlbəttə ki, bizi qane edə bilməz.
Misirlə
münasibətlərə gəldikdə, bunun yaxşı tarixi var. Azərbaycanın müstəqilliyinin ilk illərindən biz
siyasət, iqtisadiyyat, ticarət və turizm kimi müxtəlif sahələrdə fəal şəkildə əlaqə saxlayırıq. Mən Misirdə rəsmi
səfərdə olmuşam. Həmçinin Misir Prezidenti bir neçə il əvvəl Azərbaycanda rəsmi səfərdə olub.
Bir sözlə,
əməkdaşlığımızın bu formatı da var. Fikrimcə, həmin iş birliyinin potensialı həqiqətən çox böyükdür. Sağ olun.
Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə
ekspert
Con Roberts:
- Mənim sualım Mətyu Brayzənin verdiyi sualın davamıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz
yataqlarının işlənilməsi və “Şahdəniz”də hasilatın artırılması ilə bağlı BP ilə danışıqlarınız nə dərəcədə
irəliləyib? Mən bəlkə də, artıq tamah göstərərək, Sizə bir sual da verim: Sizi gecə yatmağa qoymayan nədir?
Dostları ilə paylaş: