Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə359/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   351   352   353   354   355   356   357   358   359
 
X X X
Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, 
şahzadə Əbdül Əziz bin Salman Əl-Səud
çıxış 
edərək deyib: 
- Cənab Prezident, icazə verin, çıxışıma onunla başlayım ki, Sizə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə 
Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz 
Al Səudun salamlarını çatdırım. Onlar Azərbaycan Respublikasına davamlı uğur diləyir, Azərbaycanla 
münasibətlərin daha da möhkəmlənməsində Səudiyyə Ərəbistanı Krallığının maraqlı olduğunu bir daha 
vurğulayırlar. Bu gün burada təməlqoyma mərasimində Sizinlə olmaqdan çox məmnunam. Zati-aliləri cənab 
Prezident, gözəl Bakı şəhərində bizi bu qədər səmimi qəbula görə icazə verin, Sizə səmimi təşəkkürümü bildirim. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
277 
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman əl Səud Prezident İlham 
Əliyevin rəhbərlik keyfiyyətləri sayəsində OPEC+ çərçivəsində əldə edilən uğurların əhəmiyyətini vurğuladı. O, 
son bir neçə il ərzində dünya neft sənayesində və OPEC+ formatında ölkələrimiz arasında güclü müttəfiqlik, 
tərəfdaşlıq və dostluq əlaqələrinin qurulduğunu qeyd etdi. Nazir azərbaycanlı həmkarı ilə də bu sahədə fəal iş 
apardıqlarını bildirərək dedi: 
- Azərbaycan və Səudiyyə Ərəbistanı arasında uzun müddət ərzində güclü diplomatik və iqtisadi 
münasibətlər olub. Krallıq 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu 
münasibətlər müasir Azərbaycan dövlətinin banisi, Zati-aliləri mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə 
Ər-Riyada səfəri ilə daha da gücləndirilib. Allah ona rəhmət eləsin! 
Ölkələrimiz arasında bir çox oxşarlıqlar var. Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat və 
cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyublar. Odlar yurdu Azərbaycan 
birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyi olduğunu iddia edə bilər, çünki hələ XIX əsrdə burada 
quyulardan neft hasil edilirdi. Hazırda biz bu gün bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin 
aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa 
sahibik. “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 
faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını 
artıraraq Krallığımızın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub. Bu gün qeyd etdiyimiz kimi 
Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı 
hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına 
əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni 
zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə 
atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 
faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq. 
Əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi 
ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin 
mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki 
mümkün tətbiqi öyrəniləcək. 
Cənab Prezident, bu gün böyük fərəh hissi ilə qeyd edirəm ki, biz iki nazirlik olaraq birgə çalışırıq və bu 
rübün sonuna qədər iki nazirlik arasında bir çox aspektlər üzrə əməkdaşlığımızın irəli aparılması yolları ilə 
əlaqədar olaraq, istər neft-qaz sahəsi, neft-kimya məhsulları, bərpaolunan enerji, səmərəlilik, karbon 
tullantılarının atmosferə atılmasının azaldılması üzərində qurulmuş iqtisadiyyat üzrə memorandumun 
hazırlanmasına ümid edirik. Əməkdaşlıq üçün ümumi istəyin olacağı təqdirdə, biz hər bir aspekt üzrə işbirliyi 
qurmalıyıq. Bu, ölkə və onun xalqı üçün, bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu ölkənin rəhbərliyi ilə 
əməkdaşlıq bizim üçün mühüm əhəmiyyətə malikdir. İki müsəlman ölkəsi arasında uzun məsafənin olmasına 
baxmayaraq, onların öz planlarına görə bir-birinə bu qədər yaxın olmasını görməkdən yaxşı nə ola bilər. Bu, 
ölkələrimizi ayıran məkan və məsafələrdən asılı olmayaraq, məhz onların rəhbərliyinin uzaqgörənliyi, iradəsi ilə 
izah olunur. Bununla belə, ölkələrimizi birləşdirən amil öz xalqlarının rifahını yaxşılaşdırmaq kimi məsələlərdən 
ibarət ümumi gündəlikdir. Sağ olun, cənab Prezident. 
 
X X X
Mərasimdə Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlər barədə videoçarx nümayiş etdirilib. 
 
X X X
Daha sonra Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini 
qoyublar. 
AZƏRTAC 
2022, 13 yanvar 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə