Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə354/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   351   352   353   354   355   356   357   358   359
AZƏRTAC 
2022, 14 yanvar 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
272 
Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti 
Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib 
Kiyev şəhəri, 
14 yanvar 2022-ci il 
Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və 
Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib. 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən 
Ukrayna 
Prezidenti Volodimir Zelenski çıxış edərək dedi: 
-Təşəkkür edirəm! 
Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl, çox məzmunlu söhbətimiz oldu. Mən onu, onun 
komandasını, xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə çox şadam. COVID həqiqətən 
ölkələrimiz üçün böyük təhdiddir. Lakin biz başa düşürük ki, COVID-lə mübarizə aparmalıyıq, görüşməliyik ki, 
gələcəkdə ölkələrimiz arasında gözəl münasibətləri inkişaf etdirək. 
Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə 
görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək. 
Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki 
əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə 
ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və 
müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri 
biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik. 
Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər 
üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə