Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə29/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   25   26   27   28   29   30   31   32   ...   359
Səccad Kərim:
-Cənab Prezident, çox sağ olun. İcazə verin, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edim. 
Mübaliğəsiz, bu dialoq Azərbaycanla əlaqələrlə məşğul olan hamı üçün olduqca faydalıdır. İcazə verin, ilk 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
21 
növbədə, Sizi Təl-Əvivdə səfirlik yaratmaq qərarı münasibətilə təbrik edim. Qəbul etdiyiniz qərarı dəstəkləyən 
ölkənin, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvü olaraq bunu alqışlayıram. Cənab Prezident, 
torpaqlar azad ediləndən sonrakı proseslər, eynilə Sizin dediyiniz kimi gedir, görünür ki, təkcə Azərbaycan üçün 
deyil, bütün Cənubi Qafqaz üçün belə gedəcək. Mənim daha çox məlumat əldə etmək istədiyim məsələ rəqəmsal 
kommunikasiya ilə, bunun Sizin ümumi planlarınızda necə əks olunması ilə bağlıdır, təkcə Azərbaycan, azad 
edilmiş ərazilər üçün deyil, həm də Cənubi Qafqaz üçün. Biz qlobal səviyyədə məlumatların qorunması sahəsində 
3 əsas fərqli versiya görürük - ABŞ modeli, Avropa modeli və Çin modeli. Siz məlumatların qorunmasında 
Azərbaycanın yerini necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Təşəkkür edirəm. İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq 
qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks 
etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban 
əməkdaşlığın rəsmiləşdirilməsidir. Bu qərara dəstəyinizə görə təşəkkür edirəm, çünki aydın başa düşdüyümüz 
kimi, bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları 
xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu 
edirik. 
Rəqəmsal kommunikasiya məsələsinə gəlincə, bəli, biz müasir dünyanın trendlərini başa düşürük. Yeri 
gəlmişkən, biz keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyimizin adını dəyişdirib Rəqəmsal 
İnkişaf və Nəqliyyat Nazirliyi qoymağı qərara alanda, bu, reallığı əks etdirirdi. Çünki indi bu, inkişaf və 
təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Bizim hansı modeli seçdiyimizi demək ola bilsin ki, mənim 
üçün çətin olar. Düşünürəm ki, ekspertlər və mütəxəssislər mənə bununla bağlı məsləhətlərini verəcəklər, çünki 
mən bu sahə üzrə mütəxəssis deyiləm. Lakin biz yenə də qabaqcıl təcrübəyə, qabaqcıl texnologiyaya və ən yaxşı 
qorunmaya əsaslanaraq seçim edəcəyik. Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə 
daha çox ölkə, hətta bizdən çox müasir texnologiyalara malik ölkələr kiber hücumlara qarşı həssaslaşır. Ona görə 
də, sözsüz ki, biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq. 
Azad edilmiş ərazilərlə bağlı sizin fikirlərinizə gəldikdə isə, demək istərdim ki, biz azad edilmiş ərazilərdə 
ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən 
quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. 
İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və 
yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması 
modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat 
yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ 
nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə 
hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə 
keçəcəyik. Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. 
Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz 
texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə 
də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik. 
Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə