Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə31/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   27   28   29   30   31   32   33   34   ...   359
Prezident İlham Əliyev:
Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. 
Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Çünki Azərbaycan iki ildən 
çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal 
zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu, 
hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər 
Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni 
tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının 
küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır. 
Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur. 
BP ilə planlarımıza gəldikdə, əlbəttə ki, biz əməkdaşlığımızı davam etdiririk. BP Azərbaycanda strateji 
sərmayədardır və bildiyiniz kimi, “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. Şirkətin öz 
fəaliyyətini genişləndirmək planları var. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi 
hazırda heç zaman olmadığı qədər daha da zəruridir. Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində 
danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri 
arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda 
qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib, çünki “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz 
yatağında hasil ediləcək qaz ayrıca böyük qaz yatağını nəzərdə tutur. Siz, həmçinin enerji şirkətlərinin “yaşıl 
enerji”yə keçiddə iştirakı barədə bilirsiniz. BP, həmçinin bu prosesə rəhbərlik edir. Onların azad olunmuş 
Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. Bu, onların nəinki Azərbaycanda 
bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o 
cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır. Buna görə biz çox minnətdarıq ki, 230 
meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. 
Bizim Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb. Beləliklə, günəş 
və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 
meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyaları 
tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Əvvəlcə söylədiyim kimi, biz 
bərpaolunan enerji mənbələrindən daha çox enerji istehsal etsək, daha çox qazı beynəlxalq bazarlara yönəldə 
bilərik. Bu halda hər tərəf uduşlu vəziyyətdədir. Əminəm, digər əsas enerji şirkətləri də diqqətini Xəzər dənizinin 
potensialına yönəldəcək, çünki belə qənaətə gəlmişik ki, Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına 
görə ikincidir. Əlbəttə, enerji şirkətləri BP kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə, 
Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar. 
Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə