Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə39/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   35   36   37   38   39   40   41   42   ...   359
Prezident İlham Əliyev:
Düşünürəm ki, heç kim nə baş verəcəyini bilmir. Biz birbaşa bu prosesdə iştirak 
etmirik. Məlumatı əsasən açıq mənbələrdən alırıq. Lakin başa düşdüyümüzə görə, bu müharibə ilə bağlı 
beynəlxalq prosesləri qətiyyən proqnozlaşdırmaq mümkün deyil. Düşünürəm ki, ən mühüm sual odur ki, bu, nə 
vaxt bitəcək və necə bitəcək? Dünyada çox şey bundan asılı olacaq. Ona görə də bunun necə davam edəcəyini 
şərh etmək mənim tərəfimdən bir növ məsuliyyətsizlik olar. Bu, bir sıra amillərdən - Rusiya hökumətinin 
siyasətindən, Ukrayna hökumətinin siyasətindən və Ukrayna ordusunu dəstəkləyən Qərb alyansından asılıdır. 
Beləliklə, başa düşmək lazımdır ki, müharibəyə son qoyulmalıdır. Düşünürəm ki, bu, bir nömrəli məsələdir və 
sözsüz ki, Azərbaycan hər zaman bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi 
çıxış edib və biz bu mövqedə qalırıq. 
Biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Ona görə də ərazi bütövlüyü 
beynəlxalq hüququn başlıca prinsipidir. Başqa bir məsələ ondan ibarətdir ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə 
selektiv yanaşma var. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus 
olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, 
hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana 
gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik. Onların yanaşması belə idi ki, 
siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız 
mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır. Biz BMT Təhlükəsizlik 
Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, 
Helsinki yekun aktı barədə heç bir cavab yox idi. Biz dedik ki, yaxşı, bu, reallıqdırsa, onda biz bu reallığı 
dəyişəcəyik və biz reallığı dəyişdirmək üçün özümüzü hazırlamağa başladıq. Bu, belə baş verdi. 
Vəziyyəti dəyişən beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, bizim ordumuz, 
xalqımız və siyasi iradəmiz oldu. Beləliklə, reallıqlar dəyişməlidir. Sizin bunu etmək üçün gücünüz varmı? Varsa, 
bunu edirsiniz, yoxdursa, güc toplayırsınız. Əgər sakit həyat istəyirsinizsə, bu reallıqla razılaşırsınız. Bizim 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə