Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə40/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   36   37   38   39   40   41   42   43   ...   359
Xarici siyasət 
fəaliyyəti 
29 
seçimimiz fərqli idi. Mənə yuxusuz gecələrlə bağlı sual verildi. Bəli, işğal dövründə çox olub qəzəb hissinə görə, 
nə isə baş verəcəyi hissinə görə deyil, qəzəb hissinə görə və bəzən dünyanın bu ədalətsizliklə necə nizamlandığını 
anlamağa görə. Mənim ədalətə inamım yalnız biz müharibədə qalib gələndən sonra yarandı. Mən yenidən ədalətə 
inanmağa başladım. Ona görə də yenə də bunun sonunun necə olacağını bilmirəm. Bizim etdiklərimiz açıq-
aşkardır. Bizim ərazi bütövlüyünün bərpası ilə bağlı vəziyyətə necə yanaşdığımız da məlumdur. Ona görə də siz 
güclü olmalısınız. Əfsuslar olsun ki, bu, XXI əsr beynəlxalq münasibətlərinin nəticəsidir. Qətnamələri
bəyanatları, xoş sözləri unudun, onların heç bir dəyəri yoxdur. Siz, sizin xalqınız, ordunuz və sizin ədalət hissiniz. 
ABŞ-ın Hərbi Dəniz Donanma Məktəbinin professoru 
Brenda Şafer:
-Bizi qəbul etdiyinizə görə çox sağ olun. Burada olmaq gözəldir, bizə vaxt ayırdığınıza görə təşəkkür 
edirəm. Əgər mümkündürsə, mənim 2 sualım var. Azərbaycan özünün 30 illik strateji layihələrində tələblərin, 
ehtiyacların artacağını strateji olaraq beynəlxalq neft şirkətlərindən, xarici hökumətlərdən çox qabaq görür. 
Buna Cənub Qaz Dəhlizi layihəsini misal göstərə bilərik. Hətta Avropa institutları təbii qaza ehtiyacın az 
olacağını hesab edərkən, şirkətlər Yekun İnvestisiya Qərarında hər şey - maye qaz və bərpaolunan enerji tətbiq 
olunacaq deyə bu layihəni son meqaqaz layihəsi kimi qələmə verərkən belə, Azərbaycan gələcəyi gördü, tutumu 
artırıla bilən, ikiqat tutumlu kəmərlər inşa etdi və artıq 2 ildir ki, Avropa sifariş verib. Bu həftə baş çəkmək 
şərəfinə nail olduğum daha bir infrastruktur layihəsi də Zəngilanda idi. Kiminsə “burda hava limanına nə ehtiyac 
var? Niyə burada, bu məkanda gözəl evlər və müasir şəhər inşa edilir?” dediyini gördükdə. Əlbəttə, Sizin də qeyd 
etdiyiniz kimi, haqq-ədalət üçün. Keçmiş köçkünlər öz evlərinə qayıdırlar. Biz hər zaman münaqişələr haqqında, 
qaçqınların üzləşdikləri çətinliklər, ədalətsizliklər haqqında eşidirik. Ancaq qaçqınların öz yurdlarına qayıdanda 
buradakı kimi həyəcanlı olduqlarını xatırlamıram. Hesab edirəm ki, Cənub Qaz Dəhlizi, Bakı Tbilisi Ceyhan kimi 
burada da gələcəyi görən bir baxış var. On il ərzində Zəngilan ətrafında daha böyük region olaraq haranı 
görürsünüz? Bu hava limanından kim istifadə edəcək? İranın şimalındakı şəhərlər və ya Türkiyənin şərqi olacaq? 
Regionun inkişafını necə görürsünüz?
İkinci sualım. Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə mühüm böyük proseslərin şahidi oluruq. Deyə 
bilərik ki, İbrahim razılaşmasında nəzərdə tutulan hər şey - Yaxın Şərqdə əməkdaşlıq sahələri və nəqliyyat 
marşrutları dəyişib. Əgər İran əvvəllər müsəlman ölkələrinə dəstək simvolunu təcəssüm etdirirdisə, aydındır ki, 
30 illik işğal dövründə Sizin də dediyiniz kimi, bir dəfə də işğalla bağlı səsini çıxarmayıb. Hətta “Xudafərin” və 
“Qız Qalası” kimi Su Elektrik stansiyaları kimi iqtisadi layihələrin icrası, işğaldan azad edilmiş ərazilərdə 
məscidlərin bərpası və Şuşadakı məscidin qismən restavrasiyası ilə bağlı da. Açığı, İran artıq İslam 
həmrəyliyindən danışmır. Deyə bilərik ki, Türkiyə bir çox müsəlman ölkələrinin ordu quruculuğunda iştirak edir. 
Səudiyyə Ərəbistanının digər OPEC ölkələrindən daha çox Rusiya ilə neft əməkdaşlığı var. İran özünü şiə dövləti 
adlandırır, ancaq əsl müsəlman ölkəsi, əsl dini hökumət qadınları necə başından vuraraq öldürə, onlarla bu cür 
davrandığı kimi davrana bilər? Biz yeni modelin formalaşmaqda olduğunu görürük. Xüsusilə şiə müsəlmanları 
artıq üzlərini Quma yox, Nəcəfə və ya digər şəhərlərə, bəlkə də tam fərqli bir modelə, məsələn, Azərbaycandakı 
modelə döndəriblər. Hansı ki, dünyəvi dövlət, dünyəvi hökumət, dünyəvi təsisatlar olsa da, burada dinə inanan 
insanlar ənənəvi İslama daha çox bağlıdır, harada ki, dini liderlər idarəçilikdə deyillər, dövlət qurumlarından 
ayrıdırlar. Çox sağ olun.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə