Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə41/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   37   38   39   40   41   42   43   44   ...   359
Prezident İlham Əliyev:
Təşəkkür edirəm. Siz çox mühüm məsələlərə toxundunuz. Bu suallara cavab 
verərkən, sadəcə, demək istəyirəm ki, bizim güclü inamımız və ölkənin inkişafı ilə bağlı burada gördüyümüz işlər, 
eləcə də cəmiyyətə verdiyimiz mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz 
hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi 
həyata müdaxilə etməməlidir. Kimsə siyasi İslam barədə danışanda biz başa düşmürük. Bu, Azərbaycanda adi hal 
deyil. Düşünürəm, bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur 
ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi 
mahiyyətini gücləndirməyə nail olmuşuq. Məsələn, bizim indi Qarabağda gördüyümüz işlər, sizin qeyd etdiyiniz 
hava limanları ilə yanaşı, məscidlərin, o cümlədən İran şirkətlərindən biri tərəfindən qanunsuz şəkildə bərpa 
edilmiş, lakin zədələnmiş Şuşadakı məscidin bərpasından ibarətdir. Bu, böyük qalmaqal idi. Biz o zaman hətta 
İran səfirini Xarici İşlər Nazirliyimizə dəvət edərək dedik ki, sizin bunu etməyə haqqınız yoxdur, ona toxunmağa 
haqqınız yoxdur. Sizin hər şeydən əvvəl bizim razılığımız olmadan Azərbaycanın bir hissəsi olan Şuşaya səfər 
etməyə belə haqqınız yoxdur. Bu, Qarabağ və Zəngəzurda 67 məsciddən 65-ni dağıtmış ermənilərlə həmrəylik 
nümayişi idi. Onlar Ağdamda bir məscidi, – siz onu görəcəksiniz, - inək və donuzlar üçün tövlə kimi, minarəni 
isə Azərbaycan qoşunlarını görmək üçün müşahidə məntəqəsi kimi istifadə edirdilər. Şuşadakı məscid ermənilərin 
saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar. 
Birincisi, məscidlərin milliyyəti olmur. Fars və ya başqa ad verə bilməzsiniz. Bu, bizim tariximizin bir hissəsidir 
və bizim heç birimiz bunu unutmamışıq. Ona görə də, qeyd etdiyim kimi, din siyasi həyatdan ayrı olmalıdır, bizim 
modelimiz budur. Bu modelin uğurlu olduğu sübut edilib. Siz sualınızda təsvir etdiklərinizin heç biri 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə