Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə38/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   34   35   36   37   38   39   40   41   ...   359
Xarici siyasət 
fəaliyyəti 
28 
“Qarabağ Ermənistandır”, “Yeni ərazilər uğrunda yeni müharibə aparılacaq”. Sonra təxribatlar oldu, iyul ayında, 
avqust ayında və sairə. 
Onun indi dedikləri o vaxt dediklərindən fərqlidir. Mən həmişə sual edirəm ki, kimin kim olduğunu başa 
düşmək üçün onlara həqiqətən də bu müharibə lazım idi? Mən çalışırdım başa salam, çalışırdım deyəm ki, biz heç 
vaxt bu vəziyyətlə barışmayacağıq, bizim səbrimiz tükənir, biz sizi məhv edəcəyik. Bu, mənim sitatımdır: 
“Müharibə başlasa, biz sizi məhv edəcəyik”. Bu, cəsurluq və ya təbliğat əlaməti deyildi, bu, reallıq idi. Biz nəyə 
qadir olduğumuzu bilirdik. Biz onların nəyə qadir olduğunu bilirdik. Hətta onlara başqa ölkələr tərəfindən hərbi 
dəstək göstərilsəydi, - mən fiziki hərbi dəstəyi nəzərdə tuturam, - bu, bizi dayandırmayacaqdı. Bizim 
motivasiyamız var idi, biz belə davam etməkdənsə ölməyə hazır idik. 
İndi biz ritorika dəyişikliyini görürük. İndi onlar Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz 
bunu dəstəklədiyimizi deyirik. Biz buna etiraz etmirik, əksinə, biz istəyirik ki, bu iki məsələ paralel getsin - 
Türkiyə-Ermənistan 
münasibətlərinin 
normallaşdırılması, 
Azərbaycan-Ermənistan 
münasibətlərinin 
normallaşdırılması. İndi onlar sülh və sair haqqında danışırlar. Mən bunun nə dərəcədə səmimi olduğunu, onların 
tam sağalması üçün, bu zəhərli beyin yuyulmasından qurtulmaq üçün onlara daha bir soyuq duşun lazım olub-
olmadığını bilmirəm. Lakin onlar öz təhsil paradiqmasını tamamilə dəyişməlidirlər. Onlar öz ideoloji əsaslarını 
dəyişməlidirlər. Bu, ağrılı bir prosesdir, lakin onlar bunu etməlidirlər. Əks təqdirdə onlar tamamilə çaş-baş 
qalacaqlar. Onlar başa düşdülər, xüsusilə, dünən cənab Paşinyanın öz həmkarlarına qarşı çox qeyri-diplomatik və 
deyərdim ki, özünə qarşı zərərli olan demarş etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin 
sammitindən sonra. O başa düşür ki, biz istəsək bir çox şeylər edə bilərik və heç kəs bunun qarşısını ala bilməz. 
Məsələ burasındadır ki, biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ 
erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur 
dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik. Onların istifadə 
etmək istədiyi xəritələri yox, tarixi xəritələri nəzərdə tuturam. Bu, çox bir şey deyil. Biz onların ərazisini istəmirik. 
Biz müharibəni istəmirik. Müharibəni istəsəydik, aparardıq və heç kim bizi durdura bilməz - nə onun Qərbi 
Avropadakı sponsorları, nə sərhədlərinin cənubunda yerləşən qonşusu, nə də sərhədlərinin şərqində yerləşən 
qonşusu. 
Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi 
Koert Debeuf:
- Cənab Prezident, vaxt ayırdığınıza və səmimiyyətinizə görə çox sağ olun. Biz ilk dəfə 16 il bundan əvvəl 
Belçika Parlamentində lanç vaxtı Sizin Belçikanın Baş naziri ilə görüşünüzdən sonra görüşmüşdük. O vaxt biz 
Sizin Kremlin psixologiyasını necə izah etməyinizə heyran olmuşduq. Sizin illər sonra baş verəcəyini 
proqnozlaşdırdığınız hər şey faktiki olaraq baş verdi. Yenə də indi Sizdən soruşmaq istərdim, bilirəm ki, bu, böyük 
bir sualdır. Sizin nöqteyi-nəzərinizdən bu münaqişədə Ukraynaya nə olacaq? Qarşıdakı aylarda, bəlkə də illərdə 
Kremlin psixologiyasının necə olacağını nəzərdə tuturam. Təşəkkür edirəm.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə