Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə46/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   42   43   44   45   46   47   48   49   ...   359
Prezident İlham Əliyev:
Sağ olun. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün 
strateji əhəmiyyət kəsb edir. Mənim Gürcüstana səfərim, həmçinin əlaqələrimizin və bütün hallarda birgə 
olmağımızın zəruriliyinin təzahürü idi. Həmrəylik, qarşılıqlı dəstək və əlbəttə, enerji nəqli layihələri və 
Gürcüstanın Baş naziri ilə müzakirə etdiyim bəzi yeni ideyalar var. Enerji və daşımalar layihələri sahəsində yeni 
imkanları nəzərə alaraq, çox yaxşı nəticələr var. Biz hazırda çox fəal işləyirik. Bəlkə də o qədər də açıq olmasa, 
lakin fəal çalışırıq ki, karbohidrogenlərin və yüklərin yeni həcmləri üçün hazır olaq. 
Eyni zamanda, Siz də düzgün qeyd etdiyiniz kimi, hətta əməkdaşlıq olmasa belə, Azərbaycan da heç olmasa 
üç Cənubi Qafqaz ölkəsi arasında məsləhətləşmələr formatı ideyasına dəstək vermişdir. Hesab edirik ki, bu 
təbiidir, çünki biz eyni bölgədə yerləşirik. 
Gürcüstan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, Gürcüstan və Ermənistan arasında münasibətlər də 
yaxşıdır. Ona görə mən bunun təbii olduğunu düşünürdüm. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi buna çox 
müqavimət göstərirdi. Biz bunun səbəbini başa düşə bilmirdik, lakin güman edə bilərik ki, onlar yəqin bəzi 
sponsorlarını məyus etmək istəmirlər. Lakin istənilən halda, Ermənistan Gürcüstan, Azərbaycan və Ermənistan 
xarici işləri nazirlərinin görüşünün Gürcüstanda keçiriləcəyinə razı olduqda, biz kiçik fürsəti əlimizə keçirə bildik. 
Yenə də bizə və gürcü ev sahiblərinə onların qəribə davranışını başa düşmək çətin idi. Onlar deyirdilər ki, görüşlər 
ancaq ikitərəfli olmalıdır, Gürcüstan nümayəndəsi iştirak etməməlidir. Biz bunu başa düşə bilmirik. Gürcüstana 
səfərim zamanı Baş nazir Qaribaşvili ilə bu ölkədə üçtərəfli sammitin keçirilməsi perspektivlərini müzakirə etdim. 
Ermənistan hazır olarsa, biz bu sammitin vaxtında keçiriləcəyini düşünürük. 
Çünki ilk növbədə, onlar həqiqətən də sülh istəyirlərmi? Sual budur. Çünki bu olmasa, heç bir şeyin mənası 
yoxdur. Əgər onlar həqiqətən də sülh istəyirlərsə, bu formatdan çəkinməməlidirlər. Çünki kommunikasiya, 
nəqliyyat, enerji təhlükəsizliyi, ticarət - bütün bunlara nail olmaq olar. Düşünürəm ki, Ermənistan işğalının mənfi 
fəsadlarından biri odur ki, bizim torpaqlarımızda baş verənlərlə yanaşı, Cənubi Qafqaz inteqrasiya olunmaq 
imkanını da itirdi. İndi vaxtdır. Ola bilsin, inteqrasiya, hətta üçtərəfli əməkdaşlıq barədə danışmaq tezdir, lakin 
düşünürəm ki, ən azı məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Mən Ermənistanın qarşısında duran maneələrin 
nədən ibarət olduğunu, buna razılaşmamaqla kimdən qorxduğunu bilmirəm. Lakin düşünürəm ki, əgər onlar 
həqiqətən də sülh istəyirlərsə, daha müstəqil şəkildə davranmalıdırlar. Bu baş versə, həmin görüş çox tez bir 
zamanda reallaşa bilər. Əgər baş verməsə, yaxşı, bu, olduğu kimi davam edəcək. Azərbaycan və Gürcüstan üçün 
əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, biz 
onlarsız, Ermənistansız da keçinə bilərik. Əgər onlar faydalanmaq istəyirlərsə, biz hazırıq, əks halda, bu, belə 
davam edəcək. 
Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, baş məsləhətçi 
Laslo Vasa:
-Burada iştirak etmək üçün şərait yaratdığınıza görə təşəkkür edirəm, cənab Prezident. Mənim sualım Türk 
Dövlətləri Təşkilatı ilə bağlıdır. Siz Orta Dəhliz boyu iqtisadi əməkdaşlıqda bu təşkilatın rolunu nədə görürsünüz?

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə