Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə348/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   344   345   346   347   348   349   350   351   ...   359
Xarici siyasət 
fəaliyyəti 
266 
olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac 
duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç 
vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, 
bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük 
qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi? Ötən il nazirlərin iclasında bu məsələlərin 
öyrənilməsinə başlandı. 
Ötənilki iclasdan sonra dəhlizlə bağlı siyasi söhbətlər və qazla əlaqədar geniş müzakirələr aparıldı. Avropa 
İttifaqı qazın keçid dövründə rolu, onun tənzimləyici və infrastruktur təsiri ilə əlaqədar öz mövqeyini 
aydınlaşdırdı. 
Biz ötən ilin dekabrında hidrogen və dekarbonlaşmış qaz bazarlarına aid paketi qəbul etməklə qaz 
sektorunun dekarbonlaşmış gələcəyə doğru çərçivəsini müəyyən etdik, hidrogen və bioqaz sahəsində yeni 
imkanlar yaratdıq. Bu paketə gəldikdə o, həmçinin bugünkü qaz bazarının yaxşı formalaşdırılmasına xidmət edir. 
Onu daha müqavimətli, istehlakçıları nəzərə alan bazara çevirir. Biz, həmçinin mühüm və tarazlaşdırılmış 
qaydaları qəbul etmişik ki, enerji sektorunda metan emissiyaları azaldaq. İki gün öncə komissiya taksonomiya ilə 
bağlı ümumi bir aktı qəbul edib. Orada qaz sektoruna aid olan fəaliyyətlər müəyyən edilir və onlar iqlim 
dəyişməsinin qarşısının alınmasına töhfə verməlidir. Bu, əslində, özəl sektoru həvəsləndirməlidir ki, onlar birbaşa 
bu kimi layihələrə sərmayələr yatırsınlar. Çünki Avropaya təmiz enerji keçidi lazımdır və biz hər bir üzv ölkə ilə 
bunu həyata keçirəcəyik. Hazırda biz Trans-Avropa Şəbəkəsini yaratmışıq və o sahədə maliyyə vəsaitlərini 
ayırırıq ki, Avropa İttifaqında hidrogen şəbəkələri daha da genişlənsin. Bununla bağlı biz Avropa İttifaqının 
qonşuluğunda, həmçinin iqtisadi və sərmayə planı çərçivəsində qaz infrastrukturuna sərmayə yatırmağa açığıq. 
Bizim tənzimləyici və infrastruktur çərçivəmiz, əslində, qarşıdakı illər ərzində qazın rolunu etiraf edir. Eyni 
zamanda, biz hidrogen və aşağı karbonlu qazlara keçidi də nəzərdə tuturuq. Biz hesab edirik ki, 2030-cu ilə qədər 
qaz Avropanın ümumi enerji istehlakının 22 faizini təşkil edəcək. Bu gün enerji qiymətləri artdıqca, geosiyasi 
gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar. 
Təbii qaz təchizatı, o cümlədən maye qaz boru kəmərləri vasitəsilə nəql edilməlidir. Qazın öz 
marşrutumuzla nəqlinə və xalis sıfır karbona keçidə gəldikdə biz bunu təşviq edirik. Biz istərdik ki, bu, həm bizim 
qonşularımızda olsun, həm də Qərbi Balkanlarda. Bu region üçün aydın bir prioritet var ki, biz kömürdən daha 
çox dekarbonlaşdırılmış sistemə keçməliyik. Bizim bu gün kömürdən istifadə edən stansiyalarımızın istismar 
müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir. 
Biz çalışırıq ki, enerji birliyimiz vasitəsilə dekarbonlaşma planlarına dəstək verək, bütün region ölkələrinə 
kömək edək. Hər bir ölkənin enerji sistemində o ölkənin unikallığı nəzərə alınmalıdır. Bu, o deməkdir ki, hər bir 
ölkənin öz gedəcəyi istiqamət var və qaz ənənəvi, yəni, çirkləndirici enerji mənbələrini əvəz etməlidir. 
Qərbi Balkan ölkələrinə gəldikdə, mən onların buradakı təmsilçilərini salamlayıram. Onlar da öz enerji 
keçidlərinin təmin edilməsi üçün gələcək qaz planlarını tərtib edirlər. Gələn aylar ərzində onların etdikləri seçim 
bu regionda yeni layihələrə imkan yaradacaqdır. Lakin, həmçinin deməliyəm ki, biz regiona dəstək verdiyimiz 
zaman onların seçimləri müvafiq olmalıdır. Biz onlarla əhatəli strategiya çərçivəsində əməkdaşlıq edəcəyik ki, 
daha yaşıl və daha dayanıqlı enerji sistemləri qurulsun və region üçün investisiya planları tərtib edilsin. Cənub 
Qaz Dəhlizi daha aydın şəkildə bu tənzimləyici kontekstdə oturur və bu gün bazar imkanları əsas hesab olunur. 
Bu kontekstdə, biz hesab edirik ki, Trans Enerji Konsorsium tərəfindən həyata keçirilən bu sınaq vacib bir 
addımdır. 2022-ci ilin iyulunda artıq nəticələri bilinəcək ki, bu da Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu, elə bir 
məsələdir ki, biz komissiya çərçivəsində buna diqqət yetiririk. Bütün bu elementlər bu gün müzakirə olunacaq. 
Cənub Qaz Dəhlizinə gəldikdə, inanıram ki, biz bu gün bunu daha yaxşı anlayacağıq. 
İndi isə, icazə verin, təmiz enerjiyə keçidlə bağlı ikinci sessiyamız haqqında danışım. Bu sessiya 
çərçivəsində vacib məsələlər nəzərdən keçiriləcək. Təmiz enerjiyə keçid yeni imkanlar yarada bilər, yeni gəlir 
mənbələrini formalaşdıra bilər və bizim sistemlər adi ənənəvi enerji mənbələrindən azad olunar. Bu baxımdan bir 
neçə mövzu artıq müəyyən edilib. Lakin bizim qarşımızda vahid bir sual dayanır: biz sabit enerji təchizatının 
təmin edilməsi ilə iqlim neytrallığına necə nail olmalıyıq? 
Mən metanın atmosferə atılmalarının azaldılmasının vacibliyini xüsusilə qeyd etmək istəyirəm. İstəyirəm 
ki, bu, bizim debatlarımızda xüsusi yer tutsun. Çünki iqlimə gəldikdə metan potensial olaraq təhlükəli maddədir 
və onun ətraf mühitə təsiri sürətlə arta bilər. Bu baxımdan Avropa İttifaqı bu gün məhz innovativ texnologiyalara 
daha çox sərmayə yatırılmasını vacib hesab edir ki, karbon qazının təsiri azalsın. 
Bərpaolunan enerji mənbələrinə gəldikdə, onlar Avropanın uzunmüddətli planlarının təməl daşını təşkil 
edir. Bu, nəinki bizə dekarbonlaşmanı təmin etməyə, o cümlədən daha böyük bərpaolunan enerji mənbələrinin 
təmin edilməsinə yardım göstərəcək. 
Bizim bilik və təcrübəmiz, bu sahədə atdığımız addımlar tərəfdaşlarımıza açıqdır. Məsələn, Azərbaycandan 
başlayaq. Hörmətli cənab Prezident, mən maraqla onu öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə