Xəlil Rza Ulutürk 85 (1932-1994)



Yüklə 9,87 Kb.
tarix31.10.2018
ölçüsü9,87 Kb.

Xəlil Rza Ulutürk - 85 (1932-1994)

Azərbaycan xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Xəlil Rza Ulutürk Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur. Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. Onun ilk şeirlər toplusu – "Bahar gəlir" 1957-ci ildə nəşr olunmuşdur. 1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür..

1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.

1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülmüşdür. 1992-ci ildə ona ―Xalq şairi‖ fəxri adı verilmişdir.

Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Kitabları: ―Hara gedir bu dünya (1983),

―Daşdan çıxan bulaq (1986),

―Məndən başlanır Vətən (1988),

―Davam edir 37 (1992),

―Türkün dünyası (1994),

―Qəhrəman Təbrizim (1994),

―Lefortovo zindanında (1998) və s.



---Seçilmiş əsərləri iki cilddə ,,Şərq-Qərb,, 2005

--- Xəlil Rza Seçmələr ,,Bakı Kitab Klubu,, 2015

İstifadə olunmuş ədəbiyyat:



Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 334

Bu münasibətlə kitabxanalarda “Xəlil Rza Ulutürk – 85” adlı dolgun sərgi yaradılmalı, şairin kitabxanada olan əsərlərinin siyahısı tərtib olunub asılmalı,həyat və yaradıcılıgından oxucu konfransı, əsərlərinin kitab müzakirəsi, şeir gecəsi və s. tədbirlər təşkil edilməlidir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə