62
TƏBABƏT
TƏBABƏT
324 Dekabr 2013
Məlum olub ki, vaxtaşırı qoz-fındıq yeyənlərin
arasında xərçəng və ya ürək xəstələrinin sayı daha azdır.
Harvard Universitetinin 30 il sürən araşdırmalarından
bu nəticə çıxıb. Sözügedən araşdırmaya 119 min adam
cəlb olunub.
Araşdırmalar nəticəsində üzə çıxıb ki, işləyənlər
arasında davamlı qoz-fındıq yeyənlər yeməyənlərə
nisbətdəı 20% az ölür. Belələri arasında ürək
xəstəliklərindən ölənlərə 29%, xərçəngdən ölənlərə
11% az rastlanır. Tədqiqatçılar pəhriz zamanı qoz-
fındıq yeməyin faydasını da ayrıca vurğulayırlar.
Araşdırma sonucları “New England Journal of
Medicine” jurnalında dərc edilib.
İnsan qidalarını araşdıran ailmlər yeni nəticələr əldə ediblər
QOZ - FINDIQ YEYƏN DAHA ÇOX YAŞAYIR
Ürək çatışmazlığı və ağciyər xərçəngi son dövrün
ən təhlükəli xəstəliklərindəndir.
Əlbəttə, bu xəstəliklər həm genetik, həm də sonra-
dan qazanılmış da ola bilər. Yəni, insan bilərəkdən və
ya bilməyərəkdən öz ömrünün qısalmasında bilavasitə
iştirak edir, desək, yanılmarıq. Çünki siqaret çəkməklə
bu xəstəliklər arasında güclü bir əlaqə vardır. Siqaret
çəkənlərin bəziləri bunu dəb üçün, bəziləri arıqlamaq
məqsədi ilə, bir qrup insan isə bunu məşğuliyyət üçün
edir. Siqaret orqanizmi məhv etdikdə artıq ondan imti-
na etməyin də bir faydası olmur. Bu səbəbdən də
həkimlər siqareti daha tez tərgidənlərdə xəstələnmə
nisbətinin az olduğunu bildirirlər.
Siqaret çəkməklə insanın ağciyərinin normal quru-
luşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir.
Siqaret çəkənlərdə xroniki öskürək, bəlğəm və
nəfəs darlığı olur. Tənəffüs yolu infeksiyaları da
siqaret çəkənlərdə daha çoxdur.
Siqaret çəkməklə ağciyər xərçəngi arasında əlaqənin olduğu 1964-cü ildə təsdiqlənmişdir. Daha sonra isə bu,
daha dəqiqləşdirilmişdir. Gündə 1 qutu siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski 10 qat çox olduğu
halda, 2 qutu çəkənlərdə isə risk 25 qat artmaqdadır. Son illərdə isə qadınlar arasında da siqaret çəkənlərin sayının
artması onlarda da ağciyər xərçəngi riskini artırmışdır.
Əgər siz siqaret çəkmirsinizsə, heç də sevinməyə tələsməyin. Çünki çəkənlər tərəfindən siqaretin mənfi
təsirlərinə məruz qala bilərsiniz. Bu zaman siz passiv siqaret çəkən hesab olunursunuz. Passiv siqaret çəkmə
yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməsidir. Passiv siqaret
çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə gətirib çıxarır.
Sonda isə onu demək istərdik ki, əgər siqaret çəkən hər kəs bəlkə həyatı boyu siqaretin dadını belə bilməyən
ona ən yaxın və doğma olan insanların ağciyər xərçənginə yoluxmasına səbəb olursa, bizcə hamılıqla siqaretə yox
deməliyik!
Siqaret çəkməklə insanın ağciyərinin normal
quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir
HAMILIQLA SİQARETƏ “YOX” DEMƏLİYİK!
Məlum olub ki, hər gün qara gavalı yeyilərsə, o, sü-
mükləri möhkəmlədər. Osteoporozun yaranması üçün
yüksək risk daşıyan menopauza vəziyyətinə girən 90
qadın təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci
qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə
qara gavalı yeyirdilər. Təcrübə bitdikdə müqayisəli təh-
lil aparıldı. Məlum oldu ki, hər gün qara gavalı yeyən-
lərin sümükləri daha möhkəm olub.
Bundan başqa, stomatoloqlar deyirlər ki, qara gavalı
kariyes və damağın iltihabı, eləcə də ağız boşluğunun
digər xəstəlikləri ilə də effektiv mübarizə aparmağa
qadirdir. İş burasındadır ki, bu meyvə qurusu zərərli
mikroorqanizmlərin çoxalmasını əngəlləyir, stomato-
loji pozuntular yaradan bakteriyaları bloka salır.
Ancaq qara gavalını artıq hər gün rasionuna daxil et-
məyə qərar verənlərə bir xəbərdarlığımız var: qara
gavalı qarın açır. Qədəri gözləyin.
63
324
Dekabr 2013
İmmunitetin güclü olması insanları bir çox
xəstəliklərdən qoruyur. Xüsusilə soyuq havalarda qrip,
zökəm və digər bu kimi xəstəliklərə tutulmamaq üçün
güclü immunitetə sahib olmaq çox vacibdir.
Əksər hallarda immun sistemini qaldırmaq üçün
dərman preparatlarından istifadə olunur. Preparatların
qəbulu isə insan orqanizminə faydalı olduğu qədər də
ziyanlıdır.
İmmuniteti möhkəmləndirməyin ən asan yolu
sağlam həyat tərzidir. Mütəxəssislərin fikrincə,
stressdən uzaq olmaq, düzgün qidalanmaq, zülal və
yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisinə
çıxmaq, məşq etmək, zərərli vərdişləri tərgitmək
insanı qış xəstəliklərindən mühafizə edir və orqanizmi
möhkəmləndirir.
Bunun üçün ilk növbədə qış aylarında pomidor,
xiyar, bibər kimi qışda təbii yolla yetişməyən tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə
C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları içilməlidir.
Gündə 1,5-2 litr maye qəbul edilməsi, nizamlı şəkildə gimnastika ilə məşğul olmaq da immuniteti gücləndirir.
Əsasən C vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə,
buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yemək, həmçinin balıq
yağı qəbul etmək də məsləhət görülür.
Soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı ödəmək üçün günəşli
günlərdə təmiz havada gəzmək məsləhətdir. Eyni zamanda, B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə
qidalanmaq zəruridir.
2 alma, 2 kök və 1 çuğundurun şirəsini 1 yemək qaşığı limon suyu ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən 20
dəqiqə əvvəl qəbul etmək immuniteti möhkəmləndirmək üçün ən təsirli vasitələrdən biridir.
Soyuq havalarda xəstəliklərə tutulmamaq üçün
güclü immunitetə sahib olmaq çox vacibdir
GÜCLÜ İMMUNİTET XƏSTƏLİKDƏN QORUYUR
SÜMÜKLƏRİN "XÖRƏYİ"
Florida Universitetinin (ABŞ) alimləri osteoporozun
inkişafının qarşısını almaq üçün effektiv vasitə tapıblar