75
Mədəniyyət və Turizm Nazirliyində 2002-ci ildən qeydiyyatda olan bu abidədə
aparılan arxeoloji qazıntılar zamanı Qafqaz Albaniyasının antik dövrünə aid yeni
abidələr aşkar edilmişdir.
Qeyd etdiyimiz arxeoloji abidələrin tədqiqi sübut edir ki, Şəki rayonu və onun
ətraf əraziləri qədim türk tayfalarının məskəni olmuş, yerli tayfalar bir sıra xarici
ölkələrlə mədəni əlaqələrdə bulunmuşlar.
Fikrimizcə, aşağıdakı təkliflər bölgədə arxeoturizmin inkişafına səbəb ola
bilər:
- Regiondakı arxeoloji abidələrin və maddi mədəniyyət tapıntılarının əks
olunduğu internet-saytın yaradılması;
- turistlərin qarşılanaraq (fərdi və ya qrup şəklində) müvafiq nəqliyyat vasi-
təsilə ərazidəki arxeoloji abidələrə (qazıntı yerlərinə) yaxın evlərdə yerləşdirilməsi,
onların
yerli mətbəx mədəniyyəti, adət-ənənələrlə tanışlığı və s. ;
- müxtəlif dövrlərə (qədim, antik, ilk orta və orta əsrlər) aid arxeoloji-tarixi
abidələrə (qədim yaşayış yerlərinə, ziyarətgahlara, mağaralara və s.), yerli tarix-
diyarşünaslıq muzeyinə və arxeoloji abidələrə ekskursiyaların təşkili;
- Azərbaycan arxeoloqlarının həmin vaxt ərazidə apardığı qazıntılarda turist-
lərin iştirakı.
Bütün bunlar arxeoturistə tarixin sirrlərinə toxunma imkanı verəcək, maraqlı
insanlarla təmas yaratmaq və beynəlxalq miqyasda tanınmağımıza yardımçı olacaq-
dır. Şəki rayonunda arxeoturizmin inkişafı yeniliyə səbəb olmaqla yanaşı, həm də
ərazinin
iqtisadi yüksəlişinə, əhalinin
məşğulluq probleminin həllinə, turist axınının
sürətlənməsinə imkan yaradacaqdır.
Müasir dövrdə belə abidələrin, eynilə digər Azərbaycan abidələri kimi, arxeo-
turizm məqsədilə istifadəsi ölkə iqtisadiyyatı üçün zəruri və əlverişlidir.
Ədəbiyyat:
1. Əbədi sükut dünyası – labirint // belediyye. io. ua
2. Eyvazova Y. Muzey işi - mədəni quruculuğun mühüm amili//
Xalq qəzeti, 17. 07. 2011
NEW ARCHEOLOGICAL FINDINGS IN SHAKI REGION - AS MEANS
OF ARCHEO-TOURISM DEVELOPMENT
Mammadova Badirjahan
Due to the participation and assistance of the archeologists of ANAS Institute of
Archaeology and Ethnography in various archeological expeditions, recently have been
investigated and revealed many little-studied issues regarding Azerbaijan history, and above-
mentioned circumstances created the potential for development of country’s tourism. In
consequence of that, the monuments which have been found by archeologists of
archeological expeditions Shaki-Qakh-Oghuz are of particular interest.
According to the report of archeologists of expedition in 2013, as a result of
archeological excavations was discovered a grave in the upper part of necropolis including
the territory of 4 hectares of ancient settlement located in Shaki region on the territory called
77
QARAQOYUNLU VƏ AĞQOYUNLU TAYFALARININ ETNİK KİMLİYİ
MƏSƏLƏSİ ALMAN TARİXŞÜNASLIĞINDA
Gülbəniz Əlövsət Cavadova
Azərbaycan xalqının təşəkkülündə qədim türk tayfalarından
olan Qaraqoyun-
lu və Ağqoyunlu tayfaları da iştirak etmişlər. Bu tayfaların mənşəyi, Azərbaycan
mədəniyyətinin inkişafında və zənginləşməsində, ümumilikdə Ön Asiyada orta əsr-
lərdə cərəyan edən proseslərdə iştirakları ilə bağlı məqamlar bu gün də elmi maraq
doğurur.
Qeyd olunan tayfaların etnik mənşəyi Avropanın bəzi tədqiqatçılarının da
diqqətini cəlb etmişdir. Bu baxımdan H. R. Römerin, G. Dörferin, B. fon Palombi-
ninin, V. Hinsin, V. Popperin, R. fon Ştrömerin və başqalarının əsərləri diqqətəla-
yiqdir.
Almaniyada türkologiya haqqında ilk araşdırmalar XIX əsrə təsadüf edir. Bu
dövrdə Gottingen Universitetində əldə olunmuş materiallar və araşdırmalar ilə Tür-
kologiyaya giriş kafedrası yaradılır. Türkologiyanın öyrənilməsi və bu sahə ilə məş-
ğul olan alimlər hələ ki, formalaşmadığından şərqşünasların bu sahədə əldə etdikləri
ilə kifayətlənməli olurdular. 1903 –cü ildə Berlinli iranşünas Fridrix Karl Andreas
Gottinge Universitetində Şərqşünaslıq kafedrasında fəaliyyətə başladıqdan sonra,
Turanşümaslıq elminin yaranmasında yaxından iştirak edir. Onunla Türkologiya
sahəsi “təsisatlanmış forma” alır [uni-goettingen. de].
1982-ci ildən başlayaraq “Türkologiya və Altayşünaslıq” kafedrası fəaliyyət
göstərir. Onunla eyni vaxtda fəaliyyət göstərən və bugün də öz işinə davam etdirən
“Türkologiya və Mərkəziasiyaşünaslıq üzrə seminar” anlayışı yaranır. Dörferin
fəaliyyəti dövründə Almaniyada Türkologiya və Altayşünaslıq öz yüksək zirvəsinə
çatır. Dörferin fəaliyyəti dövründə İrana üç dəfə (1968, 1969 və 1973) elmi səfərlər
təşkil olunur. Səfər zamanı bugünə qədər məlum olmayan iki türk dili –xalac və
Xorasan türkcəsinın mövcudluğu rəsmən sənədləşdirlir. Həmçinin İran ərazisi tarixi
baxımdan da araşdırılır [uni-goettingen. de].
Daha sonra isə Barabara Plombini “1453 -1600-cü illərdə İran uğrunda
qurulmuş Avropa birlikləri” kitabında yenidən bu məsələyə toxunur. Kitabda Av-
ropalı diplomatların İran ərazisinə etdikləri siyasi səfərləri haqqında geniş məlumat
verilir. Ağqoyunlu Uzun Həsənlə, əsasən də Osmalı imperiyasına qarşı aparılan
danışıqlar haqqında ətraflı izah verilmişdir [Palombini, 1968:8].
XV əsrdə Azərbaycan ərazisində yaranmış dövlətlər arasında Qaraqoyunlu və
Ağqoyunlular önəmli yer tuturdu. Qaraqoyunlu və Ağqoyunlu adlanan Oğuz mənşəli
tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yarımköçəri həyat sürürdülər.
Alman müəllifi H. R. Römer “Farslar yeni dövrə gedən yolda. 1350-1750-ci illərdə
İranın tarixi” kitabında yazırdı ki, Orta Asiyadan çıxmış türk tayfaları XI əsrdən
başlayaraq Qərb istiqamətində köç etməyə başlayır. Daha sonra müəllif yazır: “Ön
Asiyanın türkman tayfaları arasında
Oğuz türkləri əsasən də, Səlcuqlar daha
önəmli
idi. Onların Anadoluda, paytaxtı Konya olan qədim dövləti yaratdığı da məlumdur.
Kiçik Asiyada dövlət qurmuş Səlcuqlar yeganə tayfa deyildilər, onlarla yanaşı öz