XəZƏr universitetiNİN 2013-cü IL elmi fəaliyyəti haqqında hesaba t



Yüklə 288,53 Kb.
səhifə2/3
tarix27.10.2017
ölçüsü288,53 Kb.
#6891
1   2   3

Araşdırma və Treyninq Mərkəzləri


Lüğət və Ensiklopediya Mərkəzi

Xəzər Universitetinin Lüğət və Ensiklopediya Mərkəzi (XULEM) 1996-cı ilin aprel ayında yaradılmışdır.

     XULEM bir neçə sahədə, xüsusilə ingilis dilinin mövcud lüğətlərinin araşdırılması və dəyərləndirilməsi, yeni ikidilli, çoxdilli və ensiklopedik lüğətlərin, həmçinin müxtəlif sorğu kitablarının tərtib və nəşri ilə məşğuldur.

     XULEM-də leksikoqrafiya sahəsində zəngin təcrübəyə malik olan alimlər və Xəzər Universitetinin müəllimləri çalışır.

     XULEM son bir neçə ildir ki, 6 cilddən ibarət olan İngiliscə-Azərbaycanca iri həcmli lüğətin tərtibi ilə məşğuldur. “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət” (XİABL) adlanan bu lüğətin 3 cildi artıq nəşr olunmuşdur, qalan 4-cü cild çapa hazır vəziyyətdədir. Digər 2 cild isə çapa hazırlanır.

      Bu əsər məzmununa, keyfiyyətinə və həcminə görə az rast gəlinən lüğətlərdəndir. Bu lüğət tərcüməçilər, tələbələr, alimlər, dil müəllimləri, kütləvi və elmi kitabxanalar üçün, həmçinin İgilis dilindən öz elmi və əməli fəaliyyətində istifadə edən hər kəs üçün nəzərdə tutulmuşdur.

     Lüğətin diqqətəlayiq xüsusiyyətləri:


  • onun təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələrdən ibarət böyük həcmi;

  • onun insan həyatı və fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edən material zənginliyi;

  • bütün ingilis sözlərinin bitkin semantik quruluşu;

  • baş sözlərin mənalarının dəqiq tərcüməsi və onların işlədilməsinə dair izahat və cümlə nümunələri;

  • onun mükəmməl poliqrafiyası və nəfis xarici görkəmi;

     XİYABL-ın redaktorları ümid edirlər ki, bütün keyfiyyətlərinə görə bu lüğət ondan istifadə edənlərin tələbatını ödəyəcək və rəğbətini qazanacaqdır.

Tərcümə Araşdırmaları Mərkəzi

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi 27 aprel 2000-ci ildə yaradılmışdır. Mərkəzin əsas məqsədi akademik, bədii, fəlsəfi və texniki əsərləri müxtəlif müasir dillərdən Azərbaycan dilinə çevirməkdir. Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə tutulur. Mərkəz  tərcümənin tədqiqi və tədrisi işlərinə də cəlb olunur.

Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir, tərcümənin müxtəlif sahələrinə dair nəzəri-praktik konfranslar keçirir.  Mərkəz həmçinin   Dilçilik, Ədəbi tərcümə, Tərcümə və poeziya, Tərcümə nəzəriyyəsi və vasitələri və sairə kimi mövzularda müzakirələr aparır.

Bu yaxınlarda Xəzər Universiteti Təzrcümə Araşdırmaları Mərkəzi Xəzər Universitetinin Nəşriyyatı ilə birlikdə  ABŞ dövlətinin qismən maliyyələşdirdiyi tərcümə layihəsini həyata keçirtdi. Bu layihəyə tarixə, jurnalistikaya, və Kütləvi İnformasiya Vasitələrinə aid kitabların ingilis dilindən Azərbaycan dilinə tərcüməsi daxil idi.

Tərcümə Araşdırmaları Mərkəzi Universitetin digər akademik və araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq edir.

Distant Təhsil Mərkəzi

Distant təhsil termini bütün səviyyələrdə öyrənmənin müxtəlif formalarını əhatə edir ki, bu halda müəllimlərin tələbələrə mühazirə otaqlarında təqdim etdiklərinə davamedici, dərhal nəzarəti tələb olunmur.

E-öyrənmənin əsas faydası səfər xərclərini azaltmaq və vaxta qənaətdir.  E-öyrənmə veb- yönümlü öyrənmə, kompüter-yönümlü öyrənmə, virtual sinif və rəqəmsal əməkdaşlıq kimi geniş tətbiq və prosesləri əhatə edir. O materialların İnternet, intranet/extranet (LAN/WAN), audio və video vasitələr, peyk radiostansiyaları, interaktiv TV və CD-ROM vasitəsilə ötürülməsini özündə birləşdirir.

Sinxron öyrənmə halında müəllim treyninqi paylanmış veb-yönümlü mühitdə aparır. Bu halda müəllimlər tələbələrlə birbaşa müzakirələr, online forum və qabaqcadan planlaşdırılan treyninq vasitəsilə ünsiyyətdə olur. Asinxron öyrənmə tələbələrə özləri üçün uyğun vaxtda online mühitə daxil olmağa əsaslanır. Asinxron metod tələbələrə öz sürəti, qrafiki ilə, gün ərzində boş vaxt itirmədən işləməyə, avadanlıq, vasitə və müəllimlər xərclərini azaltmağa imkan verir.

Distant Təhsil Mərkəzi universitetin yeni mərkəzlərindəndir. Mərkəz universitetin Təhsil Strategiyası İnstitutu ilə sıx əməkdaşlıqda fəaliyyət göstərir və müəllimlərə aşağıdakı yardımları göstərir :


  • Online tədrisə hazırlıq;

  • Kurs materiallarının dizaynı;

  • Veb-yönümlü kursların təşkili;

  • Məsafədən tədris;

  • E-öyrənmə vasitələrinin və texnologiyalarının öyrənilməsi;

  • Online öyrənmənin aparılması;

  • Online tədris və tələbələrin online öyrənmə prosesini dəstəkləmək üçün yeni strategiyaların  əldə edilməsi.

Distant Təhsil mərkəzinin müdiri dosent Leyla Muradxanlı 2013-cü ilin Avqust-Sentyabr aylarında DAAD proqramı çərçivəsində Almaniyanın Beuth Hochschule Tətbiqi Elmlər Universitetinin (Berlin) distant təhsil mərkəzində olmuş və onlayn kursların dizaynı və tədrisi ilə məşğul olmuşdur.

2013-cü ilin Noyabrında elektron Təhsil mərkəzinin müdiri dosent Leyla Muradxanlı ELECTRA Erasmus-Mundus Proqramı çərçivəsində Jagiellonian Universitetinin (Krakov, Polşa) distant təhsil mərkəzində elektron təhsil sahəsində elmi-tədqiqat işi aparmışdır.  O onlayn kursların dizaynı sahəsində təcrübəsini universitetin elektron təhsil mərkəzi ilə bölüşmüşdür.

 

3. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ELMİ TƏDQİQAT VƏ İNNOVASİYA FƏALİYYƏTİ

3.1. Elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi

Ali məktəblər tələbələrə keyfiyyətli tədris təklif etməkdən əlavə müxtəlif istiqamətlərdə layihələr və elmi tədqiqatlarda iştirak edir. Xəzər Universiteti yarandığı gündən istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyəli layihə və tədqiqatlarda fəal iştirak etməyə çalışır. Universitetin öz büdcəsi hesabına formalaşdırılmış müxtəlif elmi tədqiqat laboratoriyaları, mərkəzləri və institutları var.



3.6. Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri

Xəzər Universiteti Azərbaycan Respublikasının özünün qabaqcıl tədris sistemi və tədqiqat işləri, təhsil siyasətinə görə fərqlənən aparıcı təhsil müəssisələrindəndir.

Xəzər Universitetinin beynəlxalq əməkdaşlığı uzun ənənəyə malikdir. Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Xəzər Universitetində kredit sisteminə əsaslanan müasir tədris modeli tətbiq olunur və əsas tədris dili İngilis dilidir. Xəzər Universiteti beynəlxalq layihə və proqramlarda fəal iştirak edir, dünyanın qabaqcıl universitetləri ilə müəllim və tələbə mübadiləsi apararaq Avropa təhsil məkanına inteqrasiya edir.

Xəzər Universiteti qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri cəlb etməklə, təhsildə texnologiyaların  və innovasiyaların tətbiqi vasitəsilə tədrisin keyfiyyətini artırmağa çalışır.

Universitetdə beynəlxalq qrantlarla tədqiqatlar aparan bir sıra tədqiqat mərkəzləri və institutlar var. İqtisadi və Biznes Təhsili və Araşdırmaları mərkəzi, Ətraf Mühit Tədqiqatlar mərkəzi, Siyasət institutu, Distant Təhsil mərkəzi, Xəzər Enerji Tədqiqatları mərkəzi kimi institut və mərkəzlər müxtəlif beynəlxalq qrantlarla işləyir.

2008-ci ildə universitetin Ətraf Mühit Tədqiqatlar mərkəzi ABŞ-ın Demokratiya Komissiyası tərəfindən dəstəklənən “Development of a Caspian Sea Environmental Studies curriculum”(“Xəzəryanı ölkələrdə tədris kurrikulumlarının inkişaf etdirilməsi layihəsi”) layihəsi çərçivəsində bir sıra tədqiqatlar aparmışdır. Bu layihə təhsil imkanlarının yaxşılaşdırılması sahəsində müxtəlif tədris modellərinin hazırlanıb inkişaf etdirilməsi ilə nəticələnmişdir. Hazırlanmış tədris modellərinin hamısı Azərbaycan və Qazaxıstanda kompakt broşura şəklində çap olunmuş və Azərbaycan və Qazaxıstanda 150 məktəb və kitabxanalara göndərilmişdir. Materiallar Azərbaycan və Qazaxıstan məktəblərində tədris prosesində yaranan çatışmazlıqları və problemləri həll etməyə çalışır. Təhsil ətraf mühitə dair ictimai məlumatlılığı artırmaq üçün ən səmərəli vasitədir. Buna görə də bu sahədə müxtəlif təhsil resurslarının inkişafı çox vacibdir. Bundan başqa, bu layihə gələcəkdə Xəzəryanı ölkələrdə müxtəlif ekoloji və sosial problemlərlə bağlı, oxşar tədris modellərinin hazırlanması üçün regional təşkilatlara təkan verəcək.

2010-2011-ci illərdə Azərbaycanda xırda dağ çaylarının ekoloji həssaslığının ölçülməsinə dair Alman Akademik Mübadilə Xidməti, DAAD tərəfindən maliyyələşdirilən layihə çərçivəsində aparılan tədqiqatlarda ekoloji həssaslığın dəyərləndirilməsi sxemini işlənib hazırlanmış və Azərbaycan ərazisində mövcud olan axınlara tətbiq edilmişdir.Bu sxem suyun çəkilməsinin birgə təsiri, çirklənmə, iqlim dəyişkənliyi və torpağın istifadəsi kimi amilləri nəzərə alır. Bu amillər ətraf mühitə təsirinin qiymətləndirilməsində nə dərəcədə əhəmiyyətli olmalarına görə seçilmişdir. Onların ekoloji həssaslığın qiymətləndirilməsində təsiri regional fərqlər əsasında dəyişir.

Xəzər Universitetinin Siyasi Elmlər departamenti TEMPUS layihəsi çərçivəsində Xəzər Universitetinin qazanmış olduğu “Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı layihənin icrası üzərində çalışır.

Hal hazırda ətraf mühitin qorunması istiqamətində həyata keçirilən “Daşqınların proqnozlaşdırılmasında cari institusional mexanizmlər”, “Azərbaycanda Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin həyata keçirilməsi”, “Azərbaycanda daşqın və su ehtiyatlarının idarə edilməsində tələbatlarının və institusional potensialın müəyyənləşdirilməsi”, adlı tədqiqat işləri BMT-nin İnkişaf Proqramı tərəfindən və “Azərbaycanın Böyük Bakı ərazisində suyun idarə olunmasında problemlər və imkanlar” adlı tədqiqat işi isə Dünya Bankı tərəfindən dəstəklənir.

3.8. Elmi-tədqiqat işlərinin informasiya təminatı. Elmi jurnalların nəşri

Xəzər Universitetində elmi məqalələrin yer aldığı elmi tədqiqat jurnalları fəaliyyət göstərir.Elmi tədqiqat jurnalları siyahısına aiddir:

Xəzər Humanitar və Sosial Elmlər jurnalı”(" Khazar Journal of Humanities and Social Sciences ")

"Azərbaycan Arxeologiyası Jurnalı" ("Journal of Azerbaijani Archeology") "Xəzər Riyaziyyat Jurnalı" ("Khazar Journal of Mathematics")

Həmçinin Universitetdə elmi və bədii məqalələrlə yanaşı, universitet həyatı barədə xəbər və yenilikləri əks etdirən "Xəzər Xəbər" jurnalı ("Khazar View") fəaliyyət göstərir. Jurnal üç dildə – Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. 1995-ci ildə yaradılmış əvvəllər qəzet kimi fəaliyyət göstərən Xəzər Xəbər, 2010-cu ildən etibarən fəaliyyətini yeni formatda – ayda bir dəfə dərc edilən 80 səhifəli elmi-kütləvi və bədii jurnal kimi davam etdirir.

“Xəzər Humanitar və Sosial Elmlər jurnalı” Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır. (Çap versiyası ISSN: 2223-2613 Elektron versiya E-ISSN: 2223-2621)

Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Scirus (Elsevier)DuraSpaceDOAJ, İnfoseek, Index CopernicusGenamics, Crossref, EBSCO(host), Arastirmax və s. kimi nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur.

Təsisçisi və baş redaktoru Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır. Redaksiya heyətinə görkəmli müvafiq sahələr üzrə Azərbaycan və xarici tədqiqatçılar, alimlər və elm xadimləri daxildir."Xəzər Humanitar və Sosial Elmlər Jurnalı " məzmununa görə elmi-tədqiqat nəşri kimi fəaliyyət göstərir. Jurnal əsasən ingilis dilində elmi məqalələr dərc edir.

""Xəzər Humanitar və Sosial Elmlər Jurnalı " Xəzər Universitəsi Nəşriyyatının məhsuludur və Xəzər Universitetinin mətbəəsində çap olunur. Jurnal abunə və pərakəndə satış vasitəsilə yayılır.



3.11.Elmi konfransların planlaşdırılması və keçirilməsi

Universitetdə elmi konfranslar və beynəlxalq toplantıların keçirilməsi üçün Bəşir Səfəroğlu 122 korpusunda yerləşən 285 yerlik "Dünya konsert salonu" və Neftçilər korpusunda “Mərmər” zal mövcuddur. Universitetdə vaxtaşırı qonaq olan xarici universitetlərin nümayəndələri,professorlar məruzə və mühazirələrlə Xəzər universiteti tələbələri və işçi heyəti qarşısında çıxışlar edir.Həmçinin Xəzər Universiteti beynəlxalq konfrans və toplantılara təşkilatçılıq edir.

2009-cu il mayın 29-31-də Bakıda Xəzər Universitəsinin təşkilatçılığı ilə “Dünyada yeni inkişaf meylləri və Türk Dünyası” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar,  Türkiyə Cümhuriyyəti Anayasa məhkəməsinin üzvü, Prof. Dr. Sacid Adalı, Qazi Universitəsinin rektoru, Prof. Dr. Riza Ayhan, Özbəkistan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Prof. Dr. Dilorom Alimova, Süleyman Demirəl Universitəsinin rektoru Prof. Dr. Metin Lütfi Baydar,  Çanaqqala Onsəkkiz Mart Universitəsinin rektoru, Prof. Dr. Ali Akdemir,  TİKA Azərbaycan nümayəndəsi Prof. Dr. Abubekir Çelik, TürkSAM-ın direktoru Sinan Oğan,  Azərbaycan Turizm Universitetinin rektoru, Prof. Dr. Cəfər Cəfərov,  Qafqaz Universitəsinin rektoru Əhməd Sanıç, “Xəzər” Şirkətinin (İstanbul) prezidenti Ali Polat-ın iştirak etdiyi simpozium 5 bölmədə (Yeni dünya nizamı, iqtisadi böhran və inteqrasiyalar; Beynəlxalq əlaqələr və əməkdaşlıqlar; Dünya təhsil sistemi və türk dünyası; Tarix, fəlsəfə,din və sosiologiya; Dil, ədəbiyyat, mədəniyyət) işini davam etdirmiş, 120-dək məruzə dinlənilmişdir.

2012-ci il Oktyabrın 2-də isə Bakıda EURAS-ın koordinasiyası, Bakı Dövlət Universiteti və Bakı Asiya Universitetinin dəstəyi, Xəzər Universitetinin ev sahibliyi ilə EURAS-ın “Cənubi Qafqaz Avrasiya qonşuluğunda” mövzusunda II regional konfransı keçirildi. Konfransda EURAS-a üzv olan universitetlərin təmsilçiləri, Azərbaycanın hakimiyyət orqanlarının və universitetlərinin nümayəndələri, Milli Məclisin üzvləri, alim və mütəxəssislər iştirak edirdilər.

2014-cü il üçün Xəzər Universitetində Türkiyənin Ərciyəs Universiteti və

Xəzər Universitetinin təşkilatçılığı ilə “21-ci əsrin pəncərəsindən “Mədəniyyət və Kimlik”” Xəzər Universiteti İqtisadiyyat və Menecment Fakultəsi və Amerika Birləşmiş Ştatlarının Gəlirlərə Nəzarət İnstitutunun təşkilatçılığı ilə “Təbii Ehtiyatlarla Zəngin Xəzər Sahili Ölkələrində Fiskal Dayanıqlıq” mövzusunda konfranslar keçirilməsi palnlaşdırılmışdır.



3.12. Tələbələrin elmi-tədqiqat işinin təşkili

Universitetdə tələbələrin elmi-tədqiqatla məşğul olması üçün hər cür maddi-texniki baza var. Xəzər universitetinin Neftçilər korpusunda nəşriyyat, mətbəə, surətçıxarma mərkəzi, elmi və tədris laboratoriyaları, akademik departamentlər, elmi institut və mərkəzlər fəaliyyət göstərir, elmi və ədəbi-publisistik jurnallar nəşr olunur. Universitetdə müasir standartlara uyğun ləvazimatlarla təchiz olunmuş ixtisaslaşmış tədqiqat və tədris laboratoriyaları fəaliyyət göstərir. İxtisaslaşmış laboratoriyalar  müxtəlif sahələrdə tədris və tədqiqatların aparılmasına xidmət edir.

Xəzər Universiteti Kompüter elmləri departamentinin tələbələrin elmi tədqiqat işlərində istifadə etdikləri, müasir vasitələrlə təchiz olunmuş kompüter laboratoriyaları var. Universitetdə 7 kompüter mərkəzi mövcuddur və bu mərkəzlərdə ümumilikdə 317 ən müasir kompüter var. Həmçinin tələbələr Elektronika,Telekommunikasiya və Radio mühəndisliyi və Neft mühəndisliyi departamentlərinin müasir təchizatlı laboratoriyalarından istifadə etmək imkanına malikdir.

Universitetin tədris binasının bütövlükdə 5-ci və 6-cı mərtəbəsini əhatə edən, ümumi sahəsi 1000 kv.m.-dən çox olan kitabxana-informasiya mərkəzi tələbələrə xidmət edir.

Xəzər Universitetinin 2011-ci il 22 aprel tarixli əmrinə əsasən yaradılmış Magistratura, Doktorantura və Elmi işlər bölməsi tələbələrə tədqiqat aparmalarında istiqamət verir. Burda tələbələrin müdafiədən əvvəl dissertasiyalarının plagiat yoxlanılması təşkil olunur. Eyni zamanda müəyyən olunmuş saatlarda tələbələrə elmi iş və məqalələr yazılması ilə bağlı məsləhətlər verilir.

Magistr tələbələr (MBA istisna olmaqla) universitetə qəbul olduqları ilk tədris ilindənbaşlayaraq öz dissertasiya mövzusunu müəyyənləşdirir və onlara elmi rəhbər/lər təyin edilir. Bu, gələcəkdə elmi-tədqiqat işini daha da təkmil yerinə yetirilməsinə və onu praktik istiqamətlərinin müəyyən olunmasına yardım edir. Məzmunca sadə görünsə belə, bu tələbələrin elmi tədqiqata oran marağını daha da artırmışdır.

Qeyd olunduğu kimi, elmi tədqiqat işlərinin keyfiyyət mexanizminin yaxşılaşdırılması məqsədilə tələbələr erkən elmi işlərə cəlb olunurlar. Bu vaxt, Magistratura, Doktorantura və Elmi İşlər Bölməsi elmi-tədqiqat işlərinin orijinal olmasına xüsusi diqqət yetirir, köçürmələrin aradan qaldırılması məqsədilə bütün tip işlərin, məqalələrin, tezis və konfrans materiallarının, eləcə də xarici dillərdə olan elmi məqalə və referatların plagiat yoxlanılması həyata keçirir, plagiat işlərə qarşı universitet daxilində “sıfır dözümlülük” (zero tolerance) nümayiş etdirilir.

Əldə etdikləri bilikləri istehsalata tətbiq etmək üçün tələbələr universitetin texnopark/innovasiya mərkəzinin işinə cəlb olunmaqdadırlar. (Universitet “Start-up” layihələrə 2013-cü ildən başlamışdır). Bu məqsədlə tələbələrin universitetin film-animasiya innovasiya mərkəzində təcrübə keçmələri planlaşdırılır. Tikinti mühəndisliyi ixtisası üzrə tələbələri tikinti materiallarının sıxlığının ölçülməsi işinə cəlb olunur, eləcə də elektron avadanlıqlar, sadə pilləli robot texnikası ilə tanış olmaq imknları əldə edirlər. Universitetin elektronika kafedrasına gətirilən yeni avadanlıqlar da onıarın elmi tədqiqat işlərinə yeni praktik məzmun verməsi üçün imkanlar yaradır.

Kitabxana İnformasiya Mərkəzi Magistratura, Doktorantura və Elmi İşlər bölməsi ilə bakalavr və magistr tələbələrinin elmi ədəbiyyatlardan istifadəsini yaxşılaşdırmaq üçün onlara “Online Chicago Manual” və “Harward Manual” Qaydaları üzrə xüsusi təlimlər keçmişdir. Bütün bunlar elmi-tədqiqat işlərində sitatlardan istifadə zamanı konsistent yanaşmaya gətirib çıxarmış və elmi işlərin təqdimatını daha da asanlaşdırmışdır.

Keçən müddət ərzində müəllimlərin dərslərdə bakalavr və magistr tələbələrə verdikləri sərbəst iş komponentlərinin həcmi daha da artırılmışdır. Bu isə öz növbəsində “problem – düşüncə” komponentlərinin xüsusi çəkisini artırır.

Hal-hazırda Magistratura, Doktorantura və Elmi İşlər bölməsi doktorant tələbələri bakalavr tələbələrinin elmi-tədqiqat işlərinin və məqalələrinin resenziya olunmasına və onlara bu sahədə müvafiq ixtisaslı istiqamət verməyə cəlb etməyi planlaşdırır. Universitet bu praktikadan yeni mexanizm kimi daha geniş istifadə olunmasına çalışacaqdır. Bu nəinki bakalavr tələbələrə, eləcə də doktorantlara üçün faydalıdır.

Tədrisdənkənar və istehsalat təcrübəsi zamanı bakalavr və magistr tələbələr qeyri-standart tapşırıqların yerinə yetirilməsinə cəlb olunur və nəticələr elmi məqalələrdə öz əksini tapır. Bu, xüsusilə neft mühəndisliyi tələbələrinin istehsalat praktikası zamanı öz supervaizerləri ilə iş apararkən və istehsalat praktikasının nəticələrinin, ölçmə-təhlil və offşor simulyasiya aparatları ilə apardıqları işlərdə daha səmərəli olmuşdur. Odur ki, bu sahədən olan bir neçə mühəndis tələbənin müdafiə etdiyi magistr dissertasiyaları elmi-tədqiqatın istehsalat nəticələrinə söykənməsini təısdiq etmişdir (MA- dissertasiyası – tələbə Şaiq Xanlarov “Termal simulyasiya modeli vasitəsilə yataqların termik rejiminin təhlili”, 2012; MA- dissertasiyası – tələbə Fərhad Əhədov “Quyu məhsulunda suyun olması şəraitində qazkondensat quyusunun səmərəli rejiminin təyin edilməsi”-2013 və s.).Tədrisdənkənar vaxtlarda elmi konfrans və simpoziumlarda, texnoparkların işində də tələbələrimiz aktiv iştirak edirlər.

Qrant müsabiqələrinə tələbələrin cəlb olunması işi daha da təkmilləşdirilir və gücləndirilir. Bunun həm yerli, həm də beynəlxalq layihələrə tətbiq olunması gözlənilir. Xarici ölkələrdə olan elmi konfranslarda, simpoziumlarda tələbələrin daha geniş iştirakı təmin edilir.

5. XARİCİ ÖLKƏLƏRLƏ ELMİ ƏMƏKDAŞLIQ

Xəzər Universitetində tədris ingilis dilində aparılır, bu da universitet tələbələrinə və müəllim heyətinə dünya təcrübəsindən istifadə etməyə və dünyanın aparıcı universitetləri ilə tələbə və müəllim mübadiləsini uğurla həyata keçirməyə kömək edir.

Xəzər Universiteti dünyanın bir çox ölkələrinin - Böyük Britaniyanın London, Kembric, Oksford universitetləri və s., ABŞ-ın  Harvard, Kolumbiya, Kaliforniya Dövlət Universiteti, Corciya Dövlət Universiteti və s., eləcə də Fransa, Hollandiya, Türkiyə, Almaniya, Kanada, İtaliya, Rusiya, İran İslam Respublikası, çin Xalq Respublikası, Yaponiya, Macarıstan, Avstraliya, İsveç və başqa ölkələrin məşhur universitetləri ilə geniş əlaqələr yaratmışdır. Göstərilən bu ali məktəblərin əksəriyyəti ilə  elmi araşdırmalar, informasiya mübadiləsi və s. əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi proqramları da həyata keçirilir. Belə geniş beynəlxalq əlaqələr nəticəsində Xəzərin yüzlərlə tələbəsi öz təhsillərini adı çəkilən universitetlərdə davam etdirmiş və etdirməkdədir. Xəzərin müəllimlərinin isə, demək olar ki, əksəriyyəti bu ali məktəblərdə işləmiş və təcrübə keçmişlər. Universitetlərarası bu mübadilə proqramlarından savayı, Xəzər Universitetinin bir sıra müəllimləri və yuxarı kurs tələbələri, eləcə də magistrant və doktorantları müxtəlif beynəlxalq fondların və proqramların (ACTRA/ACCELS Undergraduate exchange Program, British Chevening Program, German DAAD Program, Muskie Fellowship Program, IREX Contemporary Program, Freedom Support Act Program, British Council Scholarships Program və s.) dəstəyi ilə məşhur xarici universitetlərdə uzun və ya ortamüddətli staj keçmiş və ya təhsil almış, bir sıra əməkdaşlar bu fondlar və proqramların dəstəyi ilə müxtəlif ölkələrdə konfranslarda, seminarlarda iştirak etmişlər.

Həmçinin əməkdaşlıq proqramları çərçivəsində yüzlərlə xarici mütəxəssis Xəzərdə işə cəlb olunmuşdur. Demək olar ki, hər tədris ilində burada 15-20 xarici müəllim dərs deyir.

2012-ci il Xəzər Universitetində İtaliyanın Boloniya Universitetinin əməkdaşı, Bilgi Universiteti və Laureate Beynəlxalq Universitetlər Şəbəkəsinin rəhbərliyi, Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəetmə məktəbinin prorektoru Dr. Ilmars Kreituss  və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Polina Naidenko, Latviya Universitetinin əməkdaşları və digər nüfuzlu universitet nümayənədləri ilə görüşərək müxtəlif layihələr çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

Xəzər Universiteti beynəlxalq əlaqələr çərçivəsində Beynəlxalq Universitetlər Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.

Universitet Azərbaycanda fəaliyyət göstərən biznes şirkətləri, fondlarla da geniş əlaqələr qurmuşdur. O cümlədən, TASIC/TEMPUS, Avrasiya, Soros fondu, Amerika Hüquqşünaslar Assosiasiyası, İREX, Carnegie fondu və s. ilə geniş əməkdaşlıq proqramları həyata keçirirlər.

2012-ci ilin oktyabrından başlayaraq ERASMUS MUNDUS-un ELECTRA və WEBB layihələrinə start verildi. ELECTRA üçüncü ölkələrlə enerji, ətraf mühit və sənaye məsələləri sahəsində tədqiqat aparmaq, eləcə də Mərkəzi Asiya partnyor təşkilatlarında təhsil nazirliklərinin dəstəyi ilə Bolonya təhsil sistemi və Lissabon Strategiyasına inteqrasiyanın sürətləndirilməsi istiqamətində əməkdaşlıq edərək ali təhsilin keyfiyyətini artırmağa yönəldilmişdir. Layihənin əlaqələndirici təşkilatı 2010-cu ildən ERASMUS MUNDUS layihələrində partnyor olmuş Oldenburq universitetidir. Layihədə Portuqaliya, Bolqarıstan, İrlandiya, Almaniya və Baltikyanı ölkələrin də nümayəndələri, təmsil olunur.

WEBB: Whole Europe Beyond Borders layihəsi 20 universitetin, 10 Avropa Birliyi və 10 üçüncü ölkələrə aid universitetin partnyorluğu ilə həyata keçirilir.

Noyabr ayından başlayaraq daha bir ERASMUS MUNDUS layihəsi EUROEAST çərçivəsində əməkdaşlığa start verilmişdir. Layihə çərçivəsində əsasən Mühəndislik, Kənd təsərrüfatı, Coğrafiya, Geologiya, Hüquq, Təbiət və Sosial Elmlər sahəsində tədqiqatlar nəzərdə tutulur.

2012-ci ildə Xəzər Universiteti tələbə mübadiləsi ilə bağlı 4 universitetlə - Türkiyənin Koç universiteti, Polşanın Warsaw School of Economics universiteti ; Avstriyanın Vienna və Polşanın Kozminski universitetləri ilə ikitərəfli müqavilələr imzalamışdır.

2013-cü ildə Mövlana layihəsi çərçivəsində Türkiyənin Qazi , Çukurova, Okan, Erciyes və Kastamonu universitetləri ilə mübadilə protokolları imzalanmışdır. Bundan başqa Türkiyənin adı çəkilən universitetləri ilə yanaşı Terkiyənin Gediz, İzmir Katip Çelebi, İzmir Ekonomi, İzmir Yüksek Teknoloji, İzmir, Yaşar, Dokuz Eylül, Hacettepe, Çanakkale Onsekiz Mart, Balıkesir, Uludağ universitetləri ilə ikitərəfli müqavilələr imzalanmışdır.

Erasmus Mundus proqramı çərçivəsində EUROEAST, WEBB layihələrində tələbə mübadiləsi davam etməklə yanaşı, yeni mübadilə proqramlarına da start verilmişdir.


Yüklə 288,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə