Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə24/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

 
75 
 
İkincisi,  bu,  dövrünün  sadə  adamları  ilə  bərabər  imkanlı  və 
imtiyazlı adamlarının  sufiliyi  sevməsi  və ona kömək göstərməsi, 
eləcə də bəzi  hallarda bu təlimə qatılması  ilə bağlı idi. Sufilərin 
artan  nüfuzundan  bəhrələnmək  üçün  dövrünün  hökmdarları  sufi 
şeyxlərini yuxarı dövlət vəzifələrinə irəli çəkirdilər. Məs. Süphə-
verdiyyə  təriqətinin  yaradıcılarından  biri  olan  Ömər  Sührəvərdi 
xəlifə  ən-Nasir  li-Dinillahın  (1180-1225)  müşaviri  kimi  məsul 
diplomatik vəzifəyə təyin olunur. Tarixdən məlumdur ki, əyyubi-
lərnən  və  Xarəzm  Sultanı  ilə  Xəlifənin  gərgin  münasibətlərinin 
normallaşmasında  onun  böyük  əməyi  olmuşdur.  O,  xəlifənin 
adından  Suriya  və  Misirə,  əyyubilərin  paytaxtı  Hələb  şəhərində 
diplomatik  danışıqlarda  iştirak  etmişdir.  Digər  tərəfdən,  hökm-
darların  özləri  də  təriqətlərin  üzvü  olur  və  sufi  ideyalarının 
daşıyıcılarına çevrilirdilər. Osmanlı Sultanlarının 18-nin Xəlvəti-
yə  təriqətinin  müxtəlif  qollarına  aid  olduğu  məlumdur  (26). 
“Səfəviyə” təriqətinin banisi Şeyx Səfiəddinin şagirdləri arasında 
Ellxanilərin  vəziri  Rəşidəddin,  onun  oğlu  Məhəmməd  Rəşidi  və 
hətta  Elxani  hökmdarlarından  Əbu  Səid  kimi  görkəmli  şəxsiy-
yətlər vardı. İmtiyazlı və varlı adamlar tərəfindən təriqətlərə müx-
təlif  xarakterli  yardımlar  olur,  o  cümlədən  xanəgahlar  tikilir,  tə-
mir etdirilir və maliyyələşdirilirdi. Azərbaycan hökmdarları tərə-
findən  tikilən  xanəgahlara  misal  olaraq,  Qazan  xanın  Təbrizdə, 
Məhəmməd  Xüdabəndənin  Sultaniyədə,  Elxani  hökmdarlarının 
vəziri olmuş, həm də görkəmli tarixçi, filosof, şer və sənət hamisi 
kimi  tanınmış  Rəşidəddin  Fəzlüllahın  (1247-1318)  və  oğlu 
Qiyasəddinin  müxtəlif  şəhərlərdə  tikdirdiyi  xanəgahları  göstərə 
bilərik  (27,  82).  Fəzlullah  ibn  Ruzbihan  Xunci  yazırdı  ki,  Uzun 
Həsən  çox  böyük  səxavət  göstərib,  400-dən  artıq  dini  xeyriyyə 
idarəsi  (zaviyə  və  ribat  və  xanəgah)  yaratdı..."  (28,  191).  Bu 
misalların siyahısını bir azda genişləndirmək mümkündür. 
Üçüncüsü, sufilər ədəbiyyata, musiqiyə, memarlığa və s. bir 
sıra  yeniliklər  gətirdi.  Bu  yeniliklər  bütövlükdə  dünya  mədəniy-
yətinin,  o  cümlədən  islam  mədəniyyətinin  zənginləşməsində 
mühüm rol oynamışdır. 


 
76 
 
 Sufilərlə  bağlı  bəhs  etdiyimiz  populyarlıq  və  sevgi  əsasən 
aşağıda göstərilən səbəblərlə izah olunur. 
Birincisi,  bu,  sufiliyin  geniş  spektrdə  təqdim  etdiyi  və  döv-
riyyəyə  buraxdığı  Allahın  eşq  yolu  ilə  dərk  edilməsi,  vəhdət  əl-
vücud, vəhdət əl-şüdut təlimi, “mey, saqi, meyxanə, şam, pərvanə 
və s. kimi özünəməxsus sufi rəmzləri, hərf və rəqəmlər mistikası, 
insanpərvərlik,  demokratizm  və  s.  ilə  səciyyələnən”  (29)  sufilik 
ideyaları və sosial görüşləri ilə bağlı idi. Bu ideyalar öz cəlbedi-
ciliyi, orijinallığı, praqmatikliyi ilə dövrünün digər ideyalarından 
fərqlənirdi.  Sufizmin  irəli  sürdüyü  dünyanın  dərki,  Allah,  yara-
dılış  və  s.  haqqında  ideyalar  sistemindən  müasirləri  faydalana 
bilir və onları narahat edən bir sıra suallara cavab tapa bilirdilər. 
Bu haqda Rəcniş Oşo “Çölün müdrikliyi” əsərində yazırdı: Bu tə-
lim  “…yetərincə  gerçəkçi  (realist),  praqmatik,  yəni  işləkdir. 
Abstrakt  olmadığı  üçün  o,  göydən  daha  çox  yerə,  torpağa 
bağlıdır” (30).  
 İkincisi, bu, sufi ideyalarının gerçəkləşdirilməsi ilə bağlı tət-
biq edilən metod və vasitələrlə bağlı idi. Sufi arifinin əsas metod 
və vasitələri ”...ürək, daxili mübarizə, batini təlaş, hərəkət, təmiz-
lik və paklaşdırmadır” (31). İrqindən, milliyyətindən və dinindən 
asılı olmayaraq insana sevgi, ona sayğı, onun xidmətində durma, 
problemlərinin həllinə kömək sufiliyin başlıca yanaşma prinsiplə-
rindən idi. Onlar öz ideyalarını yayarkən onun təsir effektini yük-
səltmək,  ona  canlılıq  gətirmək  üçün  musiqidən,  rəqsdən  (sima), 
şer demək, hekayət söyləmək kimi vasitələrdən də geniş istifadə 
edirdilər.  
Sufilər öz başlıca ideyalarının (Allahın dərk edilməsi) gerçək-
ləşdirilməsində  intuisiya  və  vəcd  yoluna  üstünlük  verərək  onu 
mütləq həqiqətin dərkində yeganə vasitə hesab edirdilər. Qəzzali 
deyirdi  ki,  «Açıqca  gördüm  ki,  sufilərə  məxsus  həqiqət  kitablar-
dan öyrənilməz. O həqiqətə yalnız insanın təcrübəsi, vəcdi, daxili 
dəyişmələri  və  ilahi  eşqlə  dünyanı  unudub  özünü  tərk  etmək 
vasitəsilə çatmaq olar» (15, 14). 
Üçüncüsü,  bu,  sufiliyin  mahiyyətindən  qaynaqlanan  huma-
nizm  və  insanpərvərliklə  bağlıdır.  Təlimin  humanizm  və  insan-


 
77 
 
pərvərliyinin nüvəsində   əxlaqi-mənəvi  kamil  insan dururdu. Və 
sufizmin başlıca məqsədlərindən biri kamil insanı yetişdirmək idi. 
Bu ideyanın özü toplum üçün çox cəlbedici idi. İnsana böyük də-
yər verən sufizm inanırdı ki, insan öz varlığına tənqidi yanaşmaq-
la,  özünü  tərbiyələndirməklə,  nəfsini  qorumaqla,  öz  mahiyyətini 
dərk etməklə elm, ağıl və iradə yolu ilə kamilləşərək vüsalata ye-
tişə bilər. Şəms Təbrizi bu barədə yazırdı: „İnsan özünü bildimi, 
hər şeyi biləcək“ (32, 57). Əbu Həhs Sührəverdi isə deyirdi: “Sufi 
isə  davamlı  nəfsini  qınayır,  elmini  yetərli  bilmir,  bildiklərinə 
güvənmir, nəfsini (və elmini) bir kənara ataraq Rəbbinin arzu və 
iradəsinə əməl edib fəaliyyət göstərən insandır” (33, 69). 
Dördüncüsü, sufilər öz mənəvi-əxlaqi keyfiyyətləri ilə toplu-
ma  nümunə  idilər.  Sufiliyin  davranış  prinsiplərindən  biri  edilən 
yaxşılığı gizlətmək idi. Sufilik təlimi əxlaqi saflıq, dünya nemət-
lərindən  imtina,  nəfsin  tərbiyələndirilməsi,  dini  biliklərin  kamil 
öyrənilməsi  və  s.  kimi  keyfiyyətlərin  reallaşdırılmasını  sadəcə 
arzu  etmir.  Onlar  bu  keyfiyyətlərin  gerçəkliyə  çevrilməsi  üçün 
üzvləri arasında ciddi qaydalar sistemi yaratmışdı. Çünki sufiliyin 
başlıca  məqsədi  Allahda  təcəlli  edə  biləcək  kamil  insanın 
formalaşdırmaq idi. Bu baxımdan hər bir sufi cəmiyyətin hər bir 
üzvü üçün əxlaqlılığı, maddi nemətlərə biganəliyi, savadlılığı və 
bilikliliyi  ilə  örnək  idi. Əbu  Həhs  sufilərin  pak  davranışlarından 
bəhs  edərək  yazırdı:  “Sufi  davamlı  qəlb  təmizliyi  ilə  uğraşan 
kimsədir.  O,  daim  nəfsini  çirkin  sifətlərdən  sızıb  keçir,  pis 
şeylərdən təmizlənməklə məşğuldur” (33, 72).  
Beşincisi,  sufizmin  dinindən,  irqindən,  sosial  statusundan 
asılı olmayaraq insanlara bir baxması, bir yanaşması, insana insan 
kimi dəyər verməsi ilə bağlı  idi. Sufililər başqa dindən olanlara, 
digər  dini  inanclara  hörmət  bəsləyir,  hətta  başqa  dindən  olanları 
öz aralarına almaqdan belə çəkinmirdilər. Onlar deyirdilər ki, "nə 
qədər  insan  varsa,  haqqa  da  o  qədər  yol  var"  Böyük  sufi  bilim 
adamı  İbn  Ərəbi  deyirdi:  “Mənim  könlüm  istənilən  formanı  gö-
türməyə  başlayıb:  o  həm  cüyürlər  üçün  otlaq,  həm  xristianlar 
üçün  monastır,  bütpərəstlər  üçünsə  məbəddir.  O  təvat  edənlər 
üçün Kəbə, Tövratın, Quranın səhifələridir” (34, 236). Bütün din-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə