Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə26/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

 
81 
 
bundan xilas olmaq məqsədilə özünü danlayıb hesab çəksin. La-
kin bunu ifrata varmaqla həyata keçirmək olmazdı. Digər sufi tə-
riqəti qələndərilər isə dini ayinlərə etinasız yanaşır, namaz qılmır, 
oruc tutmur, rəsmi adətlərə əməl etmirdilər. 
İkinci  mərhələ  (IX-XII  yüzilliklər)  təsəvvüf  mərhələsi  ad-
lanır. Bu mərhələdə Bəyazid Bistami, Cüneyd Bağdadi, Qəzzali, 
İbn  Ərəbi  və  s.  kimi  sufi  intelektual  nəhəngləri  bu  cərəyanı  
sitemləşdirərək, onun nəzəri əsaslarını, davranış və ibadət qayda-
larını,  eləcə  də  mühüm  prinsiplərini  işləyib  hazırladılar.  Əslində 
bu dövr həm də sufiliyin doktirinasını hazırlayan, sufiliyi bidətçi 
elan edən fəqihlərin tutarlı cavablarını verən sufilik elminin (ilm-
ət  təsəvvüf)  yaranması ilə xarekterizə olunmalıdır. Cüneyd Bağ-
dadi  bildirirdi  ki,  təsəvvüfü  fərqləndirən  mühüm  cəhətlər  var  və 
bunlar səkkizdir: «Təsəvvüf 8 xüsusiyyət üzərində qurulub: səxa-
vət, riza (razılıq), səbr, işarə, ğürbət (qəriblik), yun paltar geyin-
mək,  səyahət  və  fəqr  (kasıblıq).  Təsəvvüf  həmin  sifətlərdə  8 
peyğəmbərə  tabe  olmaq  deməkdir:  səxavətdə  İbrahimə,  rizada 
İshaqa, səbrdə Eyyuba, işarədə Zəkəriyyaya, qəriblikdə Yəhyaya, 
yun  paltar  geyinməkdə  Musaya,  səyahətdə  İsaya  və  fəqrdə  Mə-
həmmədə  (s)»  (40).  Əl-Qəzali  isə  Təsəvvüfi  belə  qiymət-
ləndirirdi:  „Təsəvvüf  qəlbini  yalnız  Allaha  bağışlamaq  və 
Allahdan kənarda olanlarla əlaqəni kəsməkdir.“ (41, 32)  
Təsəvvüflə  bağlı  yeni  yaranmış  sufi  məktəblərində  başlıca 
diqqət zahidin daxili həyatının müşahidə edilməsinə, onun niyyət 
və əməllərinin „səmimilik“ (sidq) dərəcəsinin müəyyən edilməsi-
nə mənəvi kamilliyə və cismani təmizliyə aparan yolda onu göz-
ləyən  təhlükə  və  sapqınlıqların  təsvir  edilməsinə  yetirilirdi  (5, 
117).  Bu  dövrdə  (IX-  XII  yüzilliklər)  Azərbaycanda  Əbdülfərəc 
Təbrizi,  Əli  İbn  Əbüləziz  Bərdeyi,  Baba  Kuxi  Bakuvi,  Əbdül 
Vahab  ibn  Məhəmməd  Ərdəbili  kimi  sufiliyin  görkəmli  nüma-
yəndələri yetişmişddir. 
Üçüncü mərhələnin tədqiqatçılar şərti olaraq XII əsrin ortala-
rından  başlandığını  bildirirlər.  Bu  mərhələ  təriqət  (təriqə,  türüq, 
yol)  adlanır.  Yeni  yaranmış  sufi  təriqətləri  və  qardaşlıq  təşki-
latları  müəyyən  ideya  və  təşkilatı  struktura  malik,  bir  az  da 


 
82 
 
Avropa  monastr  ənənələrini  xatrladan  birliklər  idilər.  Bu 
mərhələnin  xarakterik  cəhətlərindən  biri  də  odur  ki,  sufi 
intellektualları,  təsəvvüf  alimləri  sufiliyin  qayda  və  metodlarını 
yenidən  işləyib  hazırlayaraq  öz  adları  ilə  tanınan  təriqətləri  və 
qardaşlıq təşkilatlarını qurdular. „Təriqət təsisatının yaranması ilə 
sufiliyin təsiri daha da gücləndi. Təriqətlər gerçək siyasi qüvvəyə 
çevrildilər,  ona  görə  də  dünyəvi  hakimlər  hər  vəchlə  bu 
təriqətlərin  rəhbərlərinin  yardımına  arxalanmağa,  onları  öz 
tərəflərinə  çəkməyə  cəhd  edirdilər.  Bu  məqsədlə  onlar  şeyxlərə 
müxtəlif  imtiyazlar,  torpaq  sahələri  və  mülklər  verir,  bəzən  də 
onların  fəaliyyətinə  birbaşa  yardım  göstərirdilər.  Bəzi    görkəmli 
sufi  rəhbərləri  siyasi  həyatda  fəal  iştirak  edir,  sülh  şəraitində 
diplomat kimi, müharibə şəraitində isə döyüşən tərəflə danışıqlar 
aparmaq  üçün  elçi  sifətilə  çıxış  edirdilər“  (5,  129).  Məs., 
Azərbaycandan  olan  Sührəverdiyə  təriqətinin  yaradıcılarından 
olan Ömər əs-Sührəverdi xəlifə ən- Nasrin ruhani tərbiyyəçisi və 
məsləhətçisi olmuşdur. 
Çoxlu  sayda  tərqətlərin  meydana  gəlməsinin  başlıca  səbəb-
lərindən  biri  sufilər  arasında  islamın  əsasları  və  şərhı  ilə  bağlı 
müxtəlif xarakterli yozumlarlın və izahların meydana gəlməsi ilə 
bağlı  idi.  Gerçəkliyə  dair  nə  qədər  fərqli  izahlar  meydana  gəlir-
disə,  bilgi  sahibinin  qabiliyyətinə  əsasən  o  qədər  də  təriqətlər 
meydana  gəlməkdə  idi.  Sufi  təriqətlərin  meydana  gəlməsinin  di-
gər səbəblərindən biri də insanların öz təbiətindəki fərqliliklərdən 
qaynaqlandığını söyləmək mümkündür. Belə ki, eyni siyasi, iqti-
sadi  və  mədəni  ortamda  yaşayan  insanlar  müxtəlif  düşüncə,  xa-
rakter  və  xasiyyətlərə  malik  olub,  dinin  əsaslarını  da  eyni  dərə-
cədə  qavraya  bilməzdilər  və  ona  görə  də  onlar  dinin  əsaslarına 
müxtəlif prizmalardan yanaşırdılar. Digər tərəfdən, müxtəlif coğ-
rafi  məkan  və  islamı  qəbul  edən  xalqların  ənənələrində,  mifolo-
giyasında, həyata baxışlar sistemində, mentalitetində  də fərqlilik 
müxtəlif təriqətlərin yaranmasında  həlledici rol oynamışdı.   
Məzhəb və təriqətlərə bölünmənin bir səbəbini də müsəlman 
məzhəb  və  təriqətlərinə  aid  ədəbiyyat  ənənəsi  Məhəmməd 
peyğəmbərə  aid  bir  hədislə  bağlayırdı.    Həmin  hədisdə  deyilirdi 


 
83 
 
ki,  yəhudilər 71 firqəyə, xristianlar 72 firqəyə bölünmüşlər, onun 
müsəlman  hümməti  isə  73  firqəyə  bölünəcəkdir  ki,  onlardan  da 
yalnız  biri  -  „sünnə  və  həmrəylik  əhli“  (əhl  əs  –  sünnə  və  -  l  – 
cəmaə)  nicat  tapacaq  (naciyə),  qalanları  həlak  olacaq  (həlka) 
(42,27).  Əslində  „İslamın  banisinin  „qabaqcadan  verdiyi  bu  xə-
bər“  müsəlman  ilahiyyatçıları  üçün  müsəlman  ümməti  daxilində 
parçalanmanın labüdlüyünə dəlalət edən başlıca və müəyyənedici 
əsasi  idi  və  bu  parçalanmaya  haqq  qazandlrmaq  üçün  onlara 
imkan verirdi“ (5, 80).  
Hər bir təriqətə qəbul ciddi araşdırmalara və qaydalara əsas-
lanırdı.  Görkəmli  Türk  araşdırıcı  Orxan  Hincəroğlu  özünün 
„Fəlsəfi düşüncələr“ əsərində bir çox təriqətlərə qəbul qaydaların 
da  aşağıdakı dərəcələrin olduğunu bildirir. 
İlk dərəcə incələmə dərəcəsidir (təsəvvüf dilində buna tafar-
rus  deyilir).  Onlara  qoşulacaq  adamı  uzun  zaman  yoxlayarlar. 
Özündən  razılarla,  inadcıllarla  vaxt  keçirməzdilər.  Təsəvvüf 
dilində  belə  bir  deyim  vardır:  İçində  işıq  olan  evdə  danışa 
bilmərik,  şoran  torpağa  toxum  səpilməz...  Bu  sözlərin  mənası 
budur: Fəlsəfəmizi anlamayan özünü bəyənmiş axmaqları, inadcıl 
axmaqları  içimizə  alıb  bizi  boş  yerə  məşğul  etməyin.  Araşdırma 
müddəti ortalama bir il sürər. 
İkinci dərəcə alışdırma dərcəsidir (təsəvvüf dilində buna tanis 
deyilir).  Bu  dərəcədə,  durumu  hərtərəfli  öyrənilmiş  kişinin  dost-
luğu əldə edilməyə çalışılır. Bu dostluğu gündən-günə möhkəm-
ləndirmək üçün hər vasitəyə baş vurulur. 
Üçüncü  dərəcə  şübhələndirmə  dərəcəsidir  (təsəvvüf  dilində 
buna  taşkik  deyilir).  Qabaqcadan  hazırladıqları  suallarla  qəbul 
etmək  istədikləri  adamı  yaxşıca  yoxlayırlar.  Bu  suallarla  həmin 
şəxsin  bilərəkdən  şübhələrini  artırır,  ya  da  oyandırırlar.  Suallar 
təxminən  bu  cür  olurdu:  Cənnətin  qapısı  niyə  səkkiz  dənə  olub 
cəhənnəminki,  yeddidir?  ..  İnsanı    qulağı  ikidir  nəyə  görə  dili 
birdir?.. və s.  
Dördüncü dərəcə gözləmə dərəcəsidir (təsəvvüf dilində buna 
talik deyilir). Verilən suallara marağı oyandırılan adam sualların 
cavablarını  öyrənmək  istəyir.  Bu  sualların  cavablarını  öyrənə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə