Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə28/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

 
87 
 
səhv etmədi. Lənət olsun əhdini pozana!..  deyərək acı duzu şirin 
suya qatır və talibə içirdir. Su qabı əldən ələ keçərək mərasimdə 
iştirak  edən  bütün  ərənlər  tərəfindən  bir  qurtum  içilir.  Sonunda 
mürşid də bu sudan bir qurtum içərək, Əssalam ey hazırun! deyə 
qışqıraraq, indi bu kişi təslim oldu və ərənlər yoluna niyyət etdi, 
hüzurunuzda  suya  və  duza  and  verdi  ki,  bu  yoda    üz 
döndərməyəcək  (23).  Bu  mərasim  prosedurdan  sonra  kişi  mürid 
sifəti  ilə  təriqətə  qəbul  olunaraq,  əziyyətli  müridlik  yolunu 
keçməlidir.  
Bəhs  etdiyimiz  dövrdə  yaşayıb-yaratmış  Azərbaycanın  şair 
və  mütəfəkkirləri  öz  əsərlərində  təriqət  məsələlərinə  toxunmuş, 
müxtəlif  fikirlər  söyləmişlər.  Nəsimi  özünün  „Gördün  ki,  bəhri 
məani nə qəsdi-can eylər“ rədifli qəzəlində təriqət  yolunun haqq 
yolu olduğundan bəhs edərək yazırdı: 
 
Təriqət ər dilər isən həqiqətə başla,  
Həqqə könül vericək eşq ona nişan eylər (43, 204).  
 
Nizami  Gəncəvi  sufi  təriqət  əhlinin  ezoterikliyinə    işarə 
edərək yazırdı:  
 
Batinlərini tərbiyələndirən şimşək sürətli təriqət əhli 
Gördüklərindən yan keçərlər 
Ərşin yanına qədər başları ucalanlar 
Topu öz daxillərindəki meydanda udurlar (44, 173). 
 
Sufilik  yekcins, vahid təlim olmadığı üçün onun vahid pred-
metindən və dərk etmə üsullarından da danışmaq olmur, ona görə 
də  sufiliyi  öyrənərkən  tədqiqatçılar  onları  iki  qola  ayırırlar  - 
mötədillərə və ifratçılara.  
 
Mötədil sufiliyin yaradıcısı, əsasən Cuneydi və onun ardıcıl-
ları olub, şəriət - təriqət - həqiqət təlimini yaratdılar (bəzi sufilər 
insanın  mənəvi  cəhətdən  saflaşaraq,  kamilləşərək  (əl-insan  əl-
kamil)  Allaha  qovuşmasının  dörd  mərhələdən  -  şəriət  -  təriqət  - 
mərifət - həqiqətdən ibarət olduğunu bildirirlər). Onlar ifrat, nəza-


 
88 
 
rətsiz „vəcdə“  gəlmənin  müsəlmançılığa  ziyan  vuracağını  söylə-
yir  və  buna  qarşı  çıxırdılar.  Mötədillər  Quran  və  sünnəyə  sadiq 
qalıb səssiz zikr və sakit ibadət etməyi düzgün sayırdılar.   
İfrat sufiliyi isə əsasən Bistami, Həllac və s. təmsil edərək de-
yirdilər ki, vəcd halı ilə dini ənənədən və əxlaq qaydalarından kə-
nara  çıxmaq  olar.  Onlar  baş  yellətmək,  zikrin  təlqin  olunması, 
musiqidən  istifadə  olunması,  zikr  deyərkən  vəcdə  gəlmə,  şeir, 
rəqs, bədən hərəkətləri və s. kimi  vəcd formalarından geniş  isti-
fadə edirdilər.  
Sufiliyin başlıca ideyalarından biri Vəhdət-əl vücud (Varlığın 
vəhdəti) ideyası idi. Vəhdət-əl vücud təlimi - mistik istək  yolu ilə 
Allahı  Yaradan  və  yaradılmışların  vəhdəti  kimi  dərk  etməkdir. 
Onun  banisi  Ibn  əl  Ərəbidir  (1165-1240).  O,  sufizmin  ontoloji 
əsasını  təşkil  edən  bu  təlimi  sistemləşdirərək  və  nəzəri  sufizmin 
fəlsəfi  əsasını  yaradaraq  tamamilə  yeni  bir  konsepsiya  ortaya 
qoydu.  Ona  görə,  dünyanın  mövcudluğu  öz  zatındakı  əzəli  im-
kanları maddi kainatın əşya və hadisələrində gerçəkləşdirən ülvü 
və özlüyündə mövcud Mütləq Olanın Öz-özünü əyan etməsi nəti-
cəsindən başqa bir şey deyildir (5, 137). Bu təlimi dəstəkləyənlə-
rə görə,  Allah özünü aləmdə göstərmək istəyir, dünyanı da bu is-
tək  əsasinda  yaradib.  Digər  yaradılanlardan  fərqli  olaraq  insan 
Allahın atributlarını daha yığcam və bütöv şəkildə əks etdirir. Ka-
mil  insan  (əl-insan  əl-kamil)  İlahinin  surətidir.  İbn  əl  Ərəbi  gü-
man  edirdi  ki,  varlıq  daimi  dəyişkənlik  vəziyyətindədir,  hər  bir 
anda Allah yeni səkilə düşür və əvvəlkindən fərqlənir. İnsanların 
Allah haqqında mühakimə və təsəvvürlərinin müxtəlifliyi də bur-
dan  irəli gəlir. İnsanların Allahı təzahür etdirmə dərəcəsi onlara 
İlahidən verilir. Əql vasitəsilə Allahı dərk edən hər bir insan İla-
hinin  təzahürünün  konkret  bir  formasına  bağlanır  və  başqalarını 
qəbul etmir. Yalnız arif şəxslər Allahı bütün təzahür formalarında 
qəlbi  ilə dərk edir və Onun haqqında bütün  mühakimələri qəbul 
edir (39, 144). Başqa sözlə, İbn Ərəbi Allahı dərk etməkdə ağlın 
yetərli olmadığını, bu yolda kəşfin, təcrübənin, vəcdin, eşqin bö-
yük rol oynadığını bildirirdi. Bununlada o, Rəbiyə Ədəviyə, Bə-
yazid Bistami, Həllac Mansurla başlanan irrassional dərk  yolunu 


 
89 
 
daha  da  dəqiqləşdirdi  (45,  57).  İbn  Ərəbiyə  görə  haqqı  haqda, 
haqq  gözü  ilə  görənlər  haqqı  bilənlərdir.  Haqqı  haqdan  və  haqq 
gözü ilə görməyib nəfsinin gözü ilə axirətdə görməyi arzulayanlar 
cahildir. Sufilərə görə bir ilahi nur parçası olan insan qopub gəl-
diyi bütövə dönməyə can atır. Ancaq bədənlə nəfs insanı ilahi nu-
runa  qovuşmağa  qoymayan  əsas  element  kimi  ortaya  çıxır.  İlahi 
nur Tanrı gözəlliyini bədəndə əks elətdirir. İrfan əhli bu gözəlliyi 
görüb duyur. İnsanı bilmək, onun ilahi gözəlliyini görmək Mütləq 
Varlığı  bilməklə  adekvatlaşır.  Tanrı  gözəlliyini  özündə  əks  etdi-
rən  insanın  bədəni  maddi  varlıq  olduğu  üçün  maddi  nemətlərə 
doğru can atır. Nəfs bu canatımın önündə durur, çünki nəfsin də 
mənbəyi maddidir. Nəfs insanı dünyanı sevməyə, ona bağlanma-
ğa  sövq  edir.  Sufi  təliminin  əsasını  məhz  nəfslə  mübarizə  təşkil 
edir, bu mübarizə cihadı Əkbər adlandırılıb, bütün vəhdəti-vücu-
dun  fəlsəfi  sistemini  təşkil  edir.  Şəriət  bu  mübarizənin  rasional 
yolunu - yəni ibadət, oruc, namaz qılmaq, həcc ziyarətinə getmək 
və  s.  görür.  Allahdan  başqa  heç  bir  vücud  tanımayan  sufilər  isə 
hər şeyin  Mütləq Varlığa münasibətdə əzəli və əbədi  yoxluğunu 
yalnız  irrasional  yolla  (hal,  təcrübə,  kəşf,  eşq)  dərk  etməyə  ça-
lışırlar. Kamil insan irrasional yolla gedəndir (45, 64).    
Vəhdət-əl vücud təlimi mahiyyəti etibarilə bir panteist təlimi 
olub,  Allahla  təbiəti  eyniləşdirirdi.  “Onlar  hər  nəsnədə  ruh  gör-
dükləri  üçün hər şeyə hörmət edirdilər. Ona  görə də düracaqları 
yeri öpürdülər, namazdan sonrada həmin yeri öpürdlər, yəni ayaq 
basdıqları  yeri incitdikləri  üçün üzr istəyirdilər.  Yemək  yeyəndə 
qaşığı, çəngəli də beləçə öpürdülər» (20, 76). 
Sufi inaclarına görə, insan Allaha qovuşmaq üçün Vəhdət-əl 
vücud məqamına yüksəlmək üçün bir neçə məqamdan, kamilləş-
mə mərhələsindən təkmilləşə  - təkmilləşə keçməlidir. Bu barədə 
Zümrüd Quluzadə  yazır: “Sufi mərifət  yolu ilə dinə zidd çıxma-
dan sirr elan edilmiş Yaradan və  yaradılışın mahiyyətini  anlama 
məqamına  yaxınlaşır.  Bu  mürəkkəb  yol  nəfsi  əmmarədən  (pis 
nəfslərdən); şər, kibr, zülm, riya, tamahkarlıq, qarınqululuq, zina 
və sair bu kimi keyfiyyətlərdən tövbəni nəzərdə tutur. Bir sıra cə-
rəyanlarda əxlaqi-mənəvi kamilləşmə intellekt (zəka) kamilliyi ilə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə