Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə31/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

 
96 
 
dua adlanan dua tipindən istifadə edirdilər. Müsəlmanlar arasında 
əsas  dua  mərasim  duası  sayılır.  Mərasim  duası  ərəbcə  əs-səlat,  
türkcə  və  farsca  isə  namaz  adlanır.  “Namaz  Allaha  dua  etmək 
deməkdir.  Namaz  vaxtı  mömin  insan  Allahın  qarşısında  boyun 
əyir,  diz  çökür.  Namazın  əsas  qayəsi  müsəlmanın  öz  Xaliqi  Al-
lahla  ruhani,  mənəvi  əlaqəsinə  nail  olmaqdır”  (5,  195).    Sərbəst 
dua sufilərin  daha çox istifadə etdikləri  və onların  „... bütün  hə-
yatının  əhəmiyyətli  hissəsini təşkil edir. O dualarda daim Allahı 
tərifləyir və Ona yalvarır“ (54, 16). Sufilərin Allahı yaxından hiss 
etmə  və  mənəvi  cəhətdən  saflaşma  yollarından  biri  zikrdir.  Zikr 
sözünə lüğətlərdə  yada salma, xatirə gətirmə, adını çəkmə, ifadə 
etmə, dua, vird etmə, tərif etmə kimi mənalar verilir (55, 460). İs-
lamda  Allah-təalanı  zikr  etmək  Onun  itaəti  üçün  edilən  bütün 
əməllərə  və  deyilən  bütün  sözlərə  aid  edilir.  Təsbeh,  təkbir 
(Allahü əkbər - Allahı böyük tutma) və təhlil gətirmək, Quranın 
oxunması, hədis oxumaq, elm öyrənmək və sair ibadətlər zikr he-
sab olunur. Zikrin çərçivələri çox genişdir əgər belə demək müm-
künsə Allah taalanı xatırlama, Ona itaətlə bağlı olanları zikr he-
sab etmək olar. Quranda 250 dəfədən çox zikrin adı çəkilir və bir 
çox  surələrdə  onun  vacibliyindən  danışılır:  «Ey  iman  gətirənlər! 
Allahı  çox  zikr  edin!  Onu  səhər  və  axşam  təqdis  edib  şəninə 
təriflər deyin!», (51, 231); „...O vəziyyətdə belə Rəbbini çox yada 
sal (zikr et) və səhər – axşam şəninə təriflər deyib şükür et!“ (51, 
599);  „Namaz  qılınıb  qurtardıqdan  sonra  yer  üzünə  dağılıb 
Allahın  kərəmindən  ruzi  diləyin!  (Yenə  öz  işinizə  qayıdın!)  Və 
Allahı  çox  zikr  edin  ki,  bəlkə  nicat  tapıb  səadətə  qovuşasınız! 
(Hər  iki  dünyada  muradınıza  yetişəsiniz)“  (51,100).  Sufi  ariflə-
rinin təcrübə və təsbitinə əsasən zikr qəlbin təmizlənməsində və 
nəfsin tərbiyəsində tutarlı vasitələrdən biridir. Zikrin cani-dildən, 
ürəkdən  edilməsini  şərt  kimi  qoyan  Mövlanə  öz  məsnəvilərində 
buyururdu:  „Ağızla,  dillə  duymadan,  düşünmədən,  eynilə 
tutuquşu kimi edilən zikr – nöqsanlı bir xəyaldır. Əsl Haqq aşiqi 
kimi,  yəni  canla,  könüllə,  heyranlıq  duyaraq  edilən  zikr  isə 
sözlərdən və kəlmələrdən arınmışdır“ (56, 166). 


 
97 
 
Bir  sıra  sufi  təriqətləri  təriqətin  məqsəd  və  qayəsinə  uyğun 
olaraq  zikr  ayinini  sistemləşdirərək  onun  müxtəlif  formalarını 
yaratdılar. Təsadüfi deyil ki, təriqətə daxil olan şəxsin qarşılaşdığı 
daxilolma  mərasiminin ilk  mərhələsində  təlqin  -  əz-zikr  adlanan 
zikr  formasından  istifadə  olunurdu.  Sufizmdə  zikrin  bir  neçə 
formasından istifadə olunurdu: zikr cəli (aşkar zikr, ucadan edilən 
zikr, buna gündəlik zikr də deyilirdi), zikr xəfi (gizli zikr), zikr əl 
həzra (kollektiv, birgə zikr). 
Gündəlik zikr məcburidir. Hər namazdan sonra olması vacib-
liyi  Quranda  deyilir:  „Namazımızı  qıldıqdan  sonra  ayaq  üstə 
olanda da, oturanda da, uzananda da Allahı zikr edin“ (51, 559). 
Qədiriyyə  təriqətindən  olanlar  namazdan  sonra  «sübhanallah», 
«əlhəmdülillah»  və  «Alllahu  əkbər»  kəlmələrinin  hər  birini  33 
dəfə təkrarlayar, yanlışlığa yol verməmək üçün təsbehdən istifadə 
edərdilər. Onların təsbehi hər bölümündə 33 olmaqla 99 muncuq-
dan  ibarət  olardı.  Xəlvətiyə  təriqətində  301  və  1000  dənəli 
təsbehlər  olub.  Minlik  təsbehlərdən  müstəsna  hallarda  istifadə 
edilirdi.  Sufi  icmalarında  təsbeh  hakimiyyət  rəmzi  sayılır  və 
qarovul onu hərbi hissənin bayrağı kimi qoruyardı (57). 
Gizli  zikrin  daha  mürəkkəb  qaydaları  var  idi  və  Şərq  dini  – 
fəlsəfi təlimlərinin bir sıra qaydalarını andıran hərəkətlər mövcud 
idi. Məs., nəfəsalma və nəfəsvermə hərəkətlərindən geniş istifadə, 
yoqa  və  bir  sıra  digər  Şərq  dini-fəlsəfi  təlimlərində  məşhurdur. 
Sufilər  zikr  ayinini  yerinə  yetirərkən  bu  hərəkətlərdən  istifadə 
edirdilər.  Görkəmli  sufi  bilim  adamlarının  bu  barədə  fikirləri  də 
mövcuddur.  Şibli  «təsəvvüf  intellektə  nəzarət  və  düzgün 
nəfəsalma qaydalarıdır»  - deyərdi. Məxfi zikrə başlayarkən göz-
ləri  və  ağzı  yummaqla  zikr  formulu  gerçəkləşdirilərdi.  «La 
ilahə»də  nəfəs  alır,  «illallahda»  nəfəs  verilərdi.  Nəqşbəndilərdə 
məxfi zikr bu qaydada olurdu: dil damağa sıxılır, dodaqlar və diş-
lər  kilidlənir,  nəfəs  dayandırılırdı.  «La»  hissəciyi  deyilir  və  onu 
mədədən  «götürüb»  beyinə  aparırdılar.  Beyinə  çatanda  «ilahə», 
sonra başı sağ çiyinə döndərib «illəllah» deyilərdi. Sonra baş sol 
çiyinə döndərilərək, «la ilahə illəllah» deməklə ürəyə doğru apa-
rılır.  Bundan  sonra  o,  bütün  bədən  boyu  hərəkət  edir.  «Məhəm-


 
98 
 
mədən  rəsulillah»  deyəndə  baş  soldan  sağa  çevrilir.  Sonra  «Ya 
Allah, Sənə can atıram, Sənə çatmaq mənim ən böyük məramım-
dır»  sözləri  deyilir.  Qədiriyə  təriqəti  mənsubu  isə  bardaş  qurub 
əyləşər və sağ ayağının baş barmağını sol qıçında dizə yaxın olan 
venaya  dirəyərdi.  Əllərini  dizləri  üstə  qoyub  barmaqlarını  «Al-
lah»  sözü  şəklində  açardı.  Əvvəlcə  «lam»  kəlməsindən  başlayıb 
bunu  dəfələrlə  –  ürəyində  ilahi  odun  alovlandığını  hiss  edənə 
qədər təkrarlayardı (57). 
Birgə zikr sufilər arasında icra və məzmun fərqliliyi ilə müx-
təlif  formalarda  həyata  keçirilirdi.  Bu  ayrı-ayrı  təriqətlərdə  oxu-
nan mətlərin, birgə rəqslərin müxtəlif xarakterli hərəkətlərin müx-
təlifliyində özünü göstərirdi. Məsələn, bu ayini  yerinə  yetirirkən 
mövləvilər  dövrə  vuraraq  oynadıqları  səma  rəqslərinə,  rifailər 
xorla  oxumağa,  isəvilər  tullanma  hərəkətlərinə  və  s.  üstünlük 
verirdilər. 
Mövləvilər    hesab    edirdilər    ki,    Allahı  zikr    etməyin    ən 
yaxşı vasitələrindən biri musiqi və rəqslə birlikdə edilən zikrdir. 
Müasir  təsəvvüf araşdırıcılarından Yaşar Nuri Öztürk bildirir ki, 
„ ...Mövləvi zikrinin ən məşhur şəkli səmadır. Bunu mövləvilikdə 
birgə  zikr  kimi  də  ifadə  etmək  olar,  çünki  zikr  insan  ruhunun 
üzdə  olan  bəzi  motivlərlə  allaha  doğru  yüksəlişini  saxlamaq   və 
bir  vəcd  (ekstaz)  halı  yaratmaq  məqsədi  güdən  fəaliyyətdir.  Bu 
halda  səma  zikrin    formasından  başqa  bir  şey  deyildir...“  (58, 
228). 
Kollektiv zikrlər sufizmdə ilkin çağlardan mövcuddur. Nəqş-
bəndilərin  «paslı  mişar»  adlı  zikrlərinin  müəllifi  Əhməd  Yəsəvi 
özüdür. Bu ayin Orta Asiya tipindədir. Zikr vaxtı «ha» dərin nə-
fəsvermə,  «hu»  isə  lap  astadan  tələffüz  olunardı.  Bu  zaman  çı-
xarılan  səslərdən  yaranan  ritm  paslı  mişarla  odun  doğranmasını 
xatırladardı (57).   
Tacqoyma  mərasimi.
  Bir  sıra  təriqətlərdə  bu  təriqətlərin 
daşıyıcıları tərəfindən təriqət fərqliliyini göstərmək üçün  müxtə-
lif ideyaları simvolizə edən baş geyimlərindən istifadə olunurdu. 
Məs.,  Səfəviyə  təriqətinin    ardıcılları  12  imamı  simvolizə  edən 
zolaqlı  əmmamələr  geyinirdilər.  Bəzi  təriqətlərdə  baş  geyiminin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə