Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə39/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

 
123 
 
6.
 
Nəfsi  mərziyə  (nəfsi  mərdiyyə)  -  nəfsin  Allahın  rizasını 
qazandığı  məqamdır.  Salikin  nəfsi  artıq  qəbul  edilib. 
Haqq ondan razıdır. 
7.
 
Nəfsi kamilə-safiyə (kamil nəfs, saf nəfs): artıq bu mərtə-
bəyə çatmış salik ən uca məqama yetişmiş, kamil sifətini 
qazanmışdır.  Bütün  gözəl  sifətləri  özündə  birləşdirən  və 
bir  qayda  olaraq  maddiləşmiş  bir  mələk  halını  almışdır. 
Bu  məqamdakı  şəxsin  hərəkətləri  və  davranışları  xeyir, 
yararlı,  yaxşı  və  ibadətdən  ibarətdir.  Sözləri  hikmətdir. 
Üzündəki nur baxanlara hüzur və fərahlıq verir. Onu gö-
rənlər istər-istəməz, Cənabı Haqqı xatırlayarlar. Bu məqa-
ma  yüksəlib  vüsalatın  sirlərinə  yiyələnən  kişi  bütün  ilahi 
sirlərə vaqif olmuş sayılır. Bütün bu keyfiyyətləri ilə Mür-
şidi kamil sifətiylə o insanları irşad etmə hüququnu əlinə 
almışdır (84). 
 
Hər  mərhələnin  öz  rəngi  var.  Rənglər  bu  ardıcıllıqdadır: 
mavi, sarı, qırmızı, ağ, yaşıl, qara, rəngsizlik.  
Sufi  ənənələrinin  orta  əsrlər  müsəlman  dünyasına,  o  cümlə-
dən də bütövlükdə Azərbaycan mədəniyyətinə və düşüncə tərzinə 
təsiri  danılmazdır.  Məhz  bu  dövrlərdə  Azərbaycan  ədəbiyyatına, 
memarlığına, incəsənətinə, elminə sufilik bir sıra yeniliklər gətir-
di  və  onu  xeyli  zənginləşdirdi.  Ancaq  bu,  birtərəfli  olmayıb.  O 
dövrün sufi  intelektualları və təlimləri içərisində azərbaycanlıla-
rın  öz xüsusi  çəkisi  olub  və  onların  sufi  mədəniyyətinə  bəxş  et-
dikləri yeniliklər bütövlükdə islamın, o cümlədən də sufiliyin in-
kişaf etməsinə, fikir, düşüncə etibarilə zənginləşməsinə  ciddi tə-
sir və kömək etmişdir. 
 
 


 
124 
 
Sührəverdiyə  təriqəti 
XII yüzillikdə əslən azərbaycanlılar tərəfindən Bağdadda ya-
radılan,  sonradan  islam  dünyasında  geniş  yayılmış  sufi  təriqətlə-
rindən  biri  də  Sührəverdiyə  təriqətidir.  Bir  sıra  tədqiqatçılar  bu 
təriqətin  yaranmasını  Əbu-Nəcib  Sührəverdinin  (1097-1168)  adı 
ilə  bağlayırlar.  Lakin  təriqətin  ideya  nəzəri  əsaslarının  hazırlan-
ması və inkişaf etdirilməsi Əbu-Nəcib Sührəverdinin qardaşı oğlu 
Əbu  Həfs  Ömər  Sührəverdi  ilə  bağlıdır.  Ömər  Sührəverdinin 
sistemləşdirdiyi  və  inkişaf  etdirdiyi  "Sührəverdiyə"  təriqəti  istər 
onun  zamanında,  istərsə  də  sonralar  Türkiyədən  tutmuş  Hindis-
tana  qədər  müxtəlif  ərazilərdə  yayılaraq  özünə  çoxlu  tərəfdar 
qazanmışdır.  Sonralar  bu  təriqətin  inkişaf  edərək  bir  neçə  yeni 
qolları  yarandı.  Bu  qollar  içərisində  onun  oğlu  İmadəddin  Mə-
həmmədin  (vəf.  1257),  Şiraz  şeyxi  Nəcibəddin  Buzquşun  (vəf. 
1279)  və  digərlərinin  qardaşlıqlarını  göstərə  bilərik  (85).  Türk 
araşdırmaçılarından Özləm  Yılmaz bu təriqətin Türkiyədə  yayıl-
masına  işarə  edərək  yazırdı:  „Sührəverdiyə  də  Yəsəviyə,  Möv-
ləviyə,  Kübraviyə  və  Rufaiyə  təriqətləri  kimi  fəaliyyətləri  ilə 
Anadolunun  gəlişməsində  önəmli  rola  malik  olmuşdur.  Sührə-
verdiyə  dərvişləri  o  dönəmdə  təriqətlərini  Anadoluda  yayğınlaş-
dırmamaqla  birlikdə  daha  sonra,  XV  əsrin  ilk  yarısında  qurulan 
Zeyniyə  qolu  bu  imkanı  əldə  etdi.  Bu  təriqət,  Anadoluda  yay-
ğınlıq qazanmasa da, mədəni təsiri əsrlərcə sürdü” (17). Sonralar 
bu təriqətə qulluq etmək təhlükəli sayılsa belə, Nurəddin Əbd əs-
Səməd  ən-Nətənzi,  Əbdürrəzzaq  əl-Kaşani  (vəf.  1329),  Səid  ibn 
Abdullah  əl-Fərqani  (vəf.  1300)  kimi  görkəmli  şəxsiyyətlər  öz-
lərini  Sührəverdiyəyə  aid  edən  şeyxlər  olmuşlar.  Azərbaycanda  
geniş  yayılmış  “Zahidiyə”,  “Səfəviyə”  və  “Xəlvətiyə”  kimi  təri-
qətlər öz ideya nəzəri əsaslarına görə Sührəverdiyə təriqətinə söy-
kənir.  Hindistanda  isə  həmin  təriqət  mistik  istiqamətli  müstəqil 
məktəb  kimi  açıq  surətdə  fəaliyyət  göstərmişdir.  Sührəverdinin 
məşhur  tələbəsi  Nurəddin  Mübarək  Qəznəvi  (vəf.  1234)  tərə-
findən  yaradılan  məktəb  isə  indiyə  qədər  orada  fəaliyyət 
göstərməkdədir (18, 65).  


 
125 
 
Dünyagörüşü  baxımından    Sührəverdiyə  sufi  qardaşlığı  Əbu 
Həmid  əl-Qəzzali,  İbn  Ərəbi  və  Ömər  Sührəverdinin  nəzəri  və 
əməli  təliminə  istinad  edirdi.  Onlar  səsli  və  səssiz,  kollektiv  və 
fərdi  zikrdən  geniş  istifadə  edirdilər.  Ucadan  söylənən  kollektiv 
zikrin  əvvəlində  kəlmeyi-şəhadəti  söyləmək,  “Fatihə”  və  “İxlas”  
surələrini oxumaq və zikrin  dualarını demək bir qayda kimi  qə-
bul  olunur.  Fərdi  səssiz  zikrdə  isə  kəlmeyi-şəhadətin  birinci 
hissəsi  deyilir,  sonra  altı  sufi  zikr  sözü  ifadə  olunur.  Qardaşlığa 
qəbul iki mərhələdən keçir: 3-6 aylıq namizədlik dövrü, bu dövr-
də  mürid  hər  gün  şeyxə  gecə  gördüyü  yuxuları  danışır,  şeyx 
bunların əsasında  müridin vəziyyətini yozur. Sufilər 4-5 və ya 12 
dilimli  şiş  papaq  geyinirdilər.  Papağın  rəngi  istənilən  rəng  ola 
bilərdi (39, 172).   
Sührəverdiyə  təriqətinin  ideya,  nəzəri  və  praktiki  əsaslarını 
hazırlayan  ensiklopedik  biliyə  malik  Ömər  Sührəverdi  həm  də 
tərbiyəçi,  müəllim  və  dövrünün  çox    böyük  intellektuallarından 
biri  idi.  Təsadüfi  deyildi  ki,  o  Bağdadın  bütün  sufilərinin  şeyxi 
(Şeyx  əş-şuyuh)  adını  qazanmışdır  (39,  171).  Əbu  Həfs  Ömər 
Sührəverdi  1145-ci  ildə  Zəncan  yaxınlığındakı  Sührəvərd  şəhə-
rində doğulub. Ə.Sührəverdinin müəllimi, Qədiriyə sufi ordeninin 
banisi Əbdülqadir Cili şagirdinin gələcəyinə böyük ümid bəsləyə-
rək  ona  “sən  İraqda  məşhurların  axırıncısısan”  demişdi  (86).  O, 
ilk  təhsilini  əmisi  Əbu-Nəcib  Sührəverdidən  (1097-1168)  almış 
və  mistik  təriqət  yolunun  seçilməsində  də  əmisinin  böyük  təsiri 
olmuşdu.  Sonra  Bağdad  şəhərinə  gələrək  məşhur  "Nizamiyə" 
mədrəsəsində    təhsilini  davam  etdirir  və  oranı  bitirdikdən  sonra 
bir  müddət  həmin  mədrəsədə  dərs  deyir.  O  vaxt  sufilik  təlimini 
qəbul edib öyrənmək istədiyinə görə və qəbul olunmuş sufi  qay-
dalarına əsasən
 m
ürşid axtarışına çıxır. Sührəverdi dahi Şeyx Əh-
məd  əl-Qəzzaliyə  müraciət  edərək  onun  müridi  olur.  Bağdadda 
xeyli məşhurlaşan Sührəverdinin şərəfinə Xəlifə Nasir Dəclə çayı 
sahillərində  “Mərbaniyyə”  adlı  xanəgah  tikdirir  və  o  burada  bir 
müddət tərki-dünya həyatı keçirir. Onun şöhrəti bütün Şərqə ya-
yılır. Çoxları onun müridi olmaq arzusuna düşür. Sührəverdi Əbu 
Məhəmməd  Ruzbihan  Baqli  Şirazi  (öl.  1209),  İsmayıl  əl-Kəsri 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə