Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə42/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

 
132 
 
1455-1456), Pir İlyas  (ö. h. 837/1433-1434) və başqaları. Bunlar 
Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Şirvan, Marağa, 
Təbriz  kimi  əyalətlərdə  doğulmuş  və  fəaliyyət  göstərmiş,  adam-
lara  təriqət  yolunu  öyrətmişlər.  Bu  təriqətin  sistemləşərək 
formalaşmasında  Şamaxı  şəhərində  doğulub  böyümüş  və  Şeyx 
Sədrəddin  Hiyavinin  yanında  tərbiyə  almış  və  onun  xəlifəsi 
olaraq yetişmiş, „təriqətin ikinci piri və ya gerçək qurucusu“ deyə 
biləcəyimiz  Seyid  Yəhya  Şirvaninin  (ö.  868/1463-64,  Bakı) 
böyük  xidmətləri  olmuşdur  (92,  65).  Yəhya  Şirvaninin  yazdığı 
əsərlər  (bunların  sayı  20-yə  qədərdir)  xəlvətiyə  sufi  təriqətinin 
başlıca  prinsiplərinin  işlənib  hazırlanmasında,  onun  nəzəri  və 
praktiki əsaslarının formalaşmasında əsaslı rol oynamışdır. Seyid 
Yəhyanın ərəb dilində yazdığı "Virdü Səttar" adlı əsəri xəlvətilər 
arasında çox  populyar olub, demək olar ki, bütün şöbələrdə vird 
(dua, zikr növü) kimi oxunurdu. Məhz, buna görədir ki, müasir-
ləri bu əsərə “Vird-i Yəhya” adını vermişdilər.  
Şeyx Yəhya həzrətlərinin yazmış olduğu və xəlvətilərin oxu-
duğu  "Virdü  Səttar"ın  başlanğıc  bölümü  belədir:  “Bismillahi 
rəhmani rəhim Allahım! Ya Səttar, ya Səttar, ya Əziz, ya Gaffar, 
ya  Cəlil,  ya  Cabbar,  ey  qəlbləri  və  gözləri  (haqqa)  çevirən,  ey 
gecə ilə gündüzü idarə edən! Bizi qəbir və cəhənnəm əzabından 
qurtar.  Allahım!  Ayıblarımızı  ört,  günahlarımızı  bağışla,  qəlblə-
rimizi  təmizlə,  qəbirlərimizi  aydınlat,  kökslərimizi  aç,  bizdən 
günahlarımızı sil, bizi yaxşı kəslərə öldürt.”  
Seyid  Yəhya  ”Şifaül-Əsrar” adlı əsərində insanlara müraciət 
edərək deyirdi: “Nəbi (s.ə.s.) belə buyurur: "Dinin misalı sağlam 
ağacın  misalı  kimidir.  İman  kökləridir,  zəkat  budaqlarıdır,  oruc 
damarlarıdır, namaz suyudur. Gözəl  əxlaq  yarpağıdır. Haramlar-
dan  uzaqlaşmaq  meyvələridir.  Necə  ki,  ağac  ancaq  meyvəsi  ilə 
kamil olarsa və meyvəsiz ağac ancaq atəşə layiq isə, eyni bunun 
kimi din də ancaq haramları tərk etməklə tamamlanır” (93, 23). 
Abbasqulu  ağa  Bakıxanov  ”Gülüstani-İrəm”  adlı  əsərində 
Seyid Yəhyanı ”Fəzilətləri və gözəl xasiyyətləri məşhur” bir alim 
kimi  dəyərləndirmişdir  (94,  215).  Əhməd  Taşköprizadə  (1495-


 
133 
 
1561) yazırdı ki, ”onun başına on minə qədər adam toplaşmışdı, 
davamçıları ətraf məmləkətlərə yayılmışdı” (17, 48). 
Seyid Yəhya Bakıda vəfat edənə qədər (1464) bir çox mürid 
yetişdirmiş, bunları Azərbaycan və Osmanlının müxtəlif yerlərinə 
göndərmişdir.  Xəlvətiliyin  davamçılarından  olan  Aydınlı  Dədə 
Ömər  Rövşəni  ilə  Təbriz  və  onun  ətrafında,  Yusif  Müsküri  ilə 
Şirvanda, Əlaəddin Əli, Həbib Qaramani, Məhəmməd Bəhaəddin 
Ərzincani və Əhmət Sünnəti ilə Anadolu və Balkanlarda, Ibrahim 
Gülşəni ilə Afrikada və digər bölgələrdə yayılmışdır (93, 22).  
Göründüyü  kimi,  bu  təriqətin  bir  çox  mərkəzi  simalarının 
Azərbaycanda təhsil və tərbiyə alması, burada yaşaması və fəaliy-
yət  göstərməsi  bunu  deməyə  əsas  verir  ki,  „Xəlvətiyə  təriqəti 
Azərbaycanda  qurulmuş,  inkişaf  etmiş  və  buradan  Anadoluya, 
Anadoludan  da  Balkanlar,  Suriya,  Misir,  Şimali  Afrikaya,  Su-
dana, Həbəşistana, Cənubi Asiyaya yayılmışdır“ (95, 394). Türki-
yəli təsəvvüf araşdırıcılarından Əli Öztürk qeyd edir ki, „təriqətin 
qurucularının  türk  əsilli  olmaları,  xüsusilə  türklərin  yaşadıqları 
bölgələrdə  daha  çox  yayılmasına  səbəb  olmuşdur“  (96,  230). 
Azərbaycanın  müxtəlif  ərazilərində  xəlvətiyə  təriqətinə  aid 
xanəgah,  türbə,  qəbir  və  s.  tipli  abidələrin  də  mövcudluğu  bu 
təriqətin  ölkəmizin  ərazisində  geniş  yayılmasına  dəlalət  edir. 
Quba, Birinci Nügədi, İkinci Nügədi, Pir Vahid, Rustov-Xanəgah 
kəndlərindən  keçən  karvan-ticarət  yolunun  üstündəki  abidələrin 
bir  çoxunun  "xəlvətiyə"  sufi  təriqətinə  aid  olduğu  M.  Neməto-
vanın tədqiqatları əsasında sübuta yetirilmişdir (73).  
 
 


 
134 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orta əsr Xəlvətiyə dəvrişi 
 
Xaçmaz rayonunun Şıxlar kəndində xəlvəti təriqətinə mənsub 
Mövlana Şeyx Yusifin məqbərəsi vardır. Dövrünün məşhur övli-
yalarından olmuş  Şeyx  Yusif məşhur  alim  Seyid Yəhya Bakuvi-
nin  şagirdi və davamçısı olub.  Əsli  Qarabağdandır. Ulu babaları 
nə  vaxtsa  köçüb  Qubanın  Müşkür  nahiyəsində  məskunlaşmışlar 
(97, 24). Abbasqulu Ağa Bakıxanova görə müəllimi onu öz təli-
mini  təbliğ  etmək  üçün  Quba  əyalətinə  göndərib  (94,  172).  Şey-
xin  ancaq  "Bəyan-ül-əsrar"  adlı  ərəbcə  kitabı  dövrümüzə  qədər 
qalıb. Bu kitabda  əşyanın maddi və mənəvi  xüsusiyyətləri,  "təri-
qət sahiblərinin və füqəranın adət və ədəbinə aid olan geniş möv-


 
135 
 
zular" müxtəsər izah edilir. Mövlana Yusifin və onun ayağı altın-
da dəfn olunmuş dörd müridin məzar daşında kitabə yoxdur. Yal-
nız  oğlunun  məzar  daşındakı  kitabə  belədir:  “Bu  qəbir  Mövlana 
Şeyx  Yusifin  oğlu  mərhum  Məhəmməd  Əminindir.  Səkkiz  yüz 
altmışıncı  il”  (860/1455-56-cı  il).  Türbədə  və  ətrafda  dəfn  olun-
muş  xəlvətiyə  təriqətinin  davamçılarının  başdaşıları  yuxarıdan 
çiyinlərdən  qalxan  papaqlı  baş  formasında  tamamlanır.  Papaq 
yarımdairəvidir  (98,  143).  Mərəzə  qəsəbəsinin  yaxınlığında 
yerləşən „Diri Baba“ türbəsi də Xəlvətiyə təriqəti ilə bağlıdır.  
Təkcə ilk altı şeyxin dövründə xəlvətiyə qardaşlığı vahid təş-
kilati  strukturu,  mərkəzi  xanəgahı  (Təbrizdə,  Bağişamal  xanəga-
hı) və şeyxi olan bir sufi qardaşlığı olmuşdur. Sonrakı dövrlərdə, 
törəmə qardaşlıqlar müstəqilləşərək öz rəhbəri (piri), mərkəzi xa-
nəgahı olan, amma xəlvətiyə mövqeyində duran təşkilatlara çev-
rildilər. Onların nəzəri və əməli fəaliyyətlərində sünnilik əsas yer 
tutsa da, şiəlik ünsürləri (Əli və digər imamlara hörmət) də möv-
cud  olmuşdur  (39,  184).  Xəlvətiyədən  törəyən  yeni  qurumları 
Rövşəniyə (yaradıcısı Dədə Ömər Rövşəni, Seyyid Yəhya Baku-
vinin xəlifəsidir), Cəmaliyə (yaradıcısı Cəmalı Xəlvəti olmuşdur), 
Əhmədiyə  (qurucusu  İgidbaşı  Əhməd  Şəmsəddin)  və  Şəmsiyə 
(qurucusu,  Şəmsəddin  Sivasi)  kimi  4  ana  qola  bölünmüş  və  bu 
qolların  müxtəlif  olkələrdə  50-yə  qədər    şöbələri  olmuşdur.  Bu 
özəlliyinə  görə  xəlvətiyə  təriqəti  “təriqət  kuluçkası”,  son  dövr-
lərdə  isə  “təriqət  fabrikası”-deyə  xatırlanır  (99,  423).  Xəlvətiyə 
təriqəti  öz  soy  silsiləsini  Əli  ibn  Əbu  Talibdən  başlayaraq, 
Cüneyd  Bağdadi,  Məhəmməd  Təbrizi,  İbrahim  Zahid  Gilani, 
Sadəddin Fərqani, Kərimüddin Məhəmməd bin Nur-ül Xəlvəti və 
Siracəddin  Ömər  Xəlvəti  kimi  şəxsiyyətləri  də  içərisinə  almaqla 
19 nəfəri əhatə edir.  
Xəlvətiyə  təriqətinin  adı  ilə  bağlı  müxtəlif  fikirlər  mövcud-
dur. Bir ehtimala görə, təriqət öz adını qurucusu olan Şeyx Sira-
cəddinin  Xarəzmdə  yaşayan  əmisi  və  müəllimi  Məhəmməd  bin 
Nur-ül-Xəlvətiyənin adından götürmüş və onun şərəfinə belə ad-
landırılmışdır.  Digər  bir  izah  Şeyx  Siracəddinin  başına  gələn  bir 
hadisə ilə bağlıdır. Belə ki, Şeyx Siracəddin yeddinci dəfə Həccə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə