Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə40/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

 
126 
 
(öl. 1193) və Əmmar əl-Bidlisi (öl. təqr. 1200) kimi məşhur şiələ-
rə mürşidlik edir. Onun şagirdləri isə böyük Xarəzm sufisi Nəc-
məddin  Kübranın  ("kübraviyə"  təriqətinin  banisi)  mürşidləri 
olurlar (18, 64).  
Ömər  Sührəverdi  dövrünün  hərtərəfli  biliyə  malik  şəxslərin-
dən  biri  olmuşdur.  O,  böyük  sufi  nəzəriyyəçisi,  filosof,  fiqh  - 
islam  hüququnun  dərin  bilicilərindən  biri,  həmçinin  böyük  ic-
timai-siyasi xadim və diplomat idi. Ömər Sührəverdinin şəxsində 
o  dövrün  hakim  dini  və  dövlət  rəhbərləri  ilə  isti  münasibət  qur-
ması  və  onların  məhəbbətini  qazanması,  bu  təriqət  üzvlərinin 
xəlifə və dövlətdə müxtəlif vəzifələr almasına səbəb oldu. Bu isti 
münasibətin  nəticəsi  idi  ki,  Sührəverdi  xəlifə  ən-Nasir  li-Dinil-
lahın (1180-1225) müşaviri kimi məsul diplomatik vəzifəyə təyin 
olunur. 
Tarixdən məlumdur ki, əyyubilərlə və Xarəzm sultanı ilə Xə-
lifənin  (ən-Nasir  li-Dinillah)  gərgin  münasibətlərinin  normallaş-
masında onun böyük əməyi  olmuşdur. O, Xəlifənin  adından Su-
riya  və  Misirə,  əyyubilərin  paytaxtı  Hələb  şəhərinə  diplomatik 
danışıqlara  gedir.  Onun  Hələbdə  alimlərlə apardığı  qızğın  müza-
kirələr  barədə  çağdaşları  yazırdılar:  "Sührəverdi  əl-Malik  əz-
Zahirin  sarayında  elə  bir  nitq  irad  elədi  ki,  təmtəraqlı  olmaqla 
bərabər,  həm  də  o  qədər  təsirli  idi  ki,  dinləyicilərin  qəlbini  ram 
etdi və gözlərini yaşartdı" (18, 65). 400 minlik qoşunla Bağdada 
hücuma hazırlaşan Xarəzmşah Məhəmmədlə 1217-1218-ci illərdə 
Sührəverdi  diplomatik  danışıqlar  aparır  və  gözlənilən  hərbi 
səfərin  qarşısını  alır  (87).  Bir  il  sonra  o,  diplomatik  missiya  ilə 
Anadoluya,  Konyadakı  Səlcuq  hakimi  I  Əlaəddin  Keyqubadla 
görüşə  gedir.  İbn  Bibi  Battuta  onun  Kiçik
 
Asiyaya  gəlməsini 
təsvir edərkən yazır ki, səfirin Ağsaraya yetişdiyini eşidəndə Sul-
tan  Əlaəddin  sufilər,  əxilər  və  fütüvvə  sahibləri  ilə  birlikdə  onu 
qarşılamağa  çıxdı.  Sultan  Sührəverdi  ilə  görüşərkən  onun  əlini 
öpdü.  Sultan  Əlaəddin  Şeyx  Sührəverdinin  hədiyyəsi  olan  bə-
zədilmiş qızıl nallı  qatırın dırnağından öpdü. Şəmsəddin Əhməd 
Əflakinin  verdiyi  məlumata  görə,  Şeyx  Sührəverdinin  Konyada 
qəbulu  epizodu  maraqlıdır.  Azərbaycan  filosofu  ilə  Cəlaləddin 


 
127 
 
Ruminin atası, o dövrün tanınmış siyasi xadimi Bəhaəddin Vələd 
(ö. - 1231) arasındakı münasibətə xüsusi diqqət yetirilir. Tarixçi 
yazır:  “Xəlifə  tapşırığını  çatdırdıqdan  sonra  Bəhaəddin  Vələd 
şeyxə böyük ehtiram göstərdi, ona dedi ki, sührəverdilər həm ətiq 
şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar.” Bəhaəddin 
Vələd səltənət adından sührəverdilərə yaxın qohum olduğunu de-
yərkən, şübhəsiz, onların türk, daha doğrusu, azərbaycanlı olduq-
larına işarə etmişdi (86).  
Sührəverdi Xəlifənin səfiri, bir dövlət xadimi olmaqla yanaşı, 
həm də şeyx, təriqət rəhbəri, sufi nəzəriyyəçisi və filosof alim idi. 
Onun  sufiliyə və fəlsəfəyə dair yazdığı bir sıra əsərlər (“Biliklə-
rin  töhfələri”  (“Əvarif  əl  məarif”),  “Ariflərin  məqamları”  (“Mə-
qamat  əl-arifin”),  “Təsəvvüfə  dair  traktat”  (“Risalə  fi-t-  təsəv-
vüf”), “Ruha dair traktat” (“Risalə fi-r-ruh”), “İman nəsihətlərinin 
inşası  və  yunan  qəbahətlərinin  ifşası”  (“Rəşt  ən-nəsib  əl-  ima-
niyyə va kəşf əl-fədaih əl-yunaniyyə”), “Sührəverdi vəsiyyətləri”, 
“Kuşeyri Risaləsi”, “Füttuhat” və s.) öz dövründə və sonralar çox 
məşhur  idi.  Hələ  XIII-XVI  əsrlərdə  onun  bir  sıra  əsərləri  və 
əsərlərinə  yazılmış  şərhlər  ərəb  dilindən  fars  və  türk  dillərinə 
çevrilmişdi. Onun “İman nəsihətlərinin inşası və yunan qəbahət-
lərinin ifşası” əsəri fəlsəfə tarixi baxımından dəyərli bir əsər olub 
Yunan fəlsəfəsi və bu fəlsəfənin təsirinə düşmüş daha dəqiq de-
sək, “ellinləşmiş filosoflara” qarşı  yazılmışdı.  Əsər 1373-cü ildə 
Məyinəddin Yəzdi tərəfindən fars dilinə tərcümə edilmişdir (88). 
"Əvarif  əl-məarif"  ("Bilik  xəzinəsinin  töhfələri")  adlı  əsəri  isə 
Hacı Əhməd bin Seydi əl-Bigavi tərəfindən 1458-ci ildə türkcəyə 
çevrilmişdi (87).  
Böyük  sufi  şeyxi  olan  Ömər  Sührəverdi  özünün  bir  sıra 
əsərlərində  ayrı-ayrı  sufi  intellektuallarının  fikirlərini  təhlil  edir, 
sufiliyin bu və ya digər ideyalarının  mahiyyətinin açıqlanmasına 
geniş yer verirdi. O, özünün “Biliklərin töhfələri” əsərində təsəv-
vüfün mahiyyətinə dair  sufi  şeyxlərinin dedikləri haqqında  ya-
zırdı: “Təsəvvüfün mahiyyətinə dair şeyxlərin dedikləri min söz-
dən çoxdur. Onların nəqli uzun çəkər. Onların mənalarının hamı-
sını özündə toplayan bir qaydanı qeyd edək. Mənaların bir-birinə 


 
128 
 
yaxınlığı müxtəlif olsa da, sözlər var. Beləliklə, deyirik: Sufi odur 
ki,  daim  təmizləyir:  nəfsin  qatışığından  qəlbi  təmizləməklə 
bulanıqların  qatışığından  vaxtları  təmizləməkdə  davam  edir.  Öz 
ağasına ehtiyacının  davam etməsi onu bütün bu təmizləmə üzrə 
təyin edir. Ehtiyacın davam etməsi ilə bulanıqdan arınır. Hər dəfə 
nəfs hərəkətə gəldikdə və öz sifətlərindən birində təzahür etdikdə 
onun nüfuzedici bəsirəti ilə dərk edir, ondan Rəbbinə doğru qaçır. 
Onun  toplantısı  öz  təmizlənməsinin  davamçısıdır,  təfriqəsi  və 
bulanıqlığı  öz  nəfsinin  hərəkətincədir.  O,  öz  qəlbi  üzərində  
Rəbbinə  görə  qalır,  öz  nəfsi  üzərində  qəlbinə  görə  qalır.  Allah-
təala  demişdir:  “Daim qalıb Allah üçün ədalətlə şəhidlər olun”. 
Nəfs  üzərində  Allah  üçün  bu  qalmaqlıq  təsəvvüfdə  özünü 
doğrultmuşdur” (89, 194). O, sufilik yolunun əziyyətli bir yol ol-
duğunu  qəbul  edərək  bəzi  şeyxlərə  istinadən  bildirirdi:    “Təsəv-
vüf  bütövlükdə  iztirabdır.  Əgər  sükut  vaqeədirsə,  təsəvvüf  yox-
dur.  Burada  sirr  odur  ki,  ruh  ilahi  həsrətə  cəzb  olunur,  yəni  ki, 
sufinin ruhu qürb vətənlərinə can alıb cəzb olunur” (89, 194). 
Ömər  Sührəverdi  öz  sufi  təlimində  mahiyyət  etibarilə    sufi-
lərin mötədil qanadını təmsil edir və ifrat sufilərin səma və vəcd 
halı  ilə  dini  ənənələrdən  və  əxlaq  qaydalarından  qırağa  çıxmağı 
qəbul etmirdi. O yazırdı: “Təsəvvüf bütün hallarda həqiqət (doğ-
ruluq) üzərində qurulubdur və hər yöndə ciddidir. Sadiq bir mürid 
niyyətini Allah Təala üçün xalis etmirsə, səma qurulan toplantıya 
getməməli, səma ilə xoş halının və mənəvi  durumunun  yaxınlaş-
masını istəyərək nəfsini hər hansı bir şeyə meyl etməkdən çəkin-
dirməlidir. Sonra belə toplantılara qatılmaqdan öncə istiharə (gör-
düyü işi araşdırma) etməli, kəskin qərar verəndə də Allah Təala-
dan onda bərəkət yaratmasını istəməlidir. Məclisə tam arxayınlıq-
la  və  ciddi  təmkinlə  getməlidir”  (33,  253).  Onun  "Əvarif  əl-
məarif" ("Bilik xəzinəsinin töhfələri") əsəri sufilərin stolüstü kita-
bı olub və zaman-zaman bir çox sufilər ondan bəhrələnmişlər. O, 
bu kitabın  yazılmasını açıqlayaraq  yazırdı:  "Bu  kitabımla vəlilə-
rin, sufilərin yolunun Quran və Sünnət yolu olduğunu, elədikləri 
hər işin mütləq bir dəlili olduğunu və onların,  yaşadıqları sürəcə 
Allahın  dinini  ayaqda  tutduqlarını  göstərmək  istədim"  (33,  13). 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə