Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə36/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

 
112 
 
Adəmin gilini 40 gün ərzində  yoğurdum».  Buna  görə də klassik 
ədəbiyyatda  Adəmi  çox  zaman  40  günün  məhsulu  kimi  təsvir 
etmişlər.  Həmçinin,  Həzrət  Məhəmməd  peyğəmbərə  (s)  aid  edi-
lən bu hədis də sufilər tərəfindən çillə üçün əsas götürülmüşdür: 
«Hər kim 40 gün Allaha ixlaslı olsa, hikmət çeşmələri qəlbindən 
dilinə süzülər» (59).  
Çillə  (çilə)  sözü  bu  gün  də  azərbaycanlıların  leksikonunda  
geniş işlənir. Bu sözlə bağlı bir sıra deyimlər də mövcuddur Məs., 
Azərbaycan  xalq  təqvimində  “böyük  çilə”  və  “kiçik  çilə”  kimi 
bölgülər vardır. Böyük çillə 40 gün olmaq etibarilə dekabrın 22-
dən  başlayaraq  fevralın  2-nə  kimi  davam  edir  (77,  24).  Böyük 
çillənin yarısı qədər - iyirmi gün olan və el arasında "qışın oğlan 
çağı"  da  adlanan  kiçik  çillənin  ömrü  fevralın  iyirmi  ikisinə 
qədərdir.  Fevralın  iyirmi  ikisindən,  ilin  uzun-qısalığından  asılı-
olaraq, martın iyirmi, iyirmi bir, iyirmi ikisinə qədər olan və boz 
ay  adı  ilə  tanınan  müddət  isə  hər  biri  yeddi  gündən  ibarət  dörd 
balaca  çilləyə,  başqa  sözlə,  çilləbeçəyə  bölünür  (222,  13).
 
Xalq 
arasında  doğumdan,  toydan,  yaxud  ölümdən  keçən  40  günlük 
müddətə  də  çillə  deyilir  (78,  349).  Azərbaycanda  çillə  şəddəsi 
adlanan  xalça  tipi  də  var.  Həmin  xalçanı  Novruz  bayramında 
açırlar.  Və  bu  xalça  elə  yerdə  sərilməlidir  ki,  onun  üzərinə 
ulduzların  işığı  düşsün.  Belə  bir  inanc  var  ki,  qızlarımız  Çilə 
şəddəsi sayəsində öz arzularına qovuşurlar. Bundan başqa, xalça 
qoruyucu,  saxlayıcı  hesab  olunur  (79).  «Çilə  çəkmək»  ifadəsi 
türkdilli xalqların bəzilərində əzab, əziyyət mənasında da işlənir.  
Bu  baxımdan  V.  Sadıxlının  “Bəzi  fütüvvət  istilahları”  adlı 
məqaləsində  çillə  anlayışına  verdiyi  izah  maraqlıdır:  “Şeyxin 
təyin  etdiyi  qayda  ilə  onun  xəlvətə  qoyulmasına  süluk,  orda 
yaşadığı çətinliklərə isə çilə deyilirdi. Bəzi təriqətlərdə qırx gün, 
bəzilərində səksən, bəzilərindəsə min bir  günlük  çilə olurdu. Üç 
gün aclıq və yeddi gün döyülüb-söyülmə çilləsi, qırx gün aclıq və 
çılpaqlıq çilləsi kimi təmrinlər də olurdu” (80). 
Əslində  xəlvətə  çəkilmək  adəti  müridlərin  Allaha  doğru  ge-
dən həqiqi və mistik yolda onların əxlaqının təmizlənməsi metod-
larından  biri  idi.  Bu  yola  çıxmaq  üçün  onlara  şeyxləri  hər  cür 


 
113 
 
əziyyətlərdən  və  çətinliklərdən  çəkinməməyi,  səbirlə  öyrənməyi 
tövsiyə edirdi. Ömər Sührəverdi bu barədə yazırdı: “Bütün varını 
Allah  Təalaya  vermiş  kimsələrin  qəlbində  yaranan  ilahi  elmlər 
Allah  Təala  ilə  bir  növü  söhbət  etmə  sayılır.  Kim  mədəsini  40 
gün ac saxlayıb nəfsini buna öyrədərək Allaha səmimiyyətlə dua 
edirsə,  Rəsilullahın  (ə.s.)  xəbər  verdiyi  kimi,  Allah  ona  mənəvi 
(ilahi) elmlərin qapısını açır” (33. 264). 
Sufilər xəlvətə çəkilərək Allaha duanın səmimi olmasına xü-
susi diqqət yetirirdilər. Çünki bir çoxları xəlvətdə səmimi duanın 
(ixlasın)  məqsədini  başa  düşmədən  də  bu  işə  başlaya  bilərdilər. 
Hər  çiləyə  oturaraq  40  gün  Allaha    dua  etmək  qəbul  sayılmırdı. 
Bunun üçün sufi qırx günlük çiləyə girməzdən əvvəl uzun müd-
dət əziyyətli təriqət yolunu keçməli (riyazət), mürşiddən təlim və 
tərbiyə dövrünü keçməli, şeyxin yanında mürid olmalı, dünyanın 
maddi  nemətlərindən  imtina  edərək  Allaha  üz  tutmalıdır.  Əbu 
Həfs  göstərirdi  ki,  bu  yolu  keçmədən  xəlvətxanaya  girib  güya 
ixlas  edənlərin  qəlbinə  şeytan  girib,  ona  görə  də  başqalarından 
geri  qalmamaq  üçün  lovğalıqla  bu  işə  girişirlər.  Onların  xəlvətə 
gözəl  ixlas  sahibi  olmadan,  hal  və  hərəkətləri  pozğun  olaraq 
girdiklərini allah görür (52. 63).  
Nizami Gəncəvi də “İsgəndərnamə” əsərində sufilərin çilləyə 
oturmaq və xəlvətə çəkilmək adətinə toxunur: 
 
“Qırx çillədən  və min xəlvətdən sonra  
Məclisə getmək işə yaramaz” (81, 45). 
  
“Sirlər xəzinəsi” əsərində isə şair riyazətdən bəhs edərək bil-
dirirdi ki, ürəyin həqiqətini dərk etməyin, yüksək məqama çatma-
ğın  və  insanlıq  dərəcəsinə  yüksəlməyin  yolu  yalnız  riyazət 
yoludur: 
 
Ürəyin qədrini və canın rütbəsini dərk etmək 
Yalnız riyazət ( mücahidlik) vasitəsilə olar. 
Ünsürlərin gümüşünü riyazətə tapşır ki, 
Riyazət onu təbii qızıla çevirsin. 


 
114 
 
Riyazət vasitəsilə (yüksək) bir məqama çatarsan
Və sən nakəslikdən insanlıq dərəcəsinə ucalarsan  
(44, 116). 
 
Dövrün  bir  sıra  intellektualları  sufi  təriqətlərinin  bu  ayinini 
ciddi  tənqid  etmiş  və  onu  pisləmişlər.  Bəzi    intellektuallar  hətta 
bu  ayinin  musəviliyə  aid  olduğunu  söyləmişlər.  Bu  barədə  XIII 
yüzillikdə  yaşayıb  yaratmış  Azərbaycanın  görkəmli  düşüncə  və 
bilim  adamı  Şəms  Təbrizinin  bir  fikri  maraqlıdır.  O,  özünün 
“Məqalət” əsrində yazırdı: «Çillə saxlayanlar Musaya (ə) tabedir-
lər,  çünki  Məhəmmədə  (s)  tabeçilikdən  ləzzət  ala  bilməmişlər. 
Onlar heç Məhəmmədə (s) tabe olmaq fikrində də deyildilər, Mu-
sanın (ə) tabeçiliyindən azacıq ləzzət alıb o yolu tutmuşlar» (59). 
Sufiliyin  mühüm  əlamətlərindən  biri  də  salikin  (mistik  yolu 
tutan  adamın)  keçdiyi  “məqamətlar”  (məqamlar)  və  keçirdiyi 
“əhvallar”la (hallarla) bağlıdır. “Məqam” sufilərin zühd və sınaq 
prosesində  özünükamilləşdirmə,  təkmilləşdirmə  prosesi  olub, 
“hal”  isə  yolu  keçərkən  ona  (mürşid,  mürid  fərqi  yoxdur)  Allah 
tərəfindən bəxş olunan istəklərlə bağlı idi. Müxtəlif sufi  təlimlə-
rində  “məqam”  və  “hallar”ın  miqdarı  müxtəlif  olub  zaman  keç-
dikcə bu prosesin özü də müəyyən dəyişikliklərə, təkmilləşmələrə 
məruz qalmışdı. Sufi nəzəriyyəçiləri tərəfindən təklif olunan “mə-
qam” və “hallar”ın miqdarı 7-10-dan 100-ə qədər (5, 118) yüksə-
lə bilirdi. Əbu Səid Əbül-Xeyir “Qirx Məqam” risaləsin də sufi-
likdə  40-a  qədər  məqamdan  söhbət  açır  və  onların  şərhini  verir 
(61). 
Sufilər arasında geniş yayılmış “məqamlar” əsasən aşağıdakı-
lardan  ibarətdir:  “nəfsi  saxlama  və  yaxud,  “zühd”,  “səbr  etmə” 
(səbr),  “Allahdan  qorxma”  (vəra),  “razı  qalma”  (riza),  “Allaha 
təvvəkkül etmə” (təvəkkül), “yoxsulluq” (fəqr) və sairə. “Hallar” 
isə  əsasən  aşağıdakılardır:  “yaxınlıq”  (qürb,  qürbə),  “qorxu” 
(xouf),  “ümid”  (rəca),  “şövq”  (şauq),  “məstlik”  (sükr),  “ayrı-
lıq”(səhv), “ünsiyyət” (üns) və s. (5, 118). Ömər Sührəverdi  mə-
qam  və  halların  oxşar  və  fərqli  cəhətlərinə  xüsusi  diqqət  yetiril-
məsini  vurğulayaraq  halın  müxtəlif  situasiyalarda  dəyişə  bil-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə