Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə33/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

 
103 
 
Müəyyən ideya və təşkilatı struktura malik təriqətlərin yaran-
ması ayrı-ayrı sufi intellektualları və təsəvvüf alimlərinin fəaliy-
yətinin nəticəsi idi. Onlar sufiliyin qayda və metodlarını yenidən 
işləyib  hazırlayaraq  öz  adları  ilə  tanınan  təriqətləri  və  qardaşlıq 
təşkilatlarını  qurdular.  Ona  görə  də  bir  çox  hallarda  xanəgahlar 
təriqət şeyxinin adı ilə bağlı olurdu. Yerləşdiyi məntəqənin adı və 
məxsusi adlarla bağlı olan xanəgahlar da var idi.  
Orta əsrlərdə, xüsusilə də XII–XV  yüzilliklərdə  islam sivili-
zasiyasının çiçəkləndiyi bir dövrdə sufi təriqətləri xeyli populyar-
laşaraq dövrünün ictimai-siyasi proseslərinə təsir edə biləcək təsi-
satlara  çevrildilər.  Ona  görə  də  “...dünyəvi  hakimlər  hər  vəchlə 
bu təriqətlərin rəhbərlərinin yardımına arxalanmağa, onları öz tə-
rəflərinə çəkməyə cəhd edirdilər” (5, 129). Nəticədə bir tərəfdən 
təriqət rəhbərlərinin bəziləri dünyəvi hakimlər tərəfindən mühüm 
dövlət  vəzifələrinə  irəli  çəkilir  (Məs.,  Sührəverdiyyə  təriqətinin 
yaradıcılarından  olan  Ömər  əs-Sührəverdi  xəlifə  ən-Nasir  li-
Dinillahın (1180-1225) ruhani tərbiyəçisi və məsləhətçisi olmuş-
dur.). Bəzi hökmdarlar da təriqət üzvü olurdu (Osmanlı Sultanla-
rının  18-nin  Xəlvətiyə  təriqətinin    müxtəlif  qollarına  aid  olduğu 
məlumdur). Digər tərəfdən isə onlar tərəfindən təriqətlərə müxtə-
lif  xarakterli  yardımlar  olur,  xanəgahlar  tikilir,  təmir  etdirilir  və 
maliyyələşdirilirdi. Azərbaycan hökmdarları tərəfindən tikilən xa-
nəgahlara misal olaraq Qazan xanın Təbrizdə, Məhəmməd Xüda-
bəndənin Sultaniyyədə, Elxani hökmdarlarının vəziri olmuş, həm 
də  görkəmli  tarixçi,  filosof,  şeir  və  sənət  hamisi  kimi  tanınmış 
Rəşidəddin Fəzlüllahın  (1247-1318) və oğlu Qiyasəddinin müx-
təlif  şəhərlərdə  tikdirdiyi  xanəgahları  göstərə  bilərik  (27,  82). 
Fəzlullah ibn-Ruzbihan Xunci yazırdı ki, Uzun Həsən çox böyük 
səxavət göstərib, 400-dən artıq dini xeyriyyə idarəsi (zaviyə və ri-
bat və xanəgah) yaratdı..." (63, 191). Bu misalların siyahısını bir 
azda genişləndirmək mümkündür. 
Xanəgahların  tikilməsi,  sufilərin  topladığı  sədəqələr  və  təri-
qətlərə  verilən  ianələr,  eləcə  də  təriqətə  aid  vəqflər  hesabına  da 
həyata keçirilirdi.  


 
104 
 
Xanəgahlar adətən bir kompleksdən ibarət olurdu. Burada qo-
naqları  qarşılamaq  üçün  karvansara,  ibadət  etmək  üçün  məscid, 
minarə, ayinlərin icrası üçün tikililər (zikrxana, sovməə), şeyx və 
müridlərin yaşaması və fəaliyyət göstərməsi üçün otaqlar və yar-
dımçı təsərrüfat tikililəri, eləcə də əhali ilə dini söhbətlərin aparıl-
ması  üçün  iri  zallar  (camaatxana)  yerləşirdi.  Xanəgahlar  başqa 
adlar  altında  da  məlumdur:  «ribat»,  «zaviyə»,  «təkyə»  (təkkə), 
“təriqət əhlinin rəmzi ifadələri ilə mеyxana və ya mеykədə də dе-
yilirdi” (15, 5). Orta əsrlərdə xanəgahlar müxtəlif dini məsələlərə 
dair  ciddi  diskussiyaların,  söhbətlərin  keçirildiyi  mərkəzlərə 
çevrilmişdilər.  
Xatırladaq  ki,  müsəlman  aləmində  dini  idarələrdə  yaşamaq 
ənənəsinin olmamasına baxmayaraq, xanəgahlarda təriqət rəhbəri 
başda olmaqla, bir çox təriqət üzvləri daimi yaşayır və əsas ayin 
və mərasimlərini burada icra edirdilər. Məlumdur ki, sufiliyin bir 
çox  təriqətlərində  hinduist,  buddist  və  xristian  ənənələrindən 
geniş istifadə olunmuşdu. Xanəgahlardakı daimi yaşama ənənəsi 
də bir xeyli dərəcədə xristian monastır ənənələrini xatırladır.    
Xanəgahların mühüm funksiyalarından biri də burada qonaq-
ların  qəbul  edilməsi  ilə  bağlı  idi.  Xanəgah  komplekslərində  kar-
vansarayların  tikilməsi  məhz  bu  məqsədə  xidmət  edirdi.  Xanə-
gahlarda  qonaqlar  adətən  günortaya  kimi  qəbul  edilirdi.  Onlar 
buraya daxil olandan sonra iki rükət  namaz qılır,  yemək zamanı 
bütün azuqələrini süfrəyə qoyub, xanəgah sakinləri ilə bölüşürdü-
lər.  Xanəgaha  daxil  olan  qonaq  orada  olanlara  ədəblə  salam 
verməli,  ayaqqabısını  çıxarandan  sonra  ayaqlarını  yumalı,  iki 
rükət təhiyyə namazı qılmalı idi (59).  
Xanəgahda  mürşid  və  qütb  (təriqət  şeyxi)  üçün  ayrıca  otaq, 
ibadət  yeri  olardı.  Xanəgah  əhlinin  toplaşması  və  mürşidin 
moizəsinə  qulaq  asması  üçün  nəzərdə  tutulan  zala  isə  «camaat-
xana» deyilirdi. Xanəgaha məxsus adətlər və qaydalar mövcud idi 
ki,  onlara  ciddi  əməl  olunurdu.  Burada  sufilər  növbə  ilə  işləyir, 
hər işi ədalət  əsasında icra edirdilər. Yemək bişirmək, süfrə sal-
maq,  qabları  yumaq,  xanəgahı  süpürmək,  xalça-palazı  çırpmaq, 
xanəgah əhlinin paltarlarını yumaq, namaz üçün azan vermək, qa-


 
105 
 
pıda  ayaqqabıları  cütləmək  və  s.  işlər  fəxr  sayılırdı.  Xanəgahda 
hər şey öz yerində olmalı, ədəb qaydalarına ciddi riayət edilməli 
idi (59).  
Ömər  Əbu  Həfs  Sührəverdi  xanəgah  əhlinin  yüksək  əxlaqi 
keyfiyyətlərə  malik  olmasını,  həyat  tərzləri  və  davranışları  ilə 
başqalarına nümunə ola biləcəklərini söyləyərək yazırdı: “Ribatda 
oturanların aşağıdakı sifətləri  olmalıdır: 
1.
 
Xalq ilə qəlbən əlaqəni kəsməmək. 
2.
 
Xalq ilə gözəl əməli münasibətdə olmaq. 
3.
 
Bütün  səbəblərin  yaradıcısı  Allah  Təala  olduğu  üçün 
(həddən artıq) çalışmamaq. 
4.
 
Nəfsi pis şeylərə meyldən qoruma  və ehtirasa uymaqdan 
saxlamaq. 
5.
 
Başqa  adətləri  tərk  edərək  gecə-gündüz  ibadətlə  məşğul 
olmaq. Vaxtı boş yerə keçirməmək. 
6.
 
Virdləri (daimi duaları - Ə.Ə.) davam etdirmək. 
7.
 
Namazları  gözəl  mühafizə  və  bütün  qəflət  növlərindən 
çəkinmək. 
Bunlara  diqqətlə  əməl  edən  kimsə  həqiqi  bir  mürabid  və 
mücahid olur” (33, 133). 
Məhsəti Gəncəvi rübailərin birində xərabətə (meyxana, rəmzi 
anlamda  xanəgah)  könülsüz  gəlməyin  əleyhinə  çıxaraq  xərabət 
əhlinin yolunun başından keçə bilənlərin, can qurban verə bilən-
lərin yolu olduğunu vurğulayaraq yazırdı: 
  
Könülsüz xərabət içrə sən gəlmə
Dərvişlik rəmzini bilməsən, gəlmə! 
Başından keçənin yoludur bu yol
Bu yolda can qurban verməsən, gəlmə! (64, 33). 
 
Müxtəlif vaxtlarda xanəgahlarla bağlı ayrı-ayrı cəhətlərin önə 
çıxması  onların  mahiyyəti  ilə  bağlı  yanlış  izahlara  da  gətirib  çı-
xarmışdır.  Məsələn,  Ə.V.Salamzadə  özünün  “Azərbaycanın  me-
marlıq  abidələri”  adlı  əsərində  xanəgahları  “ziyarət  yerləri  ətra-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə