Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə34/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

 
106 
 
fında qurulan binalardan və ziyarətçılərə məxsus tikililərdən əmə-
lə  gəlmiş  memarlıq  kompleksi”    (65,  37)  kimi  xarakterizə  edir. 
Qeyd edək ki,  əvvəla xanəgahların kompozisiyası  onların fəaliy-
yəti  ilə  müəyyənləşmiş  və  dini  mərasimlərin  tələblərindən  irəli 
gələn  binaların  kompleksindən  ibarət  olmuşdur  (66,  272).  İkin-
cisi, xanəgahlar heç də həmişə ziyarətgahların yanında deyil istə-
nilən  bir  yerdə  tikilə  bilərdi.  Məsələn,  xəlifə  tərəfindən  Ömər 
Sührəvərdi üçün tikilən xanəgah heç bir ziyarətgahın  yanında ti-
kilməmişdir. Əksinə, xanəgahların bir çoxu onların şeyxinin məş-
hurlaşmasından sonra və xanəgah kompleksində dəfn edildikdən 
sonra onun qəbrüstü abidəsi (məqbərəsi) ziyarət yerinə çevrilirdi. 
Digər tərəfdən, M.Dadaşzadənin də bildirdiyi kimi, bəzi məqbərə 
sahiblərinin özləri, hökmdar və oğulları və  ya qohumları məqbə-
rələri  ziyarətgaha  çevirməyə  çalışmış,  bu  məqsədlə  də  məqbərə 
yanında məscid və xanəgah tikdirmişlər (27, 81). Xanəgahlar əsa-
sən  karvan  yolları  üzərində  inşa  edilir  və  ölkənin  iqtisadi-siyasi, 
mədəni-ideoloji əlaqələrində mühüm rol oynayırdılar. Xanəgahla-
rın səciyyəvi cəhətlərindən biri də müdafiə əhəmiyyətli möhkəm 
divarlarla  əhatə  olunmağında,  möhtəşəm,  baştağlı  giriş  qapısının 
mövcudluğundadır (67, 11). 
Qeyd edək ki, xanəgahlar həm də təriqət əhlinə sufiliyin nə-
zəriyyəsi və praktikası ilə bağlı biliklərin və təlimin verildiyi bir 
məkan idi. Burada təlim prosesi emalatxana prinsipi əsasında şey-
xin, mürşidin, pirin rəhbərliyi altında həyata keçirilirdi. Xristian-
lıq və musəvilikdən fərqli olaraq islam aləmində dini  ideyaların 
zənginləşməsində və yayılmasında profesionallar və dini intellek-
tuallar az idi, çünki məsciddən fərqli olaraq kilsə bu cür profesio-
naların yetişdirilməsinə xüsusi maraq göstərir və bunun üçün bö-
yük pullar xərcləyərək, fəaliyyət göstərən dini intelektuallara mə-
vacib ayırırdı. İslamda isə dini ideyaları yaymağın bu sistemi yox 
idi.  Məscid  bu  iş  üçün məvacib  vermirdi.  Məhz  xanəgahlar  orta 
əsrlərdə dini intellektualların yetişdirilməsi mərkəzlərinə çevrilə-
rək, islamda olan intellektual boşluğunu və dini profesional çatış-
mamazlığını xeyli dərəcədə aradan qaldırdılar.  Məşhur Azərbay-
can  şairi  Füzuli  deyirdi  ki,  mədrəsədə  müdərrisin  vеrdiyi  min 


 
107 
 
dərsdən  mеyxanədə  –  mürşidi-kamilin  əli  ilə  batini  nurlanmaya 
kömək edən bir cam irfan şərabı içmək daha önəmli idi. 
 
Mədrəsə içrə müdərris vеrdiyi min dərsdən 
Yеydürür mеyxanədə bir cam vеrmək bir gözəl (15, 7). 
 
Azərbaycan  dünyada,  o  cümlədən  də  islam  mədəniyyət  tari-
xində məşhur olan sufi təriqətləri sührəvərdilik, zahidilik, səfəvi-
lik,  xəlvətilik  və  xəlvətiliyin  qolları  hesab  edilən  rövşənilik  və 
gülşənilik kimi təriqətlərin vətəni kimi tanınır. Bundan başqa qə-
ləndərilik, mövləvilik, bektaşilik, nəqşibəndilik və s. kimi təriqət-
lər də Azərbaycan ərazisində geniş yayılmış və onlara məxsus xa-
nəgahlar tikilmişdir. Həmin təriqətlərə aid Azərbaycan ərazisində 
yüzlərcə xanəgah kompleksi  mövcud olmuşdur. Bu, öz təsdiqini 
həm ayrı-ayrı orta əsr müəlliflərinin əsərlərində, həm də respubli-
ka ərazisində rast gəlinən xanəgah komplekslərində və onların qa-
lığlarında,  eləcə  də  onlarla  bağlı  müxtəlif  xarakterli  nişanələrin 
mövcudluğunda tapır. Məs., tarixçi Mühəmməd İbn Münəvvərin 
məlumatına görə, Əbu Səid Əbulxeyrin nəzəriyyəsini yayan mü-
ridlərin təkcə Şirvanda 400-dən artıq xanəgahı olmuşdur (68, 21). 
Müasir türk təsəvvüf  araşdırıcılarından biri Rəşad Öngörən özü-
nün “Osmanlılarda təsəvvüf” əsərində bildirir ki, “XI-XIII yüzil-
liklərdə Azərbaycanın sufi şeyxlərinin ünlü ribat və zaviyələri ol-
muşdur. Örnəyin, İbn əl-Fuvəti sufi düşüncə adamı Əbulfəz Əbul 
Amid  İbn  Məhəmmət  Urməvi  haqqında  bunları  bildirməkdədir. 
“Urmiyada onun  gözəl  zaviyəsi vardı. Orada həm  gələnlər, həm 
gedənlər, həm  qalanlar, həm  də səyahətə çıxanlar xidmət edirdi” 
(69, 99-100). Əxi zaviyələrindən bəhs edən orta əsr ərəb müəllifi 
İbn  Bəttutə yazırdı ki, “Bir ev tikirlər, rəngləyib ağardırlar, yeri 
xalçalarla döşəyirlər və lazımi avadanlıqla doldururlar. Yoldaşlar 
gündüzlər  işləyir  və  gündəliklərini  qazanırlar.  Qaranlıq  çöküncə 
həmin evə gəlir və qazancları ilə satın aldıqları yemək və meyvə-
tərəvəzi və s. özləri ilə bərabər gətirirlər. Şəhərə yeni səyyah gəl-
mişsə,  onu  da  yanlarına  alıb,  həmin  evə  gətirib,  pulsuz-parasız 
yemək  verərək  qonaq  saxlayırlar.  Həmin  səyyah  yoluna  davam 
edincəyə qədər onların qonağı olur. (70). 


 
108 
 
Müasir  dövrdə  də  Azərbaycan  ərazisində  sufilərə  aid  xanə-
gahlarla  bağlı  çoxlu  nişanələrə  rast  gəlinir.  Bunlardan  biri  xanə-
gahlarla bağlı çoxlu kənd və yer adlarına rast gəlinməsidir. Azər-
baycanda Cəlilabad, Lerik, İsmayıllı, Culfa və başqa rayonlarının 
ərazisində xanəgah adlı kəndlər və yer adları vardır. Bu yerlərdə 
çox böyük ehtimalla xanəgahlar olmuş və bu yaşayış məskənləri 
də öz adlarını buradan götürmüşdür. Azərbaycanda olan və döv-
rümüzə  çatan  xanəgahların  əksəriyyətində  məşhur  sufi  şeyxlə-
rinin qəbir abidələri - türbələr olmaqdadır.  
Quba - Birinci Nügədi - İkinci Nügədi - Pir Vahid - Rustov-
Xanəgah  kəndlərindən  keçən  karvan-ticarət  yolunun  üstündəki 
abidələri tədqiq etmiş Məşədixanım Nemətin fikrincə, həmin yer-
də  sünni  "Xəlvətiyə"  sufi  cəmiyyətinə  aid  şeyxlərin  xanəgahı 
olub. Onun meşənin içərisində və Birinci Nügədi kəndində aşkar 
etdiyi  xəlvətiyə  sufi  şeyxlərinə  məxsus  məzar  daşlarının  birinin 
üzərində "İşıq saçan xəlvəti piri" sözləri yazılıb. Axırıncı kəndin 
Xanəgah adlanması da karvan-ticarət yolunun üstündə xəlvətilərə 
aid xanəgah olduğunu göstərir (73).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın 
sahillərdə yerləşən xanəgah kompleksi 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə