Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə35/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

 
109 
 
Culfa rayonunun Xanəgah kəndində, Əlincə çayın sol sahilin-
də orta əsrlərə aid edilən “Şeyx Xorasan” xanəgah kompleksinin 
qalıqları günümüzə qədər gəlib çatmışdır. Kompleksə daxil olmuş 
tikililərin xarabalıqları geniş bir ərazini əhatə 
 
edir. Salamat  qal-
mış  və  XIII  əsrə  aid  edilən  türbə  xanəgah  kompleksinin  əsasını
 
təşkil  edir  (71,  436).  Fəzlullah  Nəiminin  də  bu  xanəgah  kom-
pleksinə aid türbədə dəfn olunduğu bildirilir (72, 85). 
Azərbaycanda məşhur və müəyyən dağıntılara məruz qalaraq 
günümüzə  qədər  gəlib  çatan  xanəgahlardan  biri  də  Pir  Hüseyn 
Xanəgahıdır. Pir Hüseyn xanəgahı Bakıdan 127 km aralı, Hacıqa-
bul rayonunun Qubalı Baloğlan kəndi ərazisində yerləşir. Pirsaat 
çayı  sahilində,  qədim  Bakı-Salyan  ticarət  karvan  yolu  üzərində 
tikilmiş  bu  xanəgah  kompleksi  XI  əsrin  məşhur  Qələndəriyə 
təriqətinin Şeyxi Pir Huseyn Rəvananın (Şirvani) adı ilə bağlıdır. 
Pir  Hüseyn  Yaxın  Şərqdə  Baba  Kuhi  adı  ilə  tanınan  böyük  sufi 
şairi  və  filosofu  Məhəmməd  Bakuvinin  kiçik  qardaşı  olmuş  və 
ondan  25  il  sonra  1075-ci  ildə  vəfat  etmişdir.  Şeyx  Pir  Hüseyn 
adıyla  şöhrət  tapmış  Əl-Hüseyn  ibn  Əli  xanəgah  kitabələrində 
əzəmətli, görkəmli pir, sufilikdə üçüncü dərəcəyə çatmış, müqəd-
dəslərin  görkəmlisi,  ruhani  işləri  ilə  məşğul  olan,  imam  kimi 
ləqəb və sifət dərəcələri ilə qeyd edilmişdir ki, bu da onun əsrinin 
ən nüfuzlu  şəxsiyyətlərindən olduğunu göstərir (74). Pir Hüseyn 
Şirvaninin  Pirsaat  çayı    sahilində  vəfat  etməsi  bu  yeri  daha  da 
məşhurlaşdırmışdır.  Onun  müqəddəs  məzarı  üzərində  sənduqə 
qoyulmuş, daha sonra isə türbə tikilmişdir. Tarixi mənbələrdən və 
xanəgahdakı  Şərq  baş  tağından  düşmüş  6  parçadan  ibarət  olan 
ərəbcə kitabədən görünür ki, bina Şirvanşah Fəribürz ibn Gərşasp 
dövründə  Böyük  Səd  Həsən  ibn  Məmmədin  vəsaiti  və  əmri  ilə 
1243-1244-cü  illərdə  inşa  edilmişdir.  1256-cı  ildə  isə  Mahmud 
ibn Maqsud tərəfindən minarə ucaldılmışdır. Pir Hüseynin səndu-
qəsi üzərində də kitabələr həkk olunmuşdur. İran tarixçisi Vəssa-
fın  verdiyi  məlumata  görə,  xanəgahın  təsərrüfatı,  kitabxanası, 
külli miqdarda sərvəti, o cümlədən qızıl külçələri olmuşdur (75).  
 
 


 
110 
 
Pirsaat çayı  sahilində yerləşən Pir Hüseyn xanəgahı 
 
Şirvanda xanəgah tipli başqa bir dini abidə Şamaxıdan 17 km 
cənubda  hazırkı  Göylər  kəndində  aşkara  çıxarılmışdır.  Vaxtilə 
Şamaxı-Ərdəbil  karvan  yolunun  üstündə  yerləşən  bu  abidə  həm 
ticarət, həm də ziyarət əhəmiyyəti daşımışdır. Xalq arasında "Pir 
Mərdəkan" adı ilə tanınan xanəgah kompleksinin yalnız türbə bi-
nası dövrümüzə qədər salamat qalmışdır. Onun ətrafında isə məs-
cid,   hücrələr,  karvansaray  və digər tikililərin qalıqları  aşkarlan-
mışdır (71, 174). Yaxşı yonulmuş daşdan dördkünc plan üzrə inşa 
olunmuş türbə şiş çadırvari günbəzlə tamamlanır. Türbənin içəri-
sindəki məzar üzərindəki  başdaşında kufi elementli  süls xətti  ilə 
həkk olunmuş  kitabədə bildirilir ki,  qəbir şeyx, imam,  ən böyük 
alim, mömin Tair Tac əl-Hüda Mərdakani ibn Əlinindir (76, 20). 
Mütəxəssislər  Tac  əl-  Hüdanın  "mömin",  "şeyx"  titullarına  və
 
"imam"  vəzifəsinə  görə  onun  xanəgahın  imamı  olduğunu 
bildirirlər. 
Xanəgahın bina olunması isə, görünür, XII əsrin sonu - XIII 
əsrin əvvəllərinə aiddir (71, 174). 


 
111 
 
Çilləyə  oturmaq,  çilləxanaya  girmək,  xəlvətə  çəkilmək  adı 
ilə tanınan sufi  adətidir. Sufilər, təriqət əhli arasında geniş yayıl-
mış adətlərdən biridir. Sufi inancına görə, Allahın yolu olan doğ-
ru  yola  çıxmağın  mühüm  vasitələrindən  biri  xəlvətə  çəkilib  hər 
hansı  bir  çətinlikdən,  əziyyətlərdən  (riyazət)  qorxmamaqla,  dün-
yanın  maddi  nemətlərindən  imtina  və  Allaha  dua  etməklə,  qəlbi 
saflaşdırmaqla  mümkündür.  Çilləyə  oturmaq  və  yaxud  xəlvətə 
çəkilmək adəti bir qayda olaraq sufilərdə 40 gün müddətində hə-
yata keçirilirdi. Baxmayaraq ki, bir sıra sufi təriqətləri sonralar 40 
gün çərçivəsini aşaraq çillənin müddətini sərbəst müəyyənləşdir-
məyə başladılar. Ona görə də müxtəlif sufi təriqətlərində çillənin 
müddəti fərqli olmağa başladı. Bəzi  təriqətlərdə bu 2-3 ay fasilə-
siz olaraq davam edirdi. Mövləvi təriqətində bu müddət 1001 gü-
nə  çatdırılmışdı.  Bu  təriqətə  daxil  olmaq  istəyən  şəxs  1000  gün 
ərzində yoxlama müddəti keçməli idi. Həmin müddət  25 dəfə ol-
maqla hər biri 40 günə bölünürdü. Buna “ərbəin” deyilirdi. Belə-
liklə, təzə namizəd   birinci 40 gündə ev heyvanlarına xidmət et-
məli, tövləni təmizləməli, ikinci 40 gündə süpürgəçiliklə məşğul 
olmalı,  üçüncü 40 gündə ayaq yolunu təmizləməli, dördüncü 40 
gündə  xalça  çırpmalı  və  xalça-palaz  döşəməli,  beşinci  40  gündə 
odun doğrayıb daşımalı, altıncı 40 gündə aşpazlıq etməli və i. a. 
1000 gün yoxlama müddəti bitdikdən sonra 1001-ci gün təriqətə 
üzv  qəbul  oluna  bilərdi.    Çilləyə  oturmaq  ancaq  şeyxin,  təriqət 
rəhbərinin  icazəsi  ilə  olub,  “La  İlahə  İlləllah”  (Allahdan  başqa 
Allah yoxdur) zikrinin təkrarları ilə həyata keçirilirdi (39, 175). 
«Çillə» sözünün  etimologiyası ilə bağlı geniş yayılmış izah-
lardan biri «çillə» sözünün  farsca «çehel» - 40 sözündən götürül-
məsi ilə bağlıdır. Xəlvətə çəkilməyin 40 gün müddətində seçilmə-
sini isə Ömər Sührəverdi  və bir sıra başqa sufilər Quranın  ayəsi 
və hədislərlə bağlayırlar. “Əraf” surəsinin 142-ci ayəsində deyilir: 
“Musa  ilə otuz gecə (oruc tutub dua edəcəyi , bunun müqabilində 
ona  Tövratı  nazil  edəcəyimiz  və  özü  ilə  danışacağımız)  barədə 
vədləşdik,  sonra ona daha on  gündə əlavə  etdik.  Beləliklə, Rəb-
binin  (ibadət  üçün)  təyin  etdiyi  müddət  tam  qırx  gecə(gün) 
oldu...”(51, 166) Hədisi-qüdsidə Allah buyurur: «Qüdrət əllərimlə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə