Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə32/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

 
99 
 
qoyulması müəyyən mərasimlərlə müşayiət olunurdu və bu məra-
simlər „tacqoyma“ adlanırdı. Bu cəhətdən Mövləvilərdə keçirilən 
tac  qoyma  mərasimi  maraqlıdır.  Tac  geymə  mərasimində  mürid 
başını  açaraq  şeyxin  önündə  diz  çökür  və  başını  şeyxin  dizi 
üstünə qoyur. Bu hal müridin tamamilə təslim olmasını simvolizə 
edir. Bu vaxt şeyx və ya bir başqası Mövləvi silsiləsini oxuyaraq 
xeyirxahlıq diləyir. Sonra müridin başına tac qoyulur və bu tacın 
əsl ruhsal tac olması üçün dua oxunur (54, 226-227).      
Xirqə (xirka)
 - sufi dərvişlərin üst geyim forması olub (çu-
xaya  bənzər  uzun  ətəkli  geyim),  xırda  parça  hissələrindən  və 
zolaqlarından  tikilmiş,  astarı  adətən  qoyun  dərisindən,  bəzən  də 
xəzdən  olan  geyimdir.  Sufilikdə  təriqət  mürşidi,  piri  tərəfindən 
xirqənin geyindirilməsi bir ritual olub, müridin əziyyətlərə qatla-
şaraq təhsilini (müridlik mərhələsini) başa vurmasının göstəricisi 
idi. Hər bir  xirqə geydirilən mürid vəlilik mərtəbəsinə yüksəlir. 
Təsəvvüfə  aid  kitablarda  xirqə  geyinməyin  sufi  üçün  hansı 
faydalara malik olması belə təsvir edilmişdir: «Xirqə geyinməyin 
bir  faydası  adət  və  vərdişi  dəyişmək,  ürək  bağlılıqlarından  və 
nəfsani  ləzzətlərdən  xilas  olmaqdır.  Digər  faydası  pis  insanlarla 
və  şeytan  sifətlərlə  ünsiyyətin  tərk  olunmasıdır.  Başqa  faydası 
müridin zahiri (yəni, geyimi) üzərində olduğu kimi, batini üzərin-
də də şeyxin ixtiyar sahibi olmasıdır. Nəhayət, xirqənin bir fayda-
sı  da  budur  ki,  haqq-təala  tərəfindən  qəbul  olunduqları  barədə 
haqq  yolçularına  müjdə  verir»  («Misbahül-hidayə»  kitabından) 
(59).  Mürid  adi  paltarda  öz  mürşidi  qarşısında  dayana  bilməz. 
Paltar  simvolik  bir  şey  olsa  da,  sufilər  onu  da  mənəvi  saflığa 
çatmaq  vasitələrindən  biri  kimi  istifadə  edirdilər.  Xirqə  geyən 
salik elə bil ki, nəfsini mürşidinə təslim edir, onun əmr və göstə-
rişlərinə  boyun  əyir,  yalnız  onun  tövsiyələrinə  uyğun  hərəkət 
edirdi (52, 41-42).  
Ömər Sührəverdi xirqə geyinməyi və müridin mürşidə tabelik 
və  bağlılıq  məsələlərinə  toxunaraq  yazırdı:  “Xirqə  geyinmək 
mürşid  ilə  mürid  arasında  bir  bağlantı  və  müridin  nəfsi  ilə  özü 
arasında mürşidin hakimiyyətini qəbul etməsidir” (33, 118). Baş-
qa bir  yerdə “... xirqə geyinmək müridin işlərini müridinə təhvil 


 
100 
 
verməsi    və  ona  təslim  etməsi,  onun  hökm  və  ixtiyarı  altına 
girməsidi.  Bu  eyni  zamanında  Allah    və  Rəsulunun  (s.a.v.)  
hökmü altına girmək deməkdir” (33. 118). 
Şəms Təbrizi xirqənin adını çəkir və bildirir ki, xirqə ona yu-
xuda  Peyğəmbər  tərəfindən  geyindirilmişdir:  „Hər  kəs  şeyxdən 
bəhs edər. Bizə isə röyada bizzat Rəsul Əleyhissalam xirqə geyin-
dirdi. Fəqət öylə ki, iki gündə köhnəlib  yıpranan, yırtılıb dağılan 
.... xirqə  deyil, söhbət  xirqəsidir. Anlayışa sığacaq söhbət  də  de-
yil. Öyləsinə bir söhbət ki, nə dünü var, nə bu günü, nə ertəsi var. 
Eşqin dünlə bu günlə nə işi var?“ (32, 51).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qələndəri sufi dərvişinə aid geyim və əşyalar 


 
101 
 
Mühyiddin  İbn  Ərəbi  xirqə  və  mürəqqe  geyinməyi  «yaşıl 
ölüm» adlandırmışdır. Hatəmi-Əsəmm adlı sufi mütəfəkkirin isə 
belə  söylədiyini  rəvayət  edirlər:  «Hər  kəs  bu  yola  girsə,  gərək 
dörd cür ölümə hazır olsun: ağ ölüm, yəni aclıq; qara ölüm, yəni 
camaatın əziyyətlərinə dözmək; qırmızı  ölüm,  yəni  nəfslə müba-
rizə;  yaşıl  ölüm,  yəni  parçaları  bir-birinə  tikib,  alınan  geyimə 
bürünmək» (59). 
Xəqani xirqəyə işarə edərək yazırdı: 
 
“Fəqrin xirqəsində bəxyələrdə rəmzlər vardır 
 Ki, anlar “lövhi- məhfuz”u açanlar bü müəmmanı” (60, 70). 
 
Burada,  “fəqrin  xirqəsində”  mənalar  axtaran  şair  bildirir  ki, 
nəfsini cilovlayanların, dünya malından imtina edənlərin bu hərə-
kətlərinin  mahiyyətini  ancaq  “lövhi-məhfuz”un  (müqqədəs  yazı-
lar) sirlərini bilənlər anlaya bilər. 
Xirqə geyinmək adəti sufiliyin mühüm əlamətlərindən biri sa-
yılsa da, tarixdən məlumdur ki, bəzi sufilərin xirqəyə münasibəti 
mənfi  olduğundan,  onlar  xirqə  geyinməmişlər.  Məs.,  Cuneyd 
Bağdadi  ruhani  libası  geyinər,  zahirpərəst  sufilər  kimi  geyinmə-
məsinin  səbəbi  soruşulanda  deyərdi:  «Əgər  bilsəm  ki,  mürəqqe 
geyinməklə iş düzələr, dəmirdən və oddan özümə paltar tikib ge-
yinərdim. Amma həmişə öz içimdən bu nidanı eşidirəm ki, Allah 
yanında  etibar  qazanmağın  yolu  xirqə  geyinmək  yox,  onun  mə-
həbbətində  yanmaqdır»  (Fəridəddin  Əttarın  «Təzkirətu'l-övliya» 
əsərindən) (61). 
Sufiliyin mühüm atributlarından biri də Xanəgahlardır. Xanə-
gah - sufilərin yığışdığı, daimi yaşadığı, müridlərə təhsil verilən, 
müsafirlərin  qəbul  edildiyi  xüsusi  evə,  tikiliyə  deyilir.  Xanəgah 
sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bə-
ziləri onun farsca ev və yer, məkan sözündən əmələ gəldiyini (62, 
48), bəziləri isə xanəgah sözünün «süfrə, yemək olan yer», məna-
sını verdiyini söyləyirlər (25). 
Xanəgahların  yaranması  haqqında  da  müxtəlif  ehtimallar 
mövcuddur. Bu ehtimallardan birinə görə, xanəgahlar manilik və 


 
102 
 
buddizm  zahidlərinin  hücrələrindən  əmələ  gəlmişdir  (83,  48). 
Başqa  bir  ehtimala  görə  isə  ilk  dövrlərdə  xanəgahlar  kasıb  və 
miskin dərvişlər üçün inşa edilən tikililərdən ibarət olmuşdur. 
Əbdürrəhman Cami «Nəfəhatül-üns» kitabında ilk xanəgahın 
tikilməsi tarixini belə təsvir etmişdir: Bir xristian hökmdarı Şam 
vilayətinin Rəmlə məntəqəsində gəzərkən görür ki, iki sufi çöldə 
rastlaşıb,  mehriban  şəkildə  qucaqlaşır.  Sufilər  çantalarında  olan 
yeməkləri ortaya qoyub birlikdə yeyirlər. Durub getmək istəyən-
də  xristian  hökmdar  onların  birindən  soruşur:  «Çörək  yediyin 
adam kim idi?». Sufi cavab verir: «Mən onu tanımıram». Hökm-
dar soruşur: «Bəs aranızdakı ülfətin səbəbi nə idi?». Cavab verir: 
«Bu, bizim təriqətdə qaydadır». Hökmdar yenə xəbər alır: «Sizin 
toplanmağa yeriniz varmı?». Sufi: «Yox» - deyə cavab verir. On-
da  xristian  hökmdarı  həmin  yerdə  bu  cür  insanların  toplaş-
masından ötrü bir bina tikdirir. İlk sufi xanəgahı belə yaranır (25).  
Sufi  müəlliflərinin  bir  hissəsi  xanəgahı  peyğəmbər  zama-
nında  əhli-süffənin  (islamiyyətin  ilk  çağlarında  Mədinədə  kim-
səsiz  və  toplu  halda  yaşayan,  özünü  ancaq  dinə  və  Quran  elm-
lərinə həsr edən və Məhəmməd (s.ə.s.) peyğəmbərin də çox hör-
mət etdiyi camaat) məskunlaşma yerinin prototipi hesab etmişlər. 
O  zamanlar  Mədinə  məscidinin  qarşısındakı  geniş  səkidə  fəqir, 
ev-eşiksiz  müsəlmanlar  kollektiv  şəkildə  mehribanlıqla,  qardaş-
casına icma halında məskunlaşır, ayrı-seçkilik qoymadan birlikdə 
yeyib-içir,  bir-birinin  ehtiyaclarını  ödəyir,  bir-birinə  yardım  gös-
tərirdilər.  Mədinəyə  daxil  olan  nabələd  adamlar  da  karvansaray 
əvəzinə süffəyə gəlir və oranın sakinlərinə qoşulurdular (25). 
Ümumiyyətlə, xanəgahların sufilərin təşkilatlanmasından, yə-
ni  sufi  icmalarının,  təriqətlərinin,  qardaşlıqlarının  yaranması  ilə 
bir vaxtda meydana gəldiyini söyləyə bilərik. Çünki, təşkilatların 
qurulması,  icmaların  əmələ  gəlməsi  bu  təşkilat  və  icmaların  qə-
rarlaşdığı məkanların - təkkələrin (xanəgah, zaviyə) yaranmasına 
gətirib çıxardı (15, 20). Xanəgahlar sufilərin təşkilat strukturları-
nın  vacib  həlqələrındən  birinə  çevrilməklə,  onların  toplaşdığı, 
orada  yaşadığı,  ayin  və  mərasimlərini  icra  edə  bildiyi  bir  məkan 
idi.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə