Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə37/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

 
115 
 
məsinə işarə edirdi: “Hal və məqam arasında olduqca çox yöndən 
bənzərlik  olduğu  üçün  şeyxlərin  bu  barədə  fikir  və  görüşləri  də 
çox müxtəlifdir. Bu fərqli açıqlamalar məqam, hal və onlara daxil 
olan  şeylərdə  bənzərliyin  olmasından  meydana  gəlir.  Bu  durum 
bəzilərinə hal kimi görünsə də, başqalarına məqam kimi görünür. 
Hər  iki  görüş  doğrudur.  Çünki  onların  hər  birində  digərinə  aid 
özəlliyin olmasıdır. Bununla birlikdə onlar arasında fərqləri gös-
tərərək  sağlam  bir  görüşün  zikr  edilməsi  lazımdır”  (33,  606).  O, 
nəzarət, təvəkkül, riza və s. kimi halların dəyişərək məqama çev-
rilməsini  göstərir:  “Təvəkkül  halı  da  davamlı  olaraq  qulun  qəlb 
qapısını çalır və nəhayət qul tamamilə təvvəkül sahibi olur. Riza 
halı  da  belədir.  Qul  axırda  riza  halında  sükunətə  gəlir  və  riza 
onun  məqamı  olur”  (33,  606).  Şeyx  Şəbüstəri  hallardan  söhbət 
açarkən  bildirir  ki,  hər  kəs  hallara  düşməklə  həqiqətin  sirlərini 
bilə bilməz, bunun üçün ariflik dərəcəsinə yüksəlmək şərtdir.  
 
Könül əhlinə yalnız üç halda  gəlişi gözəl söz deməyə  
icazə var: 
Fəna (tamamilə özündən keçmə), mənəvi sərxoşluq,  
şiddət və zərurət. 
Bu üç halı bilən kəs 
Sözlərin necə deyildiyini, nəyə dəlalət etdiyini də anlayar. 
Səndə vəcdə gəlmək halı yoxdursa, 
Nadanlığa və təqlidə uyub kafir olma. 
Həqiqət halları məcazi olmaz,  
Hər kəs təriqətin sirlərini tapa bilməz. 
Ey dost, həqiqət əhlindən mənasız söz çıxmaz,  
Ancaq bunu ya sezmək, ya da onların sözlərini təsdiq etmək 
lazımdır (14, 138). 
 
Bir sıra sufi təriqətlərində təraş (qırxma) mərasimləri  də hə-
yata keçirilirdi. Bu mərasimin icrası təriqət üzvləri üçün vacib və 
məcburi sayılırdı. Məs., Qələndərilərdə saç, saqqal, hətta qaşların 
ülgüclə qırxılması şəklində icra edilirdi. Mövləvilərdə isə bu mə-
rasim  Mövlana  tərəfindən  tükü  bir  az  kəsmə  formasında  yerinə 


 
116 
 
yetirilirdi.  Mövləvilikdə  Mövlanadan  sonra  bu  adət  aşağıdakı 
formada  həyata  keçirilirdi:  mürid  şeyxin  önündə  diz  çökərək 
oturur, mürşid sol əli ilə onun əlini tutaraq tövbə etdirir, yaxşılıq 
və  xeyirxah  hərəkət  edəcəyi  barədə  ondan  söz  alır  və  nəhayət 
kəlmeyi-tövhidi  tələb  edir.  Müridə  ayrıca  Ləfzan-Cəlal  (Allah 
ləfzi-sözü)  ilə  zikr  də  öyrədilir.  Bundan  sonra  mürşid  müridin 
alnına yaxın bir hissədən saç kəsir (54, 226).     
Sufilər dünyanın maddi nemətlərindən və ləzzətlərindən imti-
na  etməklə  başlıca  məqsədlərinə  -  vüsalat  məqamına  yetişmək, 
Allaha  qovuşmaq  üçün  müxtəlif  vasitələr  axtarırdılar.  Bu  yolda 
onlar  hətta  islamın  qadağan  etdiyi  şərabı  da  məqbul  hesab 
edirdilər. 
 
 
Qələndəri dərvişi XVII əsr (Raul Ricaut. Histoire de l’Etat 
Present de l’Empire Ottoman, (Paris 1670)) 
 


 
117 
 
Onlar sərxoşluğu, bu istər şərab içilərək əldə edilən sərxoşluq 
olsun,  istərsə  də  mənəvi  sərxoşluq  olsun,  dünya  nemətlərindən 
arınmağın, gündəlik qayğıları və öz varlıqlarını unutmağın bir va-
sitəsi hesab edirdi. Mövlanə Cəlaləddin Rumi bu məsələyə toxu-
naraq yazırdı: “Bu surətlə hər kəs şərab, musiqi kimi şeylərə qur-
şanır və öz ağlından bir an olsa da, qurtulmağa çalışır. Hamı bilir 
ki,  bu  varlıq  tələdir.  İnsanın  öz  xoşu  ilə  bir  şeyi  düşünməsi,  bir 
şeyi anlaması cəhənnəmdir. Ona görə hər kəs varlığından, özün-
dən getmə aləminə, yaxud sərxoşluğa can atır və ya bir işlə məş-
ğul  olub  özünü  unudur.  Fəqət  bu  aləmdən  çıxıb  varlıq  aləminə 
qayıdırsan. Çünki özünü unutma aləminə Tanrı fərmanı olmadan  
getmişdik” (54, 227). XIV-XV əsrlərdə yaşamış Şeyx Sədrədinin 
(Səfəviyə  təriqətinin  qurucusu  Şeyx  Səfi  Ərdəbilinin  nəvəsi) 
müridi olmuş sufi şeyxi və şairi Seyyid Əli bin Harun bin Əbül-
qasim Hüseyni Təbrizi (Qasimi-Ənvar) “Məscid ilə meyxanə, ya 
Kəbə və bütxanə” rədifli qəzəlində yazırdı: 
 
Məscid ilə meyxanə, ya Kəbə və bütxanə 
Məqsud məhəbbətdir, baqi bütün əfsanə. 
Göstər üzünü  cana, ta şərh eləyim mən də, 
Xəlq oldu neçün dünya, varlıqdan məna nə?! 
Hər kəsdən olan surət xəlq oldu əzəl gündən, 
Sən hüsnünə aşiqsən, mən də sənə divanə. 
Ey qibləm əziz yarım, ey canü cahanım bil, 
Didarını əks eylər Kəbəylə bu meyxanə (82, 240). 
 
Vəcdə gələrək öz varlığını unutmaqla vüsalata çatmağın mü-
hüm  vasitələrindən  biri  kimi  sima  (səma)  adlanan  mərasimlər 
sistemini  yaratmaqla  sufilər  Sufilik  təlimini  daha  bitkin  və  tək-
milləşdirilmiş  səviyyəyə  yüksəldə  bildilər.  “Səma  mütləq  gözəl-
liyə aşiq olaraq yaradılmış insanın səs, söz və ahənglə aşkarlanan 
gözəllik  sayəsində  özündən  keçməsi,  vəcd  içində  ilahi  aləmə 
yüksəlməsidir.  Mövlanənin  dediyi  kimi,  bu  yüksəlmə  insanı 
“...Allah ilə birləşdirir”. Təsəvvüf təliminin  məqsədi bu yaxınlığı 
insana  başa  salmaq  və  insanı  varlığın  özü  ilə  təmasa  girməkdir. 


 
118 
 
Səma bu nəticənin alınmasında ən böyük yardımçılardan biridir” 
(58, 332). 
Sima sufi dərvişlərinin müxtəlif səslərdən və müəyyən musiqi 
sədalarından  təsirlənərək  (ekstaza  gələrək)  müxtəlif  hərəkətlər 
(daha çox rəqsəbənzər) etməsinə deyilir. Sufilərə görə, haqq yol-
çularının haqqa qovuşması üçün qəlb ətalətdən çıxmalı, onun ma-
lik olduğu hal  dəyişməlidir. Bu dəyişmə adicə küləyin  səsindən, 
Quranın avazla oxunmasından, azan səsindən, hər hansı bir musi-
qi  sədasından  və  s.dən  vəcdə  gələrək  baş  verə  bilər.  Sufilər  de-
yirlər ki, gözəl avaz körpə uşağı sakitləşdirib yatırdığı kimi, xəstə 
ürəkləri və incimiş könülləri də aramlaşdırır, onlara şəfa verir. Si-
ma  zamanı  insan  bətnində  toplanıb  qalmış  emosiyalar  və  hallar 
(xof  və  rica,  şadlıq  və  hüzn,  şövq  və  məhəbbət)  gah  sevinc,  gah 
da ağlamaq şəklində zahirə çıxır. Simadan insan bədəninin hər bir 
üzvü özünəməxsus həzz alır və sima hər kəsə bir cür təsir edir: ki-
mini fəryada gətirir, kimini ağladır, kimini oynadır, kimini əl çal-
mağa məcbur edir, kiminin də huşunu başdan aparır. Məhəmməd 
Qəzzali simaya dini-irfani don geyindirərək yazırdı: «Bil ki, insa-
nın daxilində Allah-təalanın sirri vardır. Atəş dəmirin içində gizli 
olduğu kimi,  bu sirr də  qəlbdə  gizlidir. Dəmirə daş sürtündükdə 
atəşin  sirri  aşkara çıxar  və ətrafı  yandırar. Eləcə də simanın  xoş 
avazı insanlıq gövhərini hərəkətə gətirər və insanın özündən ixti-
yarsız  olaraq  daxilindəkiləri  üzə  çıxarar»  (İmam  Qəzzalinin 
«Kimyayi-səadət»  əsərindən)  (59).  İmam  Qəzzali  simanı  mütləq 
mənada  haram  bilənləri  zahir  əhli  və  qafil  adlandıraraq  bu  fikri 
irəli sürür ki, sima üç növdür və uyğun olaraq, hər növün öz hök-
mü vardır: 1) Qəlbində bəyənilən sifətlər və şəriətə uyğun xüsu-
siyyətlər  olan  şəxsə  sima  müsbət  təsir  göstərir,  həmin  xüsusiy-
yətləri daha da gücləndirir. Bu cür simanın savabı vardır. 2) Hər 
kimin qəlbində batil vardırsa, sima ilə daha güclənər və kök salar. 
Belə sima haramdır. 3) Hər kimin qəlbində bu iki cəhət yoxdur və 
ya bərabərdir, özü də simaya qulaq asıb, öz təbiətinə uyğun şəkil-
də  ləzzət  alırsa,  onun  üçün  sima  mübahdır  (icazə  veriləndir). 
Həmçinin, İmam Qəzzali 5 halda simanı haram hesab edir: 1) Qa-
dının  dilindən  eşidilərsə,  yəni  sima  avazını  qadın  oxuyarsa.  2) 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə