Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə41/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

 
129 
 
Təsəvvüflə ilahiyyatı birləşdirməyə  çalışan və sufilərlə ruhanilər 
arasında  ziddiyyətləri  aradan  götürməyə  cəhd  edən  bu  məşhur 
müsəlman mütəfəkkiri  bildirirdi ki, həqiqətlər həqiqətini (mütə-
səvvif) dərk etmə dərəcəsindən asılı olmayaraq sufilər islam dini-
nin  əsas  tələblərini  yerinə  yetirməlidilər.  Onun  fikrincə,  islamın 
tələblərinin yerinə yetirilməsi Allaha yaxınlığı təmin edən kamil-
ləşmə və nəfsin paklığı üçün vacib şərtlərdir. O, mütəsəvviflərın 
əhl-i  sünnədən  olduqlarına,  ibadətlərini  şəriətə  uyğun  olaraq 
yerinə yetirdiklərinə, dinin əsaslarını və qaydalarını araşdırmaqla 
dinin  gerçək  məqsədinə  doğru  getdiklərini  və  beləliklə,  tam  və 
gerçək bir inama  qovuşmasına inanırdı (23). 
Ömər Sührəverdi “tövbə”, “zühd”, “ehtiyatkarlıq”, “fəqirlik”, 
“səbr”, “razılıq” və s. kimi məqamların şərhi üzərində geniş daya-
naraq  bildirirdi  ki,  təsəvvüf  yolçusu  mistik  özünükamilləşdirmə 
prosesində  hər  şeydən  əvvəl  öz  nəfsini  paklaşdırmalıdır.  O  da 
Qəzzali kimi haqqa qovuşmağın yolunu hallar və məqamlar silsi-
ləsindən və mistik özünükamilləşdirmədən keçdikdən sonra müt-
ləq  heçliyə  varmaqla  mümkün  sayırdı  (90).  Sührəverdi  eyni  za-
manda hallarla bağlı geniş şərh verir: „Halda isə ilahi bəxş zahir, 
kəsb  gizli  olur.  Hallarda  xibə  üstün  gəldiyi  üçün  onlar  məhdüd-
laşdırılmır və sonsuz olur. Halın ən uca şəkili məqama dönməsi-
dir“  (33,  611).    Sührəverdi    halların  8  növü  haqqında  danışır. 
Bunlar  „məhəbbət“,  „şövq“,  „kürb“  (mənəvi  yaxınlıq),  „üns“ 
(qəlbən  ünsiyyət),  „həya“  „qəbz  və  bəst“  (daralma  və  geniş-
lənmə),  „ittisal“  (vüsal),  „fəna“  və  „bəqa“dan  (keçici  və  əbədi) 
ibarətdir.  
O,  özünün  "Əvarif  əl-məarif"  kitabında  “cəm  və  təfriqə”, 
“təcəlli və istitar”, “təcrid və təfrid” (sədaqətsizlik, diqqətsizlik), 
“vəcd,  təvacüd,  vücud“,  „qələbə“  (dayanmadan,  ardıcıl  olaraq 
gələn  vəcd  növü),  „müsamərə“  (axşam  məclisləri),  „sahv  və 
səkr“, „məhv və isbat“, „vaxt“ , „qeybət və şühud“ (qeyb olma və 
keçmiş), „zövq, şütb, rayy“ (zövq, mənəvi təminat, başa düşmə), 
„təlvin və təmkin“, „nəfs“ və sairə kimi bir çox sufi anlayışlarının 
şərhini  vermişdir.  Onun  idrak  təliminin  əsas  qayəsini  həqiqətin 
dərk edilməsi məsələsi təşkil edirdi. Sufilər şəriət, təriqət, həqiqət 


 
130 
 
mərhələlərinə  uyğun  olaraq  idrakın  yəqinliyin  elmi,  yəqinliyin 
eyni  və  yəqinliyin  həqiqəti  kimi  üç  mərhələsini  fərqləndirib. 
Yəqinliyin  elmi  eşidib  öyrənməklə,  yəqinliyin  eyni  görüb 
anlamaqla,  yəqinliyin  həqiqəti  isə  həqiqəti  dərk  etmək  üçün 
həqiqətə qovuşmaqdır (86). 
Ömər Sührəverdi yaradıcılığının maraqlı cəhətlərindən biri də 
fütuvvət haqqında iki fəlsəfi traktat  yazması ilə bağlıdır.  Bu  ki-
tablarında o, fütuvvətin  əsas  prinsip və qaydalarını  işləyib  hazır-
lamışdı.  Fütuvvə  (gənclik,  yeniyetməlik)  o  dövrün  sosial  reallı-
ğından  doğan  islam  ezoterizminin  (gizli,  mistik  -  Ə.Əhməd)  bir 
forması olub, ideyası sufilər tərəfindən verilən və əxlaqi məsələ-
lərə xüsusi önəm verən bir orden idi. Mahiyyət etibarilə fütuvvət 
orta əsr qərbinin cəngavərlik ordenlərini xatırladırdı. Qardaşlığın 
fəaliyyəti  üzvlərin  birgə  qəbul  etdiyi  müqavilə  əsasında  həyata 
keçirilirdi (88). Xəlifə ən-Nəsirin hakimiyyəti dövründə fütüvvə-
lərin  yaradılması  üçün  xəlifə  tərəfindən  yaşıl  işıq  yandırılmışdı, 
O,  xilafətin  müxtəlif  ərazilərində  bu  cür  qurumların  yaradılma-
sında, xüsusilə də kübar fütuvvələrin yaradılmasında maraqlı idi. 
Şiəliyə  və  ismaililərə  rəğbəti  ilə  tanınan  xəlifə  ən-Nəsirin  dini 
məsləhətçisi olan Ömər Sührəverdi öz dövründə fütuvvə adlanan 
sənətkar və kübar qardaşlıqların yaradılmasında və onların idarə-
etmə qaydalarının işlənib hazırlanmasında iştirak etmişdir. Fütuv-
və  dərəcəsinə  yüksələnlərin  bellərinə  zünnar  adlanan  xüsusi  kə-
mər  bağlayırdılar.  Bir  qayda  olaraq  xəlifənin  göndərdiyi  kəməri 
əyan-əşrəf  içində  fütüvvə  məqamına  yetən  şəxsin  belinə  Böyük 
Mürşid Şihabəddin  Əbuhəfs Ömər Sührəvərdi bağlayırdı. Sultan 
İzzəddin  I  Keykavusun  və  bir  çox  bəylərin  əxi  təriqətinə  daxil 
edilməsi  mərasiminin  təsviri  zəmanəmizə  qədər  gəlib  çatmışdır. 
Həmin mərasim ritual rəqsləri ilə müşaiyət olunmuşdur. Xəlifənin 
elçisi  kimi  sultanın  sarayına  gəlmiş  Sührəverdi  ahıl  yaşlarında 
olmasına  baxmayaraq,  öz  müridləri  ilə  birlikdə  həmin  rəqslərdə 
iştirak etmişdir (18, 65-66).  
Ömər Sührəverdi haqqında yekun olaraq onu deyə bilərik ki, 
o özündən qabaqkı sufi mütəfəkkirlərinin kəlamlarını, ideyalarını 
dərindən  araşdırmış,  onları  özünəməxsus  şəkildə  ümumiləşdir-


 
131 
 
mişdir. Əbu Həfs insan ilə Allahın substansional birliyini, eynili-
yini qəbul edən panteist baxışları rədd edərək sufizmin monoteist 
sistemini yaratmışdır (17, 27).    
Xəlvətiyə  təriqəti 
Orta  əsrlərdə  Azərbaycanda  geniş  yayılmış  dini  təlimlərdən 
biri də Xəlvətiyə təriqətidir. Tədqiqatçılar bildirirlər ki, Xəlvətiyə 
təriqəti  öz  kökləri  etibarilə  Sührəverdiyə  təriqətinə  bağlıdır. 
Sührəverdiliyin  bir  qolu  hesab  edilən  Zahidiyə  təriqəti  sonralar 
iki qola – xəlvətiyə və səfəviyə təriqətlərinə bölünmüşdür. Xəlvə-
tiyə  təriqətinin  banisi  Şeyx  Ömər  Siracəddin  xəlvətidir  (ona  Pir 
Ömər  də  deyirdilər).  Onun  əslinin  Şirvanın  məşhur  şeyx  ailələ-
rindən olduğu və “şeyxzadələr” adlandırıldığını da deyirlər (91). 
Siracəddin Ömər Gilanın Lahican əyalətində doğulmuş, gənc 
vaxtlarında  zahidiyə  təriqətinin  yaradıcısı  İbrahim  Zahid  Gilani-
nin  xəlifəsi  olaraq  fəaliyyətə  başlamışdır.  Sonra  o  Xarəzmdə 
şeyxlik  edən  əmisi  Mühəmməd  Xəlvətiyənin  (ö.  780/  1378-79) 
yanına  gedərək  ondan  dərs  almış,  onun  ölümündən  sonra  əmisi-
nin  təlimini  davam  etdirmişdir.  Qaraqoyunlular  zamanında  Pir 
Ömər  Təbrizə  gəlmiş,  fəaliyyətini  burada  davam  etdirmiş  və  bir 
çox  tələbə  və  ardıcıllarını  yetişdirmişdir.  Onun  yetişdirdiyi  da-
vamçılardan  bir  çoxu  Azərbaycanda  və  onun  sərhədlərindən 
uzaqlarda  xəlvətiyə  təriqətinin  ideyalarını  yaymışlar.  Onlardan 
Azərbaycanla  bağlı  Şeyx  Seyfəddini  (ö.  h.813/1410-1411,  Bağ-
dad  və  Təbrizdə  yaşamışdır),  Əbu  Yəzid  Püranini  (1458-ci  ildə 
Püran  şəhərində  vəfat  edib,  azərbaycanlıdır)  və  başqalarını  gös-
tərmək olar. 
Xəlvətiyə təriqətinin Azərbaycan torpaqlarında bir çox pirləri 
olmuşdur.  Onlardan  bəzilərinin  adları  bunlardan  ibarətdir:  Şeyx 
Əli Mirem (ö. h.848/1444), onun xəlifələrindən Əmri Rəbbani (ö. 
h. 848/1444), Şeyx İzzəddin (h.828/1424-1425). Şeyx İzzəddinin 
xəlifələrindən  Ömər  Şirvani  (ö.  831/1427-1428),  Şeyx  İbrahim 
Gubadi  (h.  850/1446-1447),  Şeyx  Sədrəddin  Hiyavi  (ö.  h.  860/ 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə