____________________Milli Kitabxana______________________
NÖVHƏ
Eylə müĢtaqi-cəmaləm, bilmənəm dünya nədir?
Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?
Ey camaət təĢnəsüz, çün mütəhhər qanıma,
Razıyam yüz min bəlalar, gər yetiĢsə canıma,
Ruhumu lahutdə bəzl etmiĢəm cananıma,
Aləmi-ünsürdə bu sevda nədir, səfra nədir?
Mən vətəndən ol zaman kim zari-giryan köçmüĢəm,
ġövq ilə canan yolunda baĢü candan keçmiĢəm,
Aləmi-mənada mən cami-Ģəhadət içmiĢəm, Aləmi-
zəhirdə bu mina nədir, səhba nədir?
Giryanam eĢq atəĢinə, Ģaiqəra Musa kimi,
Payi-darə çəksəniz, min kəz əgər Ġsa kimi,
BaĢımı qət eyləsəz hər dəm əgər Yəhya kimi,
NuĢ candır, bilmənəm xəncər nədir, əda nədlr?
Eylərəm təkrar "Ərni" çünki adətdir mənə,
Gər eĢitsəm "Ləntərani" çox qənimətdir mənə,
Dustdən yüz min bəlalər eyni-ləzzətdir mənə,
Bu Ģəhadət vadisidir, "Lən" nədir, "Ləmma" nədir?
Mən gərəkdir kim, bu gün vasil olam cananimə,
Min sinanü tiğü xəncər gər yetiĢsə canimə,
Bu mühasinim gərəkdir kim, bata al qanimə,
Azimi-dərgəhi-yarəm, bilmənəm dünya nədir?
Bu Ģəhadətdə gərək babamə təqlid eyləyəm,
Dəstəmazimi bu gün qan ilə təcdid eyləyəm,
Səcdəd ə məbudimi təhmidü təmcid eyləyəm,
Sacidə məscid nədir, məbəd nədir, səhra
nədir. Min qəmü möhnət ara saldız bu Ģahi-
bikəsi, ġeĢdəri-heyrətara saldız bu Ģahi-bikəsi,
Qərqi-dəryayi-fəna etdiz bu Ģahi-bikəsi,
Dəxi bir biyar üçün bu Ģurü bu qövğa nədir?
234
____________________Milli Kitabxana______________________
Yarü ənsarım gedib biyarü yavər qalmıĢam,
Bu bəla dəĢtində mən zarü mükəddər qalmıĢam,
Nimi-besməl quĢ kimi bibalü bipər qalmıĢam,
GülĢənim tarac olub, bülbül nədir, Ģeyda nədir?
Ərğəvan kimi boyanmıĢ Qasimi-gülpeykərim,
Sərviqəd qardaĢlarım, gülüzlü nazlı Əkbərim,
QönçəvəĢ pürxun düĢüb xakə Əliyyi-Əsğərim,
Bilmənəm sünbül nədir, susən nədir, rəna nədir.
Ya Hüseyn, ey xaki-payın aləmin baĢına tac,
Ey Ģəhadətləri verən Ġslam dininə rəvac,
Etgilən Nəvvabi-zarın dərdü zarinə əlac,
Cəzb qıl ta bilməsin dünya nədir, üqba nədir.
235
____________________Milli Kitabxana______________________
MİRZƏ MƏHƏMMƏD KATİB
Mirzə Məhəmməd MəĢədi Bayram o ğlu Katib 1833-cü ild ə ġuĢada
doğulmuĢdur. Təhsilini mollaxanada almıĢ, mahir xəttat olmuĢdur. "Məclisi-
fəramuĢan"ın yığıncaqlarında fəal iĢtirak edən Katib müasirləri ilə yaxın dostluq
münasibətləri saxlamıĢ, onların bəziləri ilə məktublaĢmıĢdır. ġair 1888-ci ildə
vəfat etmiĢdir.
M. M. Katib Ģeirlərini həm klassik üslubda, həm də aĢıq Ģeri tərzində
yazmıĢdır. Əsərlərindən nümunələr bəzi təzkirə səhifələ rində qalmaqdadır.
Buradakı Ģeirlər Mir Möhsün Nəvvabın təzkirəsindən və "Poetik məclislər"
(1987) kitabından götürülmüĢdür.
QƏZƏLLƏR
Vücudun olmasa, heç olmasın bahar, ey dust,
Üzündən ayrı nədir seyri-laləzar, ey dust?
Məqami-eyĢdə tut bir əyaq ilə əlimi,
Məni əyağə salıbdır bu ruzigar, ey dust.
Bu Ģuri-eĢqdə dövri-müxalifi-gərdun
Nə edəcək mənə, lütfün ola həsar, ey dust?
O tari-zülfə, aman, urma Ģanə, tarıya bax,
Ki, könlüm aĢiyanəsidir, etmə tarmar, ey dust.
Əgər o qaĢlarını əyri tiğə oxĢatsam,
Görüm, məni kəsə hər ləhzə zülfüqar, ey dust.
Öləm, mənimlə gedər qəbrə atəĢi-eĢqin,
Rəqiblə gəzəsən, od tutar məzar, ey dust.
Bu qəddü qamət. ilə bağa gər xüram edəsən
Ki, payi-bəndin olu sərvi-cuybar, ey dust.
236
____________________Milli Kitabxana______________________
Məni çevir baĢına, öldürüb xilas eylə,
Bu həsrət ilə qoyma intizar, ey dust.
ġəbani-hicrd ə Katib nə qədər intizar çəkib,
Nə vəqtədək olacaq çeĢmi əĢkbar, ey dust?
* * *
Gün səni görmək ilə çərxdə avarə düĢüb,
Sər büröhnə o səbəbdən dərü divarə düĢüb.
Yerdə ol Ģuxi görüb, çərxdə baxdım qəmərə,
Deyəsən, parələnib məh, yerə bir parə düĢüb.
Vaiza, mən eləmə, zülfünə meyl etsəm əgər,
Bu belə əsrdi, islam iĢi küffara düĢüb.
Lalə bağrına çəkib dağ görüb gül üzünü,
Xiclətindən qaralıb, daməni-kuhsarə düĢüb.
Nisbəti yox sənə ayın ki, onun vəchi budur,
Əksi-ayinə üzündən göyə bir parə düĢüb.
EĢq bimarı olan aĢiqə çün baxdı təbib,
Qəmzeyi-nərgisi-bimarın ona çarə düĢüb.
Buyi-zülfün eĢidib badi-səbadən nagəh,
Ondan ötrü bu çölə Katibin avarə düĢüb.
* * *
Mürği-dil aĢiq olub qaməti-rənayə baxar,
Qumriyi-sərv kimi sərvi-düarayə baxar.
DəyiĢib halını ol zülfi-müənbər, nə deyim,
Nə bu əhvalə, nə baĢımdakı sövdayə baxar.
237
Dostları ilə paylaş: |