____________________Milli Kitabxana______________________
Gördi ki, kəsər baĢuvi ol taifeyi-gəbr,
Mümkün degü bir kimsənə bu zülmə edə səbr,
Doldurdi baban gözlərini əĢk ilə çün əbr,
Səbr eylədi bir ġahi-Ģəhidan, Əli Əkbər.
Qurbani görülmüb kəsə bir kimsənə ətĢan,
Əmma sənə rəhm etmədi bu ləĢkəri-üdvan,
Axir səni meydanda susuz kəsdilə qurban,
Bu canimiz olsun sənə qurban, Əli Əkbər.
Sinən dəmi-ĢəmĢir ilə peykanə verübsən,
Canü dil ilə canuvi cananə verübsən,
BaĢun bu rahi-eĢqdə mərdanə verübsən,
Ey nuri-düçeĢmi-ġəhi-mərdan Əli Əkbər.
Ol gün ki, çıxub xeymədən əflakə fəğanlar,
Meydanda töküldi yerə nahəq yerə qanlar,
Hardeydi o gün, mən sənə qurban, bu cavanlar,
Məcmui oleydi sənə qurban, Əli Əkbər.
Bu zəxmi-dil oldı anova zəxmi-cəbinün,
Göylündə qalub həsrəti Leylayi-həzinün,
Səndən sora kül baĢinə dünyayi-dəninün,
Sənsiz necə dövr etdi bu dövran, Əli Əkbər?
ġümrin görüm aləmdə Ģədid olsun əzabi,
Aya nolu peyğəmbərə məhĢərdə cəvabi?
Ol gün ki, qurar ədl ilə divani-hesabi,
Etsün bu barədə divan, Əli Əkbər.
ÇavuĢ s əda çəkdi, çıxub qafiləyi-qəm,
Olmadi bu il Racinün övzai fərah əm, Qismət
ola qəbrimdə deyə növbə dəmadəm, Hüzzar
olallar çaki-giriban, Əli Əkbər.
221
____________________Milli Kitabxana______________________
XURŞİDBANU NATƏVAN
Azərbaycan bədii mədəniyyəti tarixində lirik şair kimi məşhur olan
Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də Şuşada, Qarabağın son
hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Xalq arasında
"Xan qızı" ləqəbi ilə çağırılan Xurşidbanu saray tərbiyəsi görmüş, dövrün
tanınmış alim və sənətkarlarından dərs almışdır. Lakin onun şəxsi həyatı
fərəhsiz keçmişdir.
On üç yaşında olarkən atası ölmüş, ailə başsız qalmışdır. O, dağıstanlı
knyaz Xasay xan Usmiyevlə ailə qurmuş, ancaq bu ailənin taleyi uğursuz
olmuşdur. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyə t içərisindən çıxmış Seyid
Hüseyn adlı bir şuşalıya
ərə getmiş, bu hərəkəti ilə bəy və mülk
ədarları
qəzəbləndirmişdir. Onlar
Natəvan ın ailə üzvləri arasına təfriqə salaraq, oğlu
Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru
boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
1885-ci ildə oğlu Mirabbasın xəstələnib ölməsi şairənin iztirablarını daha
da artırmış, səhhəti tamam pozulmuşdur. Natəvan ömrünün axırına qədər ruhi
sarsıntılar və üzüntülər içərisində yaşamiş və 1891-ci il oktyabr ayının 1-də
Şuşada dünyasını
dəyişmişdir. Onu böyük təntənə ilə Ağdama gətirib,
"İmarət"
deyilən ailə qəbristanlığında dəfn etmişlər.
XX əsrdə şairənin əsərləri toplanaraq bir neçə dəfə çap olunmuşdur. Bu
kitabda verilən nümunələr onun "Əsərləri "ndən (1984) və "Yazıçı"
nəşriyyatında n əşr edilmiş "Dahilərin göz yaşı. Mərsiyələr" (1990)
kitabından götürülmüşdür.
QƏZƏLLƏR
Yenə ya rəb, nə qəmgindir mənim bu Ģad olan könlüm,
Rümuzi-eĢqdən agah olub, ustad olan könlüm.
Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.
Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düĢdün, mənim bərbad olan könlüm?
222
____________________Milli Kitabxana______________________
Fəraqin ruzi-məhĢərdir, sərasər möhnətü-qəmdir.
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.
Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naĢad olan könlüm.
* * *
Nə yaxĢı munis idi, heyf, nagəhan getdi,
Məni bu möhnət əra qoydu əlaman getdi.
O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm?
Hilal tək qədimi eylədi kəman, getdi.
Unutdu güllərini, qıldı xaniman tərkin,
Nə baxdı yarlərə, çəkdi olaman getdi.
Nə oldu ariz əya, bağiban, bu gülĢəndə,
Açılmadı
bu bahar gülləri, xəzan getdi?
Nə tapdı ləzzəti-iĢrət, nə gördü gülzarı,
Bahar fəslində, yaran, bu novcavan getdi.
Məni bu möhnət əra qoydu didəsi giryan,
Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi.
Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,
Deyərmisən ki, nə növ ilə Natəvan getdi.
* * *
Zəmanə saldi əcəb möhnətü məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.
Tükəndi
tabü təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
223