____________________Milli Kitabxana______________________
Yar yanında əyləĢəndən,
Aldım yüz min busə səndən,
Üzün döndərmədin məndən,
Mən səni çox həmil gördüm.
Hümmətini gördüm ali,
Dərdimdən eylədim hali,
Ləblərindən qəndü bali,
Sel, su kimi səbil gördüm.
Mən istərəm səni yeyim,
Dilin, dodağın çeynəyim,
Aclıqdır, axır neyləyim,
Bu ili yaman il gördüm.
Əriyibdir cismi, cani.
Qalmayıb tabü təvani,
ġükuhiyi-binəvani
Bu qapıya dəxil gördüm.
206
____________________Milli Kitabxana______________________
MOLLA AĞA BİXUD
Molla Ağa Hacı Tağı oğlu Bixud 1830-cu ildə Şamaxıda doğulmuş,
təhsilini orada almışdır. "Beytüs-səfa" ədəbi məclisinin nüfuzlu üzvlərindən
olmuşdur. Seyid Əzim Şamaxıda olmadıqda məclisin yığıncaqları Bixudun
rəhbərliyi ilə keçərmiş.
Bixud 1892-ci ildə Şamaxıda vəfat etmişdir.
Əsərlərini Azərbaycan və fars dillərində yazan Bixudun divanı
hələlik
əldə edilməmişdir, Burada verilən nümunələr "Poetik məclislər" (1987)
kitabından götürülmüşdür.
QƏZƏLLƏR
Ey dil, barı meyxanə sarı
bir güzər eylə
Gör məstlərin haləti-vəcdin, nəzər eylə.
Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,
Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.
Bir gül məni cövr ilə Ģəhid eylədi axir,
Bülbüllərə, ey badi-səba, get xəbər eylə.
Yan atəĢi-hicranə, könül, çək bu bəlanı,
Bu eĢqdən axir demədimmi həzər eylə?
Təsir eləməz ol
büti-səngindilə naləm,
Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.
Ahım küləyi yıxmadi bünyadını hicrin,
Ey seyli-siriĢkim, sən özün bir hünər eylə.
Çıxmaz baĢa, yüz Ģərh edəsən zülfi-hədisin,
Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.
207
____________________Milli Kitabxana______________________
* * *
Riyazətsiz, könül, bu nəfs bir tovsəndi, ram olmaz,
Buna cövlangəhi-ərsə ərz ola, seyri tamam olmaz.
Cahanı dost tutduqca edər düĢmənçilik peyda,
Bu düĢmən kamdan, ey nəfs, hasil hiç kam olmaz.
Cahan məmurəsində künci-izlət ixtiyar eylə,
Qənaət əhlinə, ey dil, belə rahət məqara olmaz.
Əyaqdan düĢməmiĢ səy eylə, əldən vermə mey camın,
Cavanlıq Ģuri qalmaz baĢda, bu nəĢə müdam olmaz.
Nə təĢviĢ eyləyirsən cam, elində ruzi- məhĢərdən,
Əgər piri-muğan vermiĢsə, o qorxma, haram olmaz.
Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm,
Bu rövĢən əmrdir kim, məst olan kəsdə nizam olmaz.
Bürünmə xirqeyi-salusə, Bixud, təndən qorxub,
Bu meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz.
* * *
Çəkmə, ey dust, məni məscidi- viranə san,
Genə
çəksən də məni, çək barı meyxanə sarı,
Ələ əbnayi-zəman səngi-məlamət götürüb,
Gör nə Ģövq ilə baxırlar məni-divanə san!
Vaizin pəndi ki, hərgiz mənə təsir etməz,
Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı.
Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun,
Min kitab oxuna, baxmaz dəxi Quranə san.
Səbhə göstərmə mənə, zahid, əmaməndən utan,
Mürği-zirək ki, görə dami, dönər danə sarı?
208
____________________Milli Kitabxana______________________
Mən ki divaneyi-eĢqəm, mənə
çox söylməyin,
"Hu" deyib, baĢ qoyaram kuhü biyabanə sarı.
EĢq ara bülbüli-pabəstə idi Bixudi-zar,
Bağban açdı pərin, atdı gülüstanə sarı.
* * *
Təngə gəldim, saqiya, bu məscidi-viranədən, Gəl,
tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,
OlmuĢam indi xəcil bu tutduğum əfsanədən.
Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan,
Ġmdi oldu aĢikara sən verən peymanədən.
Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmiĢəm,
Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən.
Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir,
Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən.
Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qıl
Söhbəti-əğyari, qəti-ülfət et biganədən.
Mən ki namü nəngdən keçdim yolunda saqinin,
Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən?
MÜXƏMMƏS
Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?
Gülə aĢiq olan bülbül cəfayi-xarə dözməzmi?
Vəfadan dəm vuran aĢiq qəmi-düdarə dözməzmi?
Ola gər tiri-qəmdən sinəsi sədparə, dözməzmi?
O qəm, kim, aĢiqi mərhəm qıla əsrarə, dözməzmi?
209