____________________Milli Kitabxana______________________
Bu əqvali eĢitcək Qurd inandı,
Ürəkdən bavər etdi, doğru sandı.
Qədəm qoycaq o dəmdə düĢdü bəndə,
Kəməndə, düĢdü bir ahu kəməndə.
DüĢüb bəndə, çıxıb quyruq kənarə,
Salıb biçary qurdu ahü zarə.
Bu övzai görüb Gürgi-mükəddər,
Dedi: "Aya nə vardır, ey bəradər?"
Dedi Tülkü: "Baxıb gördüm hilali,
Yemək vacibdir iftarda həlali."
Dedi: "Görsəndi ay, bayram haçandır
Ki, bayram üqdeyi-qəlbi açandır".
Dedi Tülkü: "Ey yari-müsahib,
Olur bayram gələndə təllə-sahib".
O dəmdə quyruğu Tülkü götürdi,
Dayanmıb ta əyalinə yetirdi...
KĠTABIN SONU
Bəhəmdullah, "Kitabi-Sələbiyyə".
Tamam oldu əcəb Ģirinqəziyyə.
Zəmani-Nasirəddin Ģahe-Qacar,
ġahənĢahi-cahangirü-cahandar.
Mənə yoxdur yolu, Ģahi edim mədh,
Neçün ki, qorxuram mədhim ola qədh.
Vəlakin Ģahımız çox yaxĢı Ģahdır,
Xilafət bürcünə rəxĢəndə mahdır.
198
____________________Milli Kitabxana______________________
Onun əhdində asudə dolannıq,
Ədalət kölgəsində daldalannıq...
Əvamünnasə yazdım bu kitabi,
Müvəccəh olalar, qıldım xitabi.
Deyib çox məzhəkə, qıldım zərafət,
Onun zimnində bəm yazdım nəsihət.
Neçün ki, xəlqə həcv acı gəlibdür,
Zərafət sözləri Ģirin olubdur.
QarıĢdırdım ikisin, gəldi nalə,
YetıĢdi müntəhayı-etidalə.
Bu üzrümdə sora, gər mərdi-bədxah,
Təərrüz eyləyə, əlhökmüllillah,
Xəbər alsa, biri adımı bilfərəz,
Özüm öz adımı qoy eyləyim ərz:
Məhəmməd Bağiri-Xəlxaliyəm mən,
Fünuni-mərifətdən xaliyəm mən.
Bu fərdi-axiri nəzmi-səvabi,
Bəyan eylübdi tarixi-kitabi.
199
____________________Milli Kitabxana______________________
MİRZƏ MEHDİ ŞÜKUHİ
Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində
doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya
köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya,
Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan
sonra
yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada
yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur.
Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də
xalq ədəbiyyatı
üslubunda
əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə,
qoşma,
gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala
öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.
Şairin ölümünd
ən sonra
əsərləri bir neçə dəfə çap edilmişdir. Burada
verilən
nümunələr "Cənub ulduzları " (1984) kitabından götürülmüşdür.
QƏZƏLLƏR
Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sir.
Bir əvvəl var, bir axir var deyillər,
Bu bir sözdür, nə əvvəl var, nə axir.
Açar min məclisi-bazi dəmadəm,
TamaĢayə qurulmuĢdur bu çadir.
Məali-küfrü imandən xəbər yox,
Nə fərq eylər bu mömindir, o kafir.
Tərazi-xaməsindən tük yayınmaz,
Təaləllah, əcəb ustadi-mahir.
Yaman getdi cavanlıq, mən qocaldım,
Pəri kuyində bir div oldu zahir.
200
____________________Milli Kitabxana______________________
Nə hasil zurü zərdən cüz təəssüf,
Driğa, gənci-Xosrov, cəngi-Nadir.
ġükuhi ölməyincə bu tilsimi
Deyil sındırmağa bir kimsə qadir.
* * *
Piri-meyxanayə bax, Cəmdə nə var Keyd ə nə var?
BəxĢiĢə seyr elə, Hatəmdə nə var, Teydə nə var?
Bir qədəh saldı ayaqdan səni, biçarə hərif,
Pey apar, gör mən içən cami-peyapeydə nə var?
Görməyən guĢeyi-çeĢmi-siyəhi-canani,
Nə bilir guĢeyi-meyxanə nədir, meydə nə var?
Nə qədər var nəfəsim, çəkməyim əfgan neylim,
Bir quru nalədən özgə, de görüm, neydə nə var?
Canımı, malımı aldın, dəxi, zalım, bəsdir,
Bu ġükuhi dediyin müflisi-laĢeydə nə var?
* * *
Yenə, ey gözləri məftun, sənə məftunəm mən,
Zarü məhzunü digərgunü ciyərxünəm mən.
Nola bir lütf ilə dindir məni, xoĢnud eylə,
Gərçi düĢnam ilə, səndən yenə məmnunəm mən.
Rəsmdir Ģəqqeyi-zənciri qırar divanə,
VermiĢəm zülfünə dil, gör necə Məcnunəm mən.
Ġstər əm çox səni, canımdan əziz canın üçün,
And içəm canuva nahəq yerə, məlunəm mən.
201
Dostları ilə paylaş: |