____________________Milli Kitabxana______________________
Fələyin mahın edib mehri-ruxun sərkərinə,
Gah verir nur ona, gah salır tarlığa.
Olma divanə, o zülfi-xəmə meyl etmə,
Həsən, Əqlin olsun, özünü salma o Ģahmarlığa.
* * *
Sən, ağa, bizlər üçün ruhi-rəvansan, getmə,
Nə həmin bizlər üçün, aləmə cansan, getmə.
Sənsiz aram nə mümkündü tapılsın bizdə,
Sən bizə quti-rəvan, tabü tavansan, getmə.
Bu yəqinimdi ki, aləm olu viran sənsiz,
Dolanım baĢına, sən cani-cəhansan, getmə.
Arizum oldu ki, çox ömr edəsən aləmdə,
"Məhfili-üns"də sən virdi-zəbansan, getmə.
Biz səninlə edirik aləm ara fəxr həmin,
Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə.
Səndən ancaq yetiĢir qəlbimizə zövqü səfa,
Sən səfabəxĢi-dili-pirü cəvansan, getmə.
Vird edir Ģamü səba sidq ilə bu Ģeri Həsən,
Füqəra əhli üçün darül-əmansan, getmə.
* * *
ĠtmiĢdi dili-qəmzədə viranələr içrə,
Səd Ģükr ki, tapdım onu meyxanələr içrə.
Yarəb, yenə əl silsileyi-zülfə kim urdu,
AĢub düĢübdür yenə divanələr içrə?!
Tari-səri-zülfünmüdü kim, Ģanə üzübdür,
Ya riĢteyi-candır dolaĢıb Ģanələr içrə?
186
____________________Milli Kitabxana______________________
Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuĢ,
Yazıldı çü halım mənim əfsanələr içrə.
Zahid, səni tan, məni öz halına qoygil,
Gəzdirmə məni məscidü bütxanələr içrə.
Çoxdand ı könül mail olubdur meyi-nabə,
Yar əksi düĢüb bəs ki, o peymanələr içrə.
Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,
Saqi, nolu çəksən onu məstanələr içrə.
* * *
Qamətin tək boy atıb sərv xuraman olmaz,
Arizin tək, sənəma, bir güli-xəndan olmaz.
Nə olar türreyi-zülfün kimi bir sünbüli-tər,
Nə dodağın kimi bir ləli-BədəxĢan olmaz.
Nə qaĢın tək fələk üzrə olu bir tazə hilal,
Nə camalın kinıi bir mehri-dirəxĢan olmaz.
Nə gözün tək olu bir türki-kəmandari-cəri,
Nə müjən tək can alan navəki-peykan olmaz.
Hüsni-ruxsarına çox kimsənə maildi, vəli,
Ey mələkzadə, sənə mən kimi heyran olmaz.
Gər səri -kuyinə zahid deməsə xüldi-bərin,
Ġncimə, sevdiyim, onlarda ki iman olmaz.
Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,
Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz.
Gərçi aləmdə nəzakətli gözəl çoxdu, Həsən,
Leyk bu iĢvədə, bu qəmzədə canan olmaz.
187
____________________Milli Kitabxana______________________
* * *
Əhvalın ı, ey dil, sənə yarın demədimmi?
Hər feli xətadır o nigarın, demədimmi?
Meyl etmə o zülfə, özünü salma xətayə,
Zəncirdi hər bir xəmü tarın, demədimmi?
Çək cövrünü, ey dil, nə qədər var həyatın,
Bədməstliyini çeĢmi-xumarın demədimmi?
Ey dil, o siyah çeĢmi-xətakarə inanma,
Təzviri-bəladır, həmc karın demədimmi?
Can vermə, könül, eĢqə, onun çəkmə cəfasın,
EĢq atəĢinin ahu nəzarın demədimmi?
Səbr eylə, könül, eĢqdə hicranına yarın,
Hicran gününün naləvü zarın demədimmi?
Vəsl ilə, Həsən, eyləmə hicrani fəramuĢ,
Var dalda xəzanı bu baharın, demədimmi?
188
____________________Milli Kitabxana______________________
MƏHƏMMƏD BAĞIR XALXALİ
Məhəmməd Bağır Xalxali 1829-cu ildə Xalxal əyalətinin Qarabulaq
kəndində ruhani ailəsində doğulmuşdur. İlk təhsilini evdə atası Axund Molla
Heydərdən alan Xalxali 14 yaşına çatanda biliyini artırmaq üçün Zəncana,
oradan da Qəzvinə getmiş, xüsusi müəllimlə rin yanında dövrünün elmlərini
öyrənmişdir. Tahsilini başa vurduqdan sonra doğulduğu kəndə qayıdan Xalxali
ömrünün axırına qədər Qarabulaqda yaşamışdır. O, 1900-cü ildə vəfat etmiş
və kənd qəbiristanlığında dəfn olunmuşdur.
Zəmanəsinə uyğun yaxşı təhsil alan Xalxali əsərlərini Azərbaycan (türk),
fars və ərəb dillə rində yazmışdır. Şairin azərbaycanca divanına "Sələbiyyə "
məsnəvisindən başqa qəzəl, müxəmməs, təcnis (qoşalıq) və saqinamələri
daxildir. Onu ədəbiyyat tarixində məşhurlaşdıran "S ələbiyyə" (1893)
məsnəvisidir. Mövzusu xalq arasında geniş yayılmış nağıl və hekayətlərdən
alınmış bu əsər Təbrizdə və Bakıda bir neçə dəfə nəşr edilmişdir. Bu kitabda
verilən "Sələbiyyə" "Cənub ulduzları " (1984) kitablarından götürülmüşdür.
SƏLƏBİYYƏ
(İxtisarla)
BAġLANĞIC
Belə nəql eyləyib Mirzə Filani
Kəlami doğrudur, yoxdur yalani -
Ki, bir Tülkü diyari-Ġsfəhanda
Ki, yəni qeyrəti-mülki cahanda.
Əlinə düĢməyib quti-münasib,
Muradın verməyib çərxi-məlağib.
Neçün ki, salmayıb bir zad əlinə,
Keçib bir ay ki dəyməyib ət dilinə.
189
Dostları ilə paylaş: |