Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə60/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   56   57   58   59   60   61   62   63   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Yar yanında əyləĢəndən, 

Aldım yüz min busə səndən, 

Üzün döndərmədin məndən, 

Mən səni çox həmil gördüm.

 

 

Hümmətini gördüm ali,



 

 

Dərdimdən eylədim hali,



 

Ləblərindən qəndü bali,

 

 

Sel, su kimi səbil gördüm.



 

 

Mən istərəm səni yeyim,



 

 

Dilin, dodağın çeynəyim,



 

Aclıqdır, axır neyləyim,

 

 

Bu ili yaman il gördüm.



 

 

Əriyibdir  cismi,  cani. 



Qalmayıb  tabü  təvani, 

ġükuhiyi-binəvani

 

 

Bu qapıya dəxil gördüm.



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



206

 



____________________Milli Kitabxana______________________

 

 



MOLLA AĞA BİXUD

 

 



Molla  Ağa  Hacı  Tağı  oğlu  Bixud  1830-cu  ildə  Şamaxıda  doğulmuş, 

təhsilini  orada  almışdır.  "Beytüs-səfa"  ədəbi  məclisinin  nüfuzlu  üzvlərindən 

olmuşdur.  Seyid  Əzim  Şamaxıda  olmadıqda  məclisin  yığıncaqları  Bixudun 

rəhbərliyi ilə keçərmiş.

 

 



Bixud 1892-ci ildə Şamaxıda vəfat etmişdir.

 

 



Əsərlərini  Azərbaycan  və  fars  dillərində  yazan  Bixudun  divanı

 

hələlik

 

əldə  edilməmişdir,  Burada  verilən  nümunələr  "Poetik  məclislər"  (1987) 

kitabından götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Ey dil, barı meyxanə sarı bir güzər eylə

 

 



Gör məstlərin haləti-vəcdin, nəzər eylə.

 

 



Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,

 

 



Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.

 

 



Bir gül məni cövr ilə Ģəhid eylədi axir,

 

 



Bülbüllərə, ey badi-səba, get xəbər eylə.

 

 



Yan atəĢi-hicranə, könül, çək bu bəlanı,

 

 



Bu eĢqdən axir demədimmi həzər eylə?

 

 



Təsir eləməz ol büti-səngindilə naləm,

 

 



Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.

 

 



Ahım küləyi yıxmadi bünyadını hicrin,

 

 



Ey seyli-siriĢkim, sən özün bir hünər eylə.

 

 



Çıxmaz baĢa, yüz Ģərh edəsən zülfi-hədisin, 

Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.

 

 

 



 

 

 



 

 

 



 

207


 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Riyazətsiz, könül, bu nəfs bir tovsəndi, ram olmaz, 

Buna cövlangəhi-ərsə ərz ola, seyri tamam olmaz.

 

 

Cahanı dost tutduqca edər düĢmənçilik peyda,



 

 

Bu düĢmən kamdan, ey nəfs, hasil hiç kam olmaz.



 

 

Cahan məmurəsində künci-izlət ixtiyar eylə,



 

 

Qənaət əhlinə, ey dil, belə rahət məqara olmaz.



 

 

Əyaqdan düĢməmiĢ səy eylə, əldən vermə mey camın, 



Cavanlıq Ģuri qalmaz baĢda, bu nəĢə müdam olmaz.

 

 



Nə təĢviĢ eyləyirsən cam, elində ruzi- məhĢərdən, 

Əgər piri-muğan vermiĢsə, o qorxma, haram olmaz.

 

 

Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm,



 

 

Bu rövĢən əmrdir kim, məst olan kəsdə nizam olmaz.



 

 

Bürünmə xirqeyi-salusə, Bixud, təndən qorxub,



 

 

Bu meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz.



 

 

* * *



 

 

Çəkmə, ey dust, məni məscidi- viranə san, 



Genə çəksən də məni, çək barı meyxanə sarı,

 

 



Ələ əbnayi-zəman səngi-məlamət götürüb, 

Gör nə Ģövq ilə baxırlar məni-divanə san!

 

 

Vaizin pəndi ki, hərgiz mənə təsir etməz,



 

 

Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı.



 

 

Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun,



 

 

Min kitab oxuna, baxmaz dəxi Quranə san.



 

 

Səbhə göstərmə mənə, zahid, əmaməndən utan,



 

 

Mürği-zirək ki, görə dami, dönər danə sarı?



 

 

 



 

 

 



208

 



____________________Milli Kitabxana______________________

 

 



Mən ki divaneyi-eĢqəm, mənə çox söylməyin

"Hu" deyib, baĢ qoyaram kuhü biyabanə sarı.

 

 

EĢq ara bülbüli-pabəstə idi Bixudi-zar,



 

 

Bağban açdı pərin, atdı gülüstanə sarı.



 

 

* * *



 

 

Təngə gəldim, saqiya, bu məscidi-viranədən, Gəl, 



tərəhhüm eylə bir yer ver mənə meyxanədən.

 

 



Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,

 

 



OlmuĢam indi xəcil bu tutduğum əfsanədən.

 

 



Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan, 

Ġmdi oldu aĢikara sən verən peymanədən.

 

 

Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmiĢəm,



 

 

Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən.



 

 

Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir, 



Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən.

 

 



Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qıl

 

 



Söhbəti-əğyari, qəti-ülfət et biganədən.

 

 



Mən ki namü nəngdən keçdim yolunda saqinin,

 

 



Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən?

 

 



MÜXƏMMƏS

 

 



Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?

 

 



Gülə aĢiq olan bülbül cəfayi-xarə dözməzmi?

 

Vəfadan dəm vuran aĢiq qəmi-düdarə dözməzmi?



 

 

Ola gər tiri-qəmdən sinəsi sədparə, dözməzmi?



 

O qəm, kim, aĢiqi mərhəm qıla əsrarə, dözməzmi?

 

 

 



 

 

 



 

 

209



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə