____________________Milli Kitabxana______________________
Rindü Ģeyxü salikü zahid qarıĢmıĢ bir yerə,
ÇeĢmi-həqbin yox, seçə namərd ilə mərdanəni.
DüĢdi rövnəqdən gülüstani-vəfa, zağü zəğən
Bülbüli-Ģeyda yerində baĢlıyub əfganani.
AtəĢi-Ģövqi-məhəbbət yandururdı aqibət,
ġəmlər nahəq yerə yandurdilər pərvanəni.
Oldum həmrəng, cəmaət, eĢqi-xalü zülf ilə
RiĢteyi-zünnarə düzdüm səbheyi-səddanəni.
Ey dil, əl çək, yox bəni-növi-bəĢərdə etibar,
Məskən et bayqusifət bir guĢeyi-viranəni.
Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul,
Rahət əgləĢsün qoyun, zəncirdə divanəni.
Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,
Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.
* * *
Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,
Misdaği mənə arizi-cananda tapıldı.
Asarı- Ģüunati-zühuratı-həqayiq, Əlhəq
genə bu məsləki-ürfanda tapıldı.
Sinəmdə əyan oldı tilismati-məhəbbət,
Bir gəncdü məxfi ki, bu viranda tapıldı.
ÇeĢmimdə xəyali-ərəqi-arizi-canan,
Guya düri-Ģəhvardu, ümmanda tapıldı.
Ġncitmün, ətibba, bizi, dərdi-qəmi-eĢqə
Dərman nə Ərəstudə, nə Loğmanda tapıldı.
214
____________________Milli Kitabxana______________________
Qaldi səri-zülfündə könül, kamə yetiĢdüm,
Nə eyĢdü bu, ġami-qəribanda tapıldı.
Zahid, bu pəriçöhrəyə bir diqqət ilə bax,
Get, gəz, gər əgər rövzeyi-rizvanda tapıldı?
OlmuĢdu könül Yusifi bir müddət idi güm,
Axtardum onı, cahi-zənəxdanda tapıldı.
Ey vacibün imkaninə talib olan aĢiq,
Məzhər ona, gəl, aləmi-imkanda tapıldı.
Qəmzən tükədüb, nazun alub, iĢvən apardı,
Sedparə könül hər biri bir yanda tapıldı.
Xət basdı qədəm naz ilə hüsnün vərəqinə,
Qarıncadü ya, təxti-Süleymanda tapıldı.
Bu Racidəki Ģur ilə sevdavü məhəbbət,
Məcnunda, nə Fərhad ilə Sənanda tapıldı.
QƏSİDƏLƏR
EĢq əhli bu afaqda rüsva gərək olsun,
Məcnun kimi sərgəĢteyi-səhra gərək olsun.
Bu rəsmdür aĢiqlərə divanə deyəllər,
Bu taifədə hövsələ dərya gərək olsun.
Əğyardən eĢq əhli g ərək pür həzər etsün,
Qəlbində onun yəni təbərra gərək olsun.
Öz canın ı qıırban eləsün dust yolunda,
Lazımdu təbarradə təvəlla gərək olsun.
AĢiq odur olsun özü məĢuqi-bənəfsə,
Yəni ki, o bir bimənü bima gərək olsun.
215
____________________Milli Kitabxana______________________
BaĢdan ayağa yarsala tığ ilə gər aĢiq,
MəĢuq ilə məmlüvv sərapa gərək olsun.
Məcnun kimi aĢüfteyi-xalü xəti-Leyli,
Vamiq kimi məhvi-rüxi-Əzra gərək olsun.
ġəhbaz kimi dövr eləsün dövri-cəhani, Ta
bir çəmənə bülbüli-Ģeyda gərək olsun.
Min zülmü sitəm eyləsə canan deməsün bir,
Aya niyə bu zülmü təədda gərək olsun.
Dözsün sitəmi-möhnətü ənduhi-bəlayə,
Ümmidgəhi səbrü Ģəkiba gərək olsun.
Görsün rüxi-canani əyan daim özündə,
Ayinə kimi qəlbi müsəffa gərək olsun.
Biganədü söz aĢiqü məĢuq arasında,
Can verməgi mövqufi-bərima gərək olsun.
Heç eyləməsün vəsl ilə hicran ona tövfir,
Hicranda canan ilə yekca gərək olsun.
EĢq aləmini seyr eləsün payəbəpayə,
Ta cilvəgəhi-aləmi bala gərək olsun.
Öz canını pamal eləsün künci-bəladə,
Ta kəngəreyi-ərĢ ona məva gərək olsun.
Büxlü həsədü kinəvü büğz ilə riyadən,
AĢiq olan aləmdə mübərra gərək olsun.
AĢiq odur aləmdə Üveysi Qərəni tək,
Məsti-meyi-meyxaneyi-mövla gərək olsun.
Mövla necə mövla Əlivü alivü əla,
Ol ismi-xuda ilə müsəmma gərək olsun.
216
____________________Milli Kitabxana______________________
Rüfətdə onun payeyi-əlvani-cəlali,
Min mərtəbə bu ərĢdən əla gərək olsun.
Bu padiĢəhün çakərinün çakəri Xosrov,
Dərbani-dəri-həĢməti Dara gərək olsun.
Saqi, dolanum baĢına, ver badə peyapey,
BaĢimdə mənim nəĢəyi-səhba gərək olsun.
Göstər güli-rüxsarini, canım sənə qurban,
Könlüm quĢu bülbül kimi guya gərək olsun.
Öz xahiĢini tərk eləsün talibi-canan, Nə
talibi-dünyavü nə üqba gərək olsun.
Təsiri-nəfəs bundan alub həzrəti Ġsa,
Həqqa ki, bu möhyayi-Məsiha gərək olsun.
"Mutu" desə zərratə, sərasər olu fani, "Qumu"
desə, kulliyyətən əhya gərək olsun.
Həm dideyi-Yəqubə bu Mövladu verən nur,
Yusifdə niĢan hüsni-dilarə gərək olsun.
Feyzi bu ġəhün Xızrdəki ömrdü cavid,
Davudi də surət fərəhəfza gərək olsun.
Məcmui-peyəmbərlərə bu feyz veribdür,
Musadə niĢan ol yedi-beyza gərək olsun.
Həqqa ki, bu ġahənĢəhün asari-cəlali,
Bir zərrə Süleymanda hüveyda gərək olsun.
Ġllət budur icad olub xəlq ədəmdən, BiĢək
səbəbi-Adəmü Həvva gərək olsun.
Mövlani qoyub vəsf eliyə hurü cinani,
Zahid sözü bu barədə bica gərək olsun.
217
Dostları ilə paylaş: |