Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
49
Xocalı. Bizim bilmədiyimiz həqiqətlər
Vladimir Savelyev Xankəndindəki 366-cı Alayda yerləĢən 02270 nömrəli hərbi hissəsinin əks-kəĢfiyyat
Ģöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin Ģahidi olan polkovnik
1992-ci il
noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin
iyul və dekabr aylarında BMT-yə, Avropa ġurasına.... sonda BaĢ KəĢfiyyat Ġdarəsinə «Məxfi ArayıĢ»ını
təqdim edir. O, son arayıĢlarını «zabit Puqaçov» imzası ilə göndərib.
Polkovnik erməni terror təĢkilatları ilə Rusiya qoĢun birləĢmələrinin Dağlıq Qarabağda
keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, «Agentura» gücü ilə əldə etdiyi
informasiyalarda bütün olub keçənlərin Ģərhini verib etiraf edir: «... Mən bütün bunları yazmaya bilmərəm.
Hər Ģey gözlərim önündə baĢ verib. Ġnsanların, uĢaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiĢ
bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağıĢlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan
hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayıĢ həm Kremlə, həm də MN-ə, VKĠ-
nin generallarına göndərdim. Oxuyun - dedim».
El Messanyan Qriqoryan Beyrutda çıxan «Zartunk» («Oyanma») qəzetində «Bir erməni
yardımı» yazısında qeyd edir: «...Xocalı uğrunda vuruĢan, döyüĢə atılanları unutmaq, yaddan çıxarmaq biz
ermənilərə yaraĢan iĢ deyil. Onlara - o igidlərə yardım edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və
zəngin erməni iĢ adamları «Artsax yardım fondu» təsis ediblər. O fond həm də bizim gələcək nəsillərin taleyi
üçündür... Londonda erməni iĢ adamı satdığı villasının dəyərini, VaĢinqtonda erməni biznesmeni Araz
Süleyman öz ticarət mərkəzindən gələn illik gəlirləri... Parisdə «Erməni ana dili» cəmiyyətinin üzvləri
topladıqları ianələri... Xocalı qəhrəmanları üçün ayırdılar...»
1992-ci il 24 mart.
Bakıda isə boĢ qalmıĢ kreslolar üstündə adamlar dəstələrə bölünür, qruplarda cəmləĢir, hakimiyyətə can
atırdılar. Ali BaĢ Komandanın buraxdığı strateji səhvləri isə nə siyasi mühitdən ayrı düĢmüĢ, baĢını itirmiĢ
millət, nə də ayrı-ayrı siyasi liderlər dərk etmirdilər. DüĢdükləri burulğandan çıxmaq üçün heç kəs bir-birinə əl
uzatmırdı, yardım etmirdi. Xocalı isə qan içində can verirdi. Ordudakı xəyanətlə Prezident Aparatındakı
xəyanətlər üst-üstə düĢdüyündən hamı çaĢıb qalmıĢdı... Bütün bu çaĢqınlıqları araĢdıran kəĢfiyyatçı V. Savelyev
Kremlə, Bakıya... üst-üstə 18 eyni məzmunlu teleqram göndərir. Amma heç kəs onun teleqramlarını
oxumurdu...
1992-ci ilin fevral ayının 4-
də isə Roma Papası II Ġohanın Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə
(!) və rus qoĢun birləĢmələrinin generallarına məxfi məktubu daxil olur. Roma Papası erməni müdafiə
dəstələrinə «Allahdan aldığı gücü» (?) göndərirdi. Ruslara isə bu vuruĢmanın «dini bir vuruĢma» olduğunu
xatırladır, onlara dua edəcəyini açıqlayırdı.
Roma Papası Dağlıq Qarabağ uğrunda vuruĢmanı «Dini
vuruĢma... Din uğrunda vuruĢma» kimi qiymətləndirib, yazır: «... Ġmkan olarsa, Xocalıya gəlib orada həlak
olan erməni qardaĢlarının vuruĢ və döyüĢ məkanlarında baĢ əyəcəm...» (2003-cü ilin sentyabr 21-də Roma
Papası Ermənistana gəlir. Qarabağın iĢğalı zamanı öldürülən ermənilərin məzarlarına yad edir).
Hətta Roma papası Bakıya da gəldi və yüksək səviyyədə qarĢılandı. Bax biz də belə millətik. Məgər
Roma papasını qarĢılayanlar bu xristian Ģovinistini tanımırdılar?!
Polkovnik V.Savelyev daha sonra yazır: «... Xocalının iĢğalında, ölüm və kütləvi qırğın hadisələrində
azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm... Bu necə Vətəndir? Bu necə ordudur?... Bütün bunları
anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoĢmaqla onları alçatdılar, Ģərəfinə lənət damğasını vurdular...
Mən on addımlığımda güllə yarasında can verən səkkiz-doqquz yaĢlı qızcığaza heç cür kömək əlimi
uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...»
LənətlənmiĢ günlər isə bir-birini əvəz edirdi. Həmin ərəfədə Fransadan gəlmiĢ «Operator-II» özəl
studiyasının erməni əməkdaĢları isə
(Jül Barelyan, ġerin Sitaryan) Xocalı ətrafında qalaqlanmıĢ meyitlərin
yandırılmasını lentə köçürürdülər. Rusiyanın 2-ci batalyonunda vuruĢan zabit Ġvan Karabelnikovun verdiyi
məlumata görə bu yer
«...Xocalının Ģimal-Ģərq hissəsində kiçik təpəcikləri olan bir yer idi...»
Xocalı faciəsini «iĢıqlandırmaq»
(ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın
32 ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmiĢdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli
maĢınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ
çəkiliĢlər aparırdı.
DağılmıĢ, viranə qalmıĢ yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: «...
Azərbaycanlılar günahsız qırırlar...»