Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
91
həmiĢə ilk sözü azərbaycanlılara verirdi. Ayrı-ayrı kəndlərin, rayonların nümayəndələri çıxıĢ edirdilər. Viktor
Petroviç isə çox dəqiqliklə soruĢurdu ki, nə iĢ görə bilirsiniz? Həmin adamlar da baĢlayırdı ki, filan kənddə,
filan yerdə səngərlər qazmıĢıq, üç avtomat əldə etmiĢik, filan yerdə post qurmuĢuq, filan yerdə bir top
quraĢdırmıĢıq və s. və i.a. Bəli, müsəlmanların xaçpərəst dostu adamları qəsdən danıĢdırırdı ki, həmin
məlumatlar aĢkarlansın. Bəs, ermənilər öz çıxıĢlarında nə deyirdi: biz mühasirədəyik, ərzaq çatmır,
Azərbaycanlılar bizi qırıb çatır, silah-sursatımız yoxdur. Azərbaycan dövləti bizi müdafiə edə bilmir.
Həmin iclasların birindən sonra baĢ vermiĢ hadisəni olduğu kimi nəzərinizə çatdırıram: "Aprelin 1-dən 2-
nə keçən gecə saat 3 radələrində Əsgəran rayonunun DaĢbulaq kəndindən 10 nəfər erməni Xocalı Ģəhərinə
basqın etmiĢdir. Basqın zamanı ermənilər raketlərdən, qumbaraatanlardan istifadə etmiĢdir. Nəticədə xeyli ev
dağıdılmıĢ, bir neçə evə isə od vurulmuĢdur. Ġnsan tələfatı var" (1991-ci il). Bəli, bu da həmin iclasların
azərbaycanlılara dəyən xeyri.
Xocalı 1991-ci ilin əvvəllərindən hər tərəfdən mühasirəyə alınmıĢdı. Yollar tamam kəsilmiĢdi, ümid
qalmıĢdı hava yoluna. Onu da ermənilər hər vaxt atəĢə tuta bilirdilər. Bir neçə vertolyot və "AN-2" təyyarəsi
ermənilər tərəfindən vurularaq məhv edilmiĢdi. Həmin illər ərzində Azərbaycan hökuməti tərəfindən Xocalının
müdafiəsi üçün heç bir iĢ görülməmiĢdi. Və bütün rəhbərlər də bilirdi ki, Xocalı mühasirədə qalıb. Fevralın 25-
də isə Xocalının ölüm hökmü oxundu. KeçmiĢ SSRĠ-nin 366-cı motoatıcı alayı və erməni hərbi birləĢmələri
Xocalıya divan tutdu. Əsl soyqırım törədildi: 613 nəfər həlak oldu, 1275 nəfər əsir düĢdü, 8 ailə büsbütün məhv
edildi, 200 nəfərdən artıq insan müxtəlif dərəcəli əlil oldu. Faciənin miqyası böyük və dəhĢətli idi. Ağdam
istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların meyitləri ilə dolu idi. Körpədən tutmuĢ qocaya qədər
hamısı süngüdən keçirilmiĢdi. Və həmin dəhĢətli mənzərə mərhum jurnalist Çingiz Mustafayevin çəkdiyi
lentlərdə öz əksini tapa bilib. O vaxt hamını bir sual düĢündürürdü: Xocalını xilas etmək mümkün idimi? Bu
sualın üstündə isə baĢ sındırmaq lazım deyil. Sadə bir cavabı var: bəli, mümkün idi! Sadə, dinc əhalinin taleyi
üzərində hakimiyyət uğrunda gedən oyunlar qurulmasaydı, o iyrənc, Ģərəfsiz oyunda udan, uduzan prinsipi
olmasaydı, Xocalını xilas etmək mümkün idi. Fevralın 26-sı gününü yaxĢı xatırlayıram. Soyuq, sazaqlı bir qıĢ
günü idi. ġelli dağında ölümün, qəsdin, tələnin pəncəsindən qurtulan uĢaqları, qadınları, qocaları qarĢılayıb
xəstəxanaya yola salırdıq. Yaralarından qan Ģoralanan bu insanlar bir-birindən, ana baladan, ata oğuldan, qardaĢ
bacıdan ayn düĢmüĢdü. Bunları ovundurmaq mümkün deyildi. Həmin vaxt Ağdam özünümüdafiə dəstələri
ermənilərə qarĢı döyüĢərək qan bahasına meyitləri düzlərdən, meĢələrdən toplayırdı. Xocalı sakinlərini
danıĢdırır, onların necə qurtulduqlarını soruĢurduq. Bu adamlar öz müsibətlərini, faciələrini göz yaĢları
içərisində danıĢsalar da söhbətlərinin sonunda deyirdilər: bizim bu sözlərimizi bütün Azərbaycana çatdırın.
Respublika rəhbərlərini lənətləyirik. Onlar satqın və namərddirlər. Bizi, torpaqlarımızı qumara qoyublar. Ona
görə də Heydər Əliyev Azərbaycana gəlməlidir. Gəlsin, bu xalqı qırğından, müsibətdən, zülmdən xilas etsin.
Nicatımız yalnız onadır! 1992-ci ilin qarlı-çovğunlu fevral günündə soyqırımın dəhĢətini gözləri ilə görmüĢ
insanlar elə o vaxtdan Heydər Əliyevə arxalanırdılar, ondan imdad, kömək gözləyirdilər. Onu da qeyd edim ki,
həmin vaxt Heydər Əliyevin adını belə çəkmək çox qorxulu idi. Lakin bu çarəsiz, aldadılmıĢ, təhqir edilmiĢ
insanlar tələb edirdilər. Sadə adamlar böyük bir həqiqəti baĢa düĢürdülər. Çox təəssüf ki, respublikanın o vaxtkı
rəhbərləri, deputatlar, ziyalıların böyük əksəriyyəti, Azərbaycan Xalq Cəbhəsi bu aydın həqiqəti baĢa düĢmək
istəmirdilər. Məhz elə buna görə də Azərbaycan torpaqlarının 20 faizi itirildi, uduzan, məğlub edilən tərəfə
çevrildik. YaxĢı yadımdadır, fevralın 27-də Ağdamın mərkəzi meydanında mitinq keçirilirdi. Dövlət, hökumət
rəhbərlərinə etimadsızlıq göstərilirdi və həmin mitinqdə Xocalıdan bir qadın çıxıĢ edərək dedi ki, bizim
qisasımızı, qanımızı almağa gücü çatmayan Azərbaycan Respublikasının vətəndaĢlığından imtina edirik. Əgər
Heydər Əliyev Azərbaycana qayıtsa biz bu fikrimizdən daĢına bilərik. Mən Heydər Əliyevi tələb edirəm! Bu
vaxt bütün mitinq iĢtirakçıları "Heydər Əliyev" deyərək qıĢqırmağa baĢladılar. Bəli, bu insanlar haray çəkirdilər,
haqq-ədalət tələb edirdilər. Mitinq təĢkilatçıları belə olacağını gözləmədikləri üçün tez-tələsik aradan çıxdılar.
Bəli, 1992-ci ilin adi bir həqiqəti idi...
Xocalı soyqırımından altı il keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin səyi və
təkidi nəticəsində Xocalı soyqırımına siyasi qiymət verildi. Xocalı sakinləri ilə görüĢdə möhtərəm Prezident
demiĢdir ki, "... biz toplaĢıb Xocalı faciəsinin cavabını verək, Ģəhidlərin qanının yerdə qalmaması gününü görək.
Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək.
Ġnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir".
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, S.75-79.
Dostları ilə paylaş: |