Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
90
Xocalı sakinləri nicat gözləyirdilər
Bu yol Xocalı kurqanlarının qədimliyindən baĢ alıb gəlirdi. Tarixin daĢ yaddaĢından keçib gəlirdi və bu
yol 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qara geydi, qana boyandı, yüzlərlə günahsız insanın son
harayında yanaraq kösövə döndü. Əsrin böyük faciəsində, soyqırımında çatladı. Bu yol ağlar qaldı... Xocalının
özü kimi, dinc sakinləri kimi, köməksiz qalan yurd yerləri kimi...
Xocalıya baĢqa bir yol da gəlirdi. Ġt xılı kimi dünyanın hər yerinə səpələnmiĢ ermənilərin iddiasından,
erməni dəyirmanından keçib gələn bu yol 1988-ci ildə göyərməyə baĢladı.
Xocalıya daha bir yol gəlirdi. O vaxtkı Azərbaycan rəhbərlərinin kabinetlərindən. Bu yolun adı səbirli
olun, emosiyalara uymayın, ermənilərə toxunmaq olmaz, bir qarıĢ torpaqdan ötrü onlarla müharibə etməyə
dəyməz idi.
Qarabağ hadisələrinin ilk günlərindən qeydlər apardığım dəftərin solmuĢ vərəqlərini çevirdikcə xəyanət
yüklü o yol gözlərim qarĢısında bir daha canlanır. Yol dünyanın hər yerindən uzanıb gəlirdi. Bu yolun qarĢısını
kəsmək üçün bir yol vardı: yumruq tək birləĢmək lazım idi. Çox təəssüf ki, erməni boğazından yapıĢası
əllərimiz öz hülqumumuzdan yapıĢdı, yumruq kimi birləĢməli olan əllərimiz Ģilləyə çevrilib öz üzümüzə dəydi...
1988-1991-ci illər ərzində Qarabağ çox ziddiyyətli, mürəkkəb dövrünü yaĢayırdı. Ermənilər silaha sarılır,
terrora qurĢanır, yurd yerlərimizi yandırır, dinc əhalini qırır, güllələyir, didərgin salırdı. Azərbaycanlılar isə
Ģivən qopararaq Moskvadan kömək istəyir, qayda-qanun tələb edirdilər. Daha soruĢan yox idi ki, hansı qayda-
qanunu istəyirsiniz? Aydın həqiqət baĢa düĢülmürdü ki, düĢmənə yalnız öz silahı ilə cavab vermək lazımdır.
Orada isə hər Ģey tərsinə idi. 1990-cı ilin iyul ayında Azərbaycanın o vaxtkı prezidenti A. Mütəllibov daha
"uzaqgörən" bir göstəriĢ vermiĢdi: "Azərbaycanlı və erməni kəndləri arasında barıĢıq müqaviləsi bağlayın". BoĢ,
mənasız bir göstəriĢi əldə dəstəvuz edən ziyalıların çoxu, əmək qabaqcılları televizor ekranlarından qəzet
səhifələrindən, radio dalğalarından ermənilərə deyirdilər: "Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoĢun
düzəltsələr, onda nə baĢ verə bilər? Ġki millət bir qarıĢ torpaqdan ötrü bir-birini qırıb məhv etsinmi?" Bizcə,
əlavə Ģərhə ehtiyac yoxdur. Xankəndində nəĢr olunan "Sovetski Karabax" qəzeti isə 10 iyul 1990-cı il tarixli
sayında yazırdı: "Artsaq iqtisadi suverenlik qazandı" və bu münasibətlə ermənilər Moskvanın Dağlıq
Qarabağdakı hakimi-mütləqi, Azərbaycandan SSRĠ Ali Sovetinə deputat seçilmiĢ A. Volskinin xidmətlərini
xüsusi qeyd edirdilər. Məgər Azərbaycanın o vaxtkı rəhbərləri, xüsusilə A. Mütəllibov bu iqtisadi suverenliyi
görmürdü? Əksinə, onlar ermənilərin iqtisadi suverenlik əldə etmələri üçün lazım olan bütün sənədlərə qol da
çəkmiĢdilər. Əvəzində isə respublikada əsassız dedi-qodular, qarayaxmalar baĢ alıb gedirdi.
Bundan baĢqa, 1991-ci ilin sentyabr ayında Rusiya prezidenti B. Yeltsin, Qazaxıstan prezidenti
N. Nazarbayev və A. Mütəllibov Xankəndinə gəlmiĢdilər. Həmin vaxt bu sətirlərin müəllifi də Xocalı
aeroportunda idi. Aeroport bayramsayağı bəzədilmiĢ, hər tərəfdə Rusiyanın, Qazaxıstanın, Ermənistanın
bayraqları asılmıĢdı. Azərbaycanın bayrağı gözə dəymirdi. Yüzlərlə erməni aeroportu mühasirəyə almıĢdı.
Erməni qızları duz-çörək, Ģərbətlə B. Yeltsini, N. Nazarbayevi yüksək səviyyədə qarĢıladılar. Azərbaycan
prezidenti A. Mütəllibov isə bir kənarda büzüĢüb qalmıĢdı. Ermənilər Xankəndindəki danıĢıqlara da onu
buraxmadılar. Və azərbaycanlı jurnalistlər döyülərək təhqirə məruz qaldılar. Bir türk jurnalistini isə ermənilər
girov götürdü. Həmin vaxt Xankəndində fəaliyyət göstərən respublika TəĢkilat Komitəsi, Ģəxsən V. Polyaniçko
belə bir rüsvayçı) maskarad düzəltmiĢdi. Məqsəd isə tamamilə aydın idi. Bu səfərdən sonra, yəni 1991-ci ilin
sentyabrından 1992-ci il fevralın 25-nə qədər ermənilər Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərini oda
qalayaraq boĢaltdılar. Fikir verin, cəmi beĢ aya Qarabağın dağlıq hissəsindəki dədə-baba yurdlarından, Ġmarət
Qərvənddən, Kərkicahandan, Cəmillidən, MeĢəlidən, Malıbəylidən, QuĢçulardan, Kosalardan, Nəbilərdən,
Xocalıdan və baĢqa kəndlərdən qovulan dinc əhalinin harayını respublikanın o vaxtkı rəhbərləri eĢitmədilər.
Daha doğrusu, heç bu həvəsdə olmadılar da.
Qarqar çayının sağ və sol sahilləri boyunca yerləĢmiĢ Xocalı elə bir starteji əhəmiyyətə malik idi ki,
ermənilərin hava və quru yolları buradan keçirdi. Xocalı erməni kəndlərinin əhatəsində qalsa da Əsgəranla
Xankəndi arasında məğrur dayanmıĢdı. Xocalıya görə ermənilər çox əl-qol aça bilmirdilər. Dinc əhali isə bütün
məhrumiyyətlərə dözürdü. Həmin vaxt "Qarabağ" qəzeti redaksiyasının əməkdaĢları müharibə Ģəraitində
yaĢayıb-iĢləsələr də yaxınlaĢmaqda olan təhlükəni dəqiq, obyektiv, qərəzsiz Ģəkildə respublikaya çatdırırdılar.
Lakin onları nə eĢidən var idi, nə də ki sözlərinə məhəl qoyan. Belə bir vaxtda respublikanın bütün var-dövləti
Xocalıya daĢınmıĢdı. Tikinti materiallarından tutmuĢ qiymətli avadanlıqlara qədər. Dəfələrlə müĢahidə etmiĢdik
ki, ermənilər Xocalıya üz tutmuĢ bu maĢın karvanlarına, yük qatarlarına dəyib toxunmurdular. Onların məqsədi
aydın idi. DaĢınan bütün var-dövlət 1992-ci ildə onların özünə qaldı.
Və yaxud respublika TəĢkilat Komitəsi Xankəndində erməni və Azərbaycan rayonları rəhbərlərinin tez-
tez iclaslarını keçirirdi. Rus jurnalistlərinin müsəlmanlar içərisində bir xaçpərəst adlandırdıqları V. Polyaniçko
Dostları ilə paylaş: |