Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
92
ġəhidlər və Ģahidlər
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və keçmiĢ sovet imperiyasının 366-
motoatıcı alayı Xocalıda misli görünməyən soyqırım törətdilər. Buna qədər isə Xocalı aylarla ermənilərin
mühasirəsində qalmıĢdı. Böyük bir elin harayı eĢidilmirdi.
Ermənilərin azərbaycanlılara qarĢı törətdikləri Xocalı soyqırımının üstündən 11 il keçir. Hələ də bu qanlı
faciənin üstü açılmayan, gizli qalmıĢ məqamları çoxdur. Bir çox suallara hələ də cavab tapılmayıb. Hələ
yüzlərlə insanın taleyindən heç bir soraq yoxdur:
Aydın görünən isə budur ki, Azərbaycanın o vaxtkı rəhbərləri dinc insanların faciəsinin əsl
günahkarlarıdır, onların əlləri öz soydaĢlarının qanına batıb. DəhĢətli olanı budur ki, günahsız insanların qanı
üzərində hakimiyyət uğrunda dava gedib.
O vaxt hakimiyyətdəkilər Xocalı sakinlərini aldadır, onlara yalan vədlər verirdilər. DüĢmən isə qapının
ağzını kəsmiĢdi.
Xocalı ən mühüm strateji bir yerdə yerləĢmiĢdi. Çox təəssüf ki, bu adi həqiqəti unudan naĢı, səriĢtəsiz,
manqut rəhbərlər əhalinin mühasirədən çıxmasına heç bir cəhd etmədilər.
Bu qanlı hadisələrin Ģahidlərini dinlədikcə ürək parçalanır, damarlarda axan qan donur.
ElĢən AbıĢov Xocalı sakinidir. On bir il bundan əvvəl törədilmiĢ faciəni ən xırda detalına qədər xatırlayır:
- Ərzaq, silah-sursat, dava-dərman tükənmiĢdi. Kəndin bütün kiĢiləri növbə ilə postlarda dayanırdıq. Ġki-
üç nəfərə bir avtomat düĢürdü.
Həmin gün mən evdəydim, qardaĢım ElĢad isə postda. Gecə möhkəm atıĢma baĢladı. Mən evdən çıxıb
posta tərəf getdim. QardaĢım ElĢadla yolda rastlaĢdıq. Qan-tər içində dedi: Ermənilər aeroportu tutdular, kəndə
tərəf gəlirlər, ata-anamı götür gəlin çökəyə.
Onları götürüb geri qayıdanda artıq səhər açılırdı. Çökək deyilən yerdə 80 nəfərə yaxın adam vardı.
Qərara gəldik ki, yeni salınmıĢ qəsəbədəki beĢmərtəbəli binaya gedək. Çünki artıq hava iĢıqlaĢmıĢdı. Binada
gözlədik. QardaĢım və kəndçimiz Natiq camaata keĢik çəkirdilər.
Həmin vaxt ermənilər snayperlə qardaĢımı vurdular. Camaat pərən-pərən düĢdü. Atamı itirdim, anamı isə
götürüb bir neçə nəfərlə çaya tərəf getməyə, baĢladıq. Yolda ermənilər bizi yenidən atəĢə tutdular. Geri
qayıtmağa məcbur olduq. Artıq axĢam düĢürdü. Bir neçə nəfərlə çayı keçərək meĢəyə girə bildik. Dörd əmim
uĢağı, bibim və dörd nəfər kənd sakini beĢmərtəbə tərəfdə girov götürdülər. MeĢədə bir neçə dəfə pusquya
düĢdük. Yelmar kiĢini öldürdülər, oğlu Zahid isə itkin düĢdü. Yalnız səhəri gün saat 11 radələrində Ağdama
çatdıq.
Vəliyəddin Quliyevin yaĢı 60-ı haqlayıb. 1989-cu ildə ermənilər DaĢbulaqdan onları qovduqdan sonra
Xocalıda yaĢayıblar. Vəliyəddin kiĢinin dediklərindən:
- Bizi çox aldatdılar: kömək gəlir, yol açılacaq. Amma nə kömək gəldi, nə də yol açıldı. Oğlum Natiq
Bakıda Neft və Kimya Ġnstitutunda əyani oxuyurdu. O, institutu doğma kəndin soyuq səngəri ilə dəyiĢdi.
Fevralın 25-də eĢitdim ki, Ağdam tərəfdən üç nəfər Xocalıya gəlib. Gəldim poçtun qabağına. Hamı
ümidini yeganə əlaqə vasitəsi olan telefona bağlamıĢdı. Gördüm ki, Ağdamdan gələnlər öz kəndlilərimizdir.
Məlum oldu ki, Xocalıya heç bir kömək olmayacaq. AxĢamdan bir az keçmiĢ atıĢma baĢlandı. Oğlum Natiqin
arxasınca gedəndə Xankəndi tərəfdən tankların gəldiyini gördüm. Oğlumu tapa bilmədim. AtıĢma isə
Ģiddətlənirdi, aeroport alova bürünmüĢdü. Geriyə qayıtmağa məcbur oldum. 1988-ci ildə Xocalıya
Ermənistandan pənah gətirmiĢ bir ailəni ermənilər diri-diri yandırdılar. Əlimdə çomaqdan baĢqa heç nəyim yox
idi. Onlara kömək edə bilmədim...
Kövrəlir, göz yaĢlarını əllərinin arxası ilə silib köksünü ötürür:
- Ġstədim evimizə tərəf gedim, mümkün olmadı. Kənd alova bürünmüĢdü. Mərmi, güllə səsindən qulaq
tutulurdu. Fevralın 26-da Gecə saat 3-də kənddən çıxdım.
MeĢədə bir neçə dəstə qadına rast gəldim. Əsgəranın tuĢunda yenə baĢ götürüb qaçan xocalılarla
rastlaĢdıq. Onlardan çoxu yaralanmıĢdı. Qar, Ģaxta irəli getməyə imkan vermirdi. QarĢıma çıxan hər kəsdən
oğlumu soraqlayırdım. Gördüm deyən olmadı. Yaralılar və qadınları çox böyük çətinliklə ġelli kəndinə gətirə
bildik. Yenidən geriyə qayıtdım. Hər tərəf cəsədlərlə dolu idi. Gördüm ki, meyitlərin arasında bir nəfər tərpənir.
Onu plaĢımın arasına qoyub sürüyə-sürüyə öz postumuza gətirə bildim.
Bir neçə gün dağ-dərəni çox axtarsam da oğlumu tapa bilmədim... ġəfiqə Həsənova sağ qaldığına möcüzə
kimi baxır:
- Fevralın 25-də kiĢilərin hamısı postda idi. Evimizdəki təklülə tüfəngə patron qoyub elə pal-paltarlı
yerimə uzandım. Gecə saat 11 olardı. AtıĢma baĢlandı. Tez qalxıb qardaĢım uĢağı Rəcəbi də götürərək posta
tərəf qaçdım. Postdan bir qədər aralıda çökək var idi. Camaat bura yığıĢmıĢdı. Qərara gəldilər ki, meĢəyə tərəf
gedək.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
93
Çayı keçəndə ermənilər bizi atəĢə tutdular, hamı pərən-pərən düĢdü. Anam Növrəstə, qardaĢımın həyat
yoldaĢı Mehriban, onun uĢaqlan Rəcəb, ġəbnəm və Məhzərdən aralı düĢdüm, - deyir və göz yaĢlarını saxlaya
bilmir...
... Doğmalarımı həmiĢəlik itirdim. Soyuq bıçaq kimi kəsirdi. Ayaqlarımızı Ģaxta vurmuĢdu. Üst
paltarlarımızı cıraraq ayaqlarımıza sansaq da xeyri olmadı.
Ermənilər gülləni üstümüzə yağıĢ kimi yağdırdılar. Ölənlərin, yaralıların sayını itirmiĢdik. Bu müsibətə
dözmək mümkün deyildi...
Tahir Bəxtiyarov da öz gördüklərini danıĢır:
- Postdan çıxanda gördüm ki, Boz dağın yamacı tanklarla, VMR-lərlə doludur. Ordan poçta gəldim.
Ratsiyada ermənilər deyirdi ki, axırınız çatıb, sizi qıracağıq. Dayana bilməyib evə gəldim. AxĢam Əsgəran
tərəfdən bir fiĢəng atıldı, heç yarım saat keçməmiĢ kəndimiz bir neçə istiqamətdən güclü atəĢə tutuldu. Kəndin
kənarına yığıĢdıq. Təxminən 350 nəfərə yaxın adam vardı. Qadınları, qocaları, uĢaqları dövrəyə alaraq çayı
keçdik. Bu vaxt ermənilər bizi atəĢə tutdular. Hərə bir tərəfə qaçmağa baĢladı. Ara sakitləĢən kimi yenidən bir
yerə toplaĢdıq. Ancaq adamların sayı xeyli azalmıĢdı. Meyitləri götürməyə heç bir imkan tapmadıq. Qadınların
ayaqlarını Ģaxta vurmuĢdu, yeriyə bilmirdilər. Qar-çovğun getdikcə güclənirdi. Səhərə yaxın bir kəndə çatdıq.
Gördük ki, bu kənddə də ermənilərdir. Azıb baĢqa istiqamətə gəlmiĢdik. Yenidən geriyə qayıtdıq. Ermənilər bizi
görmüĢdülər. AtəĢ açıb bir neçə nəfəri də burda öldürdülər. Artıq fevralın 26-sı idi. Gündüz xeyli yol gedə
bildik. Yenidən pusquya düĢdük və böyük bir xəndəyə doluĢduq. 350 adamdan 27-si qalmıĢdı. Ġki gün meĢə ilə
gedəndən sonra gecə bir qayanın üstünə çatdıq. Bura Abdalgülablı kəndi idi. Bizi qarĢılayıb kəndə apardılar,
çay-çörək verdilər. Bu tək xocalıların yox, bütün Azərbaycanın ürəyinə vurulmuĢ bir dağdır, onun intiqamını,
qisasını ermənilərdən almasaq, yaĢamaq bizə haram olar...
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003,
S.84-87.
Dostları ilə paylaş: |