Xülasə Bu işdə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik


X10-da parallel proqramlaşdırma  Partitioned global



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix08.03.2023
ölçüsü0,82 Mb.
#102108
növüXülasə
1   2   3   4   5
Proqrammhdisliyindproqramladrmannmumianlaylar MEQALE TEZE 1

 
X10-da parallel proqramlaşdırma 
Partitioned global 
address space
(PGAS) (bölünmüş qlobal ünvan fəzasının 
modelləri) modeli əasında yaradılmışdır. Bloklarda kod və 
məlumatlar seçilir və müxtəlif "fəzalar" üzrə bölünür [16].
9. HAXE 
Hal-hazırda istifadəçilər haXe-da proqramlar yaza bilər, 
sonra onları obyekt kodunda JavaScript-də, PHP-da, 
Flash/ActionScript-də 
və 
ya 
baytkod 
NekoVM-da 
kompilyasiya edə bilərlər. C# və Java kompilyasiyası üçün 
əlavə modullar hazırlanmaqdadır [17]. 
10. Chapel
 
Chapel Cray Cascade proqramının tərkib hissəsidir, hərbi 
müdafiə (DARPA) sahəsində məhsuldar hesablamalar üzrə 
genişmiqyaslı layihə əsasında Amerika İdarəçılıyi tərəfindən 
qismən maliyyələşdirilmişdir və onlar üçün istifadə olunur. 
Burda paralel emal alqoritmlərindən istifadə olunur.
Paralel proqramlaşdırma termini kifayət qədər geniş sahəni 
əhatə edir, belə ki, bir neçə emal etmə qurğusundan ibarət olan 
hesablama sistemlərində hesablamaların təşkiliylə bağlıdır. 
Belə sistemlərə çoxnüvəli prosessorlar, ümumi yaddaşlı 
multiprosessorlu maşınlar, paylanmış yaddaş və ya hibrid 
arxitekturaya malik məhsuldar hesablama yığınları aiddir. 
Son zamanlar paralel hesablamalara böyük diqqət ayrılır. 
Bu əsasən iki amillə bağlıdır. Birinci amil elmi-texniki 
proqreslə 
əlaqədardır, belə ki, riyazi modelləşdirmə 
metodlarının tətbiqini tələb edən yeni bilik sahələri meydana 
çıxmışdır. İkinci amil modellərin özlərinin əhəmiyyətli 
dərəcədə mürəkkəb qurulşa malik olmasıdır.
Şəbəkə texnologiyaları sahəsində əhəmiyyətli irəliləmə 
ondan ibarətdir ki, onlar paralel hesablamalar üçün 
müəssisələrin lokal şəbəkələrindən istifadə etməyə imkan verir 
[18]. 
IV. POQRAMLAŞDIRMA DİLLƏRİNİN 
PROBLEMLƏRİ 
Müasir dövrdə proqramlaşdırma dillərinin bəzi probleməri 
aşağıda qeyd edilmişdir. 
1. 
Proqramçıların 
ən böyük problemlərindən biri
paylanmış sistemlərin sayının artması ilə əlaqədar 
olaraq müxtəlif sistemlər və onların komponentləri 
arasında əlaqənin təşkilinin çətinləşməsidir. Belə 
problemləri iki ümumi kateqoriyaya bölürlər: lokal 
proqramlaşdırma (programming in the small) və 
qlobal proqramlaşdırma (programming in the big). 
Lokal proqramlaşdırma sahəsindəki problemlər və 
onların həlli öz mürəkkəbliyi və təşkilnə görə 
fərqlənirlər [19]. 
2. Sistemin dəyişənlərinin tiplərinin problemləri.
3. 
Meta 
verilənlərlə 
əlaqədar 
problemlər. 
Metaməlumatlar
və ya
Metaverilənlər
(
Metadata) —
verilənlərin strukturunu və onların emalı metodlarını 
təsvir edir.
4. Proqramın yerinə yetirilməsi zamanı meydana çıxan 
problemlər.
5. Qlobal proqramlaşdırmadakı problemlər: 

Adın qoyulması (Naming) problemi. Əgər coğrafi 
müxtəlif yerlərdən istehsalçılar onların tərəfindən 
hazırlanmış siniflərlərdən təkrarən istifadə etmək 
istəyirlərsə, 
eyni 
adlarla 
müxtəlif 
siniflərin 
yaradılması problemi meydana çıxırır. 

. Səhvlərin işlənməsi (error handling). Səhvlər 
haqqında informasiyanın təqdim etməsi üçün bir 
proqramlaşdırma 
dilində 
və 
arxitekturasında 
qaytarılan qiymətlərdən (Return) istifadə olunur
xüsusi hallarda (Exception). Belə dillərin arasında 
qarşılıqlı təsir üçün müxtəlif dillərin semantik 
strukturlarının saxlanılmasıyla səhvlər haqqında 
informasiyanı translyasiya etməyə icazə verən 
sxemlər və arxitekturalar yaratmaq lazım olur ki, bu 
da çətinliyə səbəb olur.

. Təhlükəsizlik 
(security). 
Böyük 
paylanmış 
sistemlərin tərtibində əksər hallarda bir neçə 
proqramlaşdırma dillərindən istifadə olunur ki, bu 
da müəyyən çətinliklərin əmələ gəlməsinə səbəb 
olur. Yəni belə hallarda təhlükəsizlik təmin 
olunmur.

Versiyaların 
(versioning) 
nəzarəti. 
Əksər 
proqramçılar nə vaxtsa sistem proqram təminatının 
DLL-kitabxanalarının uyğunsuzluğu problemiylə 
rastlaşır və onlar anlayırlar ki, arxitekturaların 
inkişafı əsas problemlərdən biridir. 

Miqyaslanma 
(scalability). 
Bu 
da 
əsas 
problemlərdən biridir. Paylanmış sistemlər təşkilatın 
daxili şəbəkəsində yüzlərlə istifadəçi üçün əla işləyə 
bilər, amma Internetdə onlarla milyonlarla istifadəçi 
işləməyə başladıqda promler meydana çıxa bilir. 
6. Alqoritmlərin həcminin böyük olması ilə əlaqədar 
problemlər. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə