Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   31   32   33   34   35   36   37   38   ...   107

7
Çuxur-Sədi aşaraq Doqquz ulan adlı yerə gəldi. Burada Qaraca İlyas bir
qrup Anadolu qızılbaşları ilə onun dəstəsinə birləşdi. Daha sonra o, ustaclı
tayfasının sakin olduğu Mingölə gəldi, sonra isə  Ərzincana gəldi. Burada
İsmayılın dəstəsinə 7 min nəfər qoşuldu.
Qaynaqların məlumatına görə, Ərzincanda keçirilmiş müşavirədə  əsas
zərbəni səfəvilərin düşməni olan Fərrux Yasara vurmaq qərara alındı. Şirvana
yürüşdən qabaq Qızılbaşlar Gürcüstanın Axalsixe, Ermənistanın Mantaş
qalasına hücum edib xeyli qənimət əldə etdilər.
1500-cü ilin payızında qızılbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil
oldu. Fərrux Yasar Qəbələyə qaçdı. Fərrux Yasarla İsmayılın qoşunu arasında
döyüş 1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı Çabanı adlanan
yerdə baş verdi. Döyüşdə  Şirvanşahlar məğlub oldular. Şahgəldi ağa Fərrux
Yasarın başını kəsib İsmayıla gətirdi.
Fərrux Yasarın döyüşdən salamat çıxan oğlu İbrahim Hadim bəy
Hülafənin gəlişini eşidib gəmi ilə Gilana adlayır.
1501-ci ilin yazında İsmayıl Bakı qalasını  ələ keçirmək üçün sərkərdələr
Məhəmməd bəy ustaoğlu və İlyas bəy Xuluslunu ora göndərdi. Fərrux Yasarın
oğlu Qazı bəy Şirvanın dağlıq yerlərində səfəvilərə qarşı vuruşduğu üçün,
qalanın müdafiəsinə onun arvadı başçılıq edirdi. O isə verilən təklifi qəti surətdə
rədd etdi. Vəziyyəti belə görən İsmayıl 1501-ci ilin yazında ən yaxşı sərkərdəsi
Hülafə bəyi Bakıya göndərdi, mühasirənin sonunda isə özü gəldi. Şəhər ələ
keçirildi. Şeyx Cüneydin ölümünə səbəb olan Fərrux Yasarın atası I
Xəlilullahın qəbri açılıb sümükləri yandırıldı. Şirvan qızılbaşlardan asılı
vəziyyətə düşdü, lakin bu asılılıq hələ tam deyildi.
Şirvanşahın şəxsində öz sadiq müttəfiqini itirmiş  Əlvənd Osman bəy
Mosullunun komandanlığı altında ağqoyunlu qoşunlarının səfəvilər tərəfindən
məğlub edildiyini eşidib kədərləndi və  İsmayıla məktub yazıb Şirvana
qayıtmasını tələb etdi, lakin rədd cavabı aldı. Naxçıvan rayonu ərazisində 1501-
ci ilin ortalarında İsmayılla Əlvənd Mirzə arasında həlledici döyüş oldu. Həsən


8
bəy Rumlunun məlumatına görə, Əlvənd Mirzənin 30ğ minlik qoşunu olduğu
halda, İsmayılın qoşununun sayı 7 min nəfərə çatırdı. Bu döyüşdə  İsmayıl əsil
sərkərdəlik məharəti nümayiş etdirdi.
Həmin qələbədən sonra, 1501-ci ilin payızında İsmayıl (1501-1524)
təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi.
Beləliklə, paytaxt Təbriz olmaqla Səfəvilər dövlətinin əsası qoyuldu.
Azərbaycan Səfəvilər dövlətinin özəyi idi. Səfəvilər dövləti sosial-iqtisadi
cəhətdən daha çox inkişaf etmiş Azərbaydan ərazisində yarandı. Bu dövlətdə
əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil
edirdilər. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol
oynayırdı. Hərbi komandanlıq, maliyyə idarələri, vilayətlərin idarə olunması,
demək olar ki, bütün saray vəzifələri Azərbayan əyanlarının əlində idi. XVII
əsrin ortalarına yaxın dövlətin 74 əmirindən 69-7 Azərbaycan türkü idi. Ordu da
əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayında, qoşun
içərisində və qismən diplomatik yazışmada Azərbaycan türkcəsi işlədilirdi.
Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi.
Lakin Şah İsmayıl yaranmış vəziyyətlə  əlaqədar təkcə Azərbaycanı
birləşdirməklə kifayətlənə bilməzdi. Ağqoyunlu Murad Həmədanda qoşun
qalıqlarını toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşırdı.
Qızılbaşların İran, İraq, Gürcüstan və Kiçik Asiyada çoxlu tərəfdarları
vardı.
1503-cü ilin yazında Şah İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına
göndərib səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini ona xatırlatdı və tabe
olmasını tələb etdi. Qızılbaş hakimi tabe olduqdan sonra Əcəm İraqını ona vəd
etdi. Lakin rədd cavabı aldı. Belə olduqca İsmayıl on iki min nəfərin qoşunla
Təbrizdən çıxaraq Qızıl üzək çayını keçib Həmədan yaxınlığında Almaqulağı
adlanan yerə çatdı. Murad 70 min qoşun toplamışdı. 1503-cü il iyulun 21-də
burada qızılbaşlarla ağqoyunlular arasında döyüş baş verdi. Ağqoyunlular
məğlub oldular. Sağ cinahı qoruyan Əli bəy Türkmən on minlik  qoşunla


9
darmadağın edildi. Ayba sultanın qardaşı Gözəl Əhməd Bayandur İslamin bəy
Əsir düşüb edam edildi. Murad Şiraza qaçdı. İsmayıl onu təqib edərək
müqavimətsiz Şirazı  ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətini varlığına son
qoyuldu.
İsmayıl Əlvənd üzərində qələbə ilə Azərbaycana, Muradın darmadağın
edilməsi ilə İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi.
Elə həmin ildə (1503) İsmayıl Qummu, Kaşanı və  İsfahanı tutdu. Bir il
sonra qızılbaşlar Gülxəndan, Firuzgux, Ust qalalarına, 1505-ci ildə Yəzd və
Girmana yiyələndilər. 1508-ci ildə İsmayıl Xorasan istisna olmaqla, bütün İranı,
indiki Ermənistanı və ərəb İraqını zəbt etdi.
3. Azərbaycanda səfəvilərin hakimiyyətinin ilk dövründə  əkinçiliyin,
sənətkarlığın və ticarətin inkişafı üçün şərait yarandı.
XVI əsrdə Azərbaycan kəndində natural təsərrüfatı hökm sürürdü. XVI
əsrdə Azərbaycanda feodal münasibətləri az dəyişmiş, feodalizm daha da
yetkinləşmişdi. Ölkədə beş torpaq mülkiyyəti forması: dövlət torpaqları –
divani; şah sülaləsi torpaqları – Xass, feodal lenləri – tiyul, feodalların şəxsi
torpaqları – mülkü, dini idarələrin torpaqları – vəqf vardı. Bu dövrdə daha üstün
yer tutan feodal torpaq mülkiyyəti divani torpaqlar idi. Bəzən bütün vilayət və
mahallar xass yerlərini təşkil edirdi. Məsələn, Ərdəbil vilayəti səfəvilər
sülaləsinin Xasen hesab edilirdi. Səfəvilər irsən keçən soyurqal torpaqları
məhdudlaşdırıb öz yaxın adamlarına və sərkərdələrə tiyul torpaq paylayırdılar.
Tiyul sahibi olan tiyuldar dövlətə xidmət edir və ona bağışlanan torpağın verdiyi
gəlirin müəyyən hissəsini özünə götürürdü. Tiyul şərti sahiblik hesab edilirdi və
yalnız şahın icazəsi ilə irsən keçə bilərdi.
Kənd icmasının – camaatın istifadə etdiyi torpaq-camaat torpağı adlanırlı,
lakin xəzinənin və ya feodalların ixtiyarında idi. İcmanın başçısı ağsaqqal hesab
olunurdu. O, vergiləri təqsim edir, toplayır, əvəzində isə məhsulun müəyyən
hissəsini alırdı. İcma daha mütərəqqi ictimai münasibətlərin inkişafına mane
olurdu.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə