Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   33   34   35   36   37   38   39   40   ...   107

13
başlağa cəsarət etməyərək, 1504-cü ildə səfəvilər dövlətini tanımalı oldu.
Bununla belə, Osmanlı feodalları Azərbaycanı və qonşu ölkələri ələ keçirmək
iddialarından əl çəkmirdilər. Səfəvilər isə Gürcüstanı, Ermənistanı və Türkiyəni
bir sıra şərq torpaqlarını özlərinə tabe etmək niyyətində idilər.
I İsmayıl Türkiyə ilə toqquşmanın labüd olduğunu hiss edir və mübarizə
üçün özünə müttəfiq axtarırdı. 1505-ci ildə səfəvilər Osmanlı imperiyasına qarşı
birgə çıxış etmək üçün Venetsiya ilə danışıqlar aparırdılar. Lakin bu cəhd nəticə
vermədi. Türkləri dəhşətə gətirmək üçün İsmayıl Şeybani xanın başına saman
təpib İstambula göndərdi. Türkiyədə Bəyazidin kiçik oğlu Səlimin qiyamı ilə
əlaqədar bu tədbir Bəyazid tərəfindən cavabsız qaldı.
1512-ci ildə I İsmayılın sərkərdəsi Ərzincan hakimi rumlu Nurəli Xəlifə
yerli qızılbaşların köməyi ilə Kiçik Asiyada Qarahisar və Malatiya şəhərlərinə
yiyələndi. Eyni vaxtda görkəmli qızılbaş sərkərdəsi Məhəmməd xan ustaclı
Diyarbəkri ələ keçirdi, İsmayılın göstərişi ilə Sultan Səlimə hərələyici,
təhqiramiz məktub yazdı.
Sultan Səlim hakimiyyətə gələn kimi (1512-1520) Türkiyənin qızılbaşlara
olan münasibəti tamamilə dəyişdi, o Səfəvilərə qarşı müharibəyə girmək fikrini
qətiləşdirdi.
1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu. Bu
döyüşdə yalnız səfəvilər 5 min nəfər itki verdi. Düşmən toplarının amansız
atəşinə məruz qalan Səfəvilər nəticədə məğlub oldular. Çaldıran məğlubiyyəti
səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ciddi zərbə vurdu və nəticə etibarı ilə
Kürdüstanda geniş  ərazi itirmələrinə səbəb oldu. Ərzincan türklər tərəfindən
zəbt edildi. Çaldırandan sonra Diyarbəkr Sultana təslim oldu. Osmanlı qoşunu
Azərbaycan şəhər və kəndlərini talan edib, Xoyu, Mərəndi işğal edib Təbrizə
yaxınlaşdı. Onlar cəmi 6 gün Təbrizdə qala bildilər.
Çaldıran döyüşünün nəticəsi olaraq Türkiyə  Ərzurum şəhəri ilə birlikdə
Qərbi Anadolu və Şimali Mesapotomiyaya yiyələndi. Bağdad daxil olmaqla ərəb
iraqı qızılbaşların əlində qaldı.


14
1517-ci ildə Mesxi çarı IV Kvarkvars İsmayıldan kömək xahiş etdi və bu
kömək nəticəsində o, Gürcüstanda hakimiyyətini bərpa etdi.
1521-ci ildə qızılbaşların Div Sultan Rumlunun başçılığı altında
Gürcüstana üçüncü yürüşü Kaxetiya çarı Levanın Şəkiyə basqınları ilə əlaqədar
idi. Şəki hakimi Həsən bəy Naxçıvanda olan İsmayıla kömək üçün müraciət
etdi. Kartli çarı David Naxçıvana İsmayılın yanına gəlib bağ və xərac öhdəsinə
götürdü.
Şirvanşahlar səfəvilərə tabe olmaqdan tez-tez boyun qaçırırdılar. II
İbrahim Buğurd qalasına üçüncü yürüşündən sonra (1517) özünü tamamilə
səfəvilərdən asılı hesab etdi. O oğlu Sultan Xəlili hədiyyələrlə Təbrizə göndərdi
və o burada Şah İsmayılın qızı Pərixan xanımla nişanlandı. 1523-cü ildə İsmayıl
Şirvanşah Şeyxşahın qızına evlənmək arzusunu bildirdi. 1523-cü il noyabrın 5-
cə Təbriz yaxınlığında onların toy mərasimi keçirildi.
II İbrahimin ölümündən sonra Şirvan taxtına Pərixan xanımın əri II
Xəlilullah (1524-1535) keçdi. Şah İsmayıl 37 yaşında 1524-cü il 23 mayda
qəflətən vəfat etdi.
Şah İsmayılın ölümündən sonra I Təhmasib taxta çıxdı. (1524-1576).
1526-cı ilin mayında Div Sultanla Köpək Sultan arasında döyüşdə Div Sultan
qələbə çaldı. 1527-ci il iyunun 30-da Naxçıvanda Arpa çay sahilində Ustaclı
kömək sultanın qoşunları darmadağın edildi, özü isə öldürüldü.
1527-ci ilin iyununda təkəli Çuxa sultanın təhriki ilə Div Sultan
öldürüldü. Bununla rumlu tayfasının hakimiyyətinə son qoyuldu. 1527-1531-ci
illərdə təkəli əyanları hökmranlıq etdilər. Təhmasibə qarşı sui-qəsddə ittiham
olunan Hüseyn xanın ölümü ilə qızılbaş tayfalarının 10 illik fəaliyyətinə son
qoyuldu.
I Süleyman Qanuninin (1520-1566) vaxtında 1534-cü ilin yayında 100
minlik Osmanlı qoşunu Azərbaycan sərhədlərini keçdi. Qısa vaxtda Cənubi
Azərbaycanın xeyli hissəsi tutuldu. «Gələsən görəsən» qalası iki ildən çox
mühasirədə qaldı. Hacı Çələbi vəkil vəzifəsində qalmaqla, Nadir Şahın


15
hakimiyyətini tanımağa məcbur oldu. Ağır feodal istismarına məruz qalan xalq
1747-ci ilin əvvəllərində yenidən silaha əl atdı. Hacı Çələbi yenidən bu
mübarizənin təşkilatçısı oldu. Tezliklə o, özünü müstəqil Şəki xanlığının –
hakimi elan etdi.
1747-cu ildə İran əleyhinə ən iri, qısamüddətli üsyan Ərdəbil və Təbrizdə
Sam Mirzənin başçılığı ilə oldu. Bu Səfəvi taxtı uğrunda mübarizə aparan III
Sam Mirzə idi. O, şiələrin Novruz bayramının 1-ci günü (21 mart) əfşarlara qarşı
mübarizə günü kimi seçdi. O, Təbrizdə özünü hakim elan etdi. Aramsız ara
müharibələrin nəticəsində gərgin iqtisadi vəziyyət, sinfi mübarizə nəticə etibarı
ilə Nadir Şahın dövlətinin süqutuna səbəb oldu. 1747-ci ilin iyunun 20-cə sui-
qəsd nəticəsində Nadir öldürüldü, onun silah gücünə yaradılmış dövləti
tamamilə dağıdıldı.


1
MÖVZU IX:      Azərbaycan  xanliqlari(XVIII əsrin 40-ci illəri IX əsrin
əvvəlləri)
PLAN
1.Azərbaycan xanliqlarinin meydana gəlməsini şərtləndirən əsas amillər
2.Cənubi Azərbaycan xanliqlari
3.Şəki və Şamaxi xanliqlari
4.Quba xanliği
5.Qarabağ xanliği
6.İrəvan,Naxçivan,Talış,Bakı və Gəncə xanliqlari
7.Car-Balakən camaatı,sultanliqlar və məlikliklər
8.Xanliqlarin sosial-iqtisadi həyati
Ədəbiyyat
1. Azərbaycan tarixi 7 cilddə, III cild, Bakı, 2007.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh.57-59.
3. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994-cü il,
səh.523-557.
4. Bakıxanov A. Gülüstani-İrəm, Bakı, 1991-ci il, səh.62-190.
5. Əhmədbəy Cavanşir. Qarabağ xanlığının 1747-1806-cı illərdə siyasi
vəziyyətinə dair Qarabağnamələr. Bakı, 1989-cu il, səh.157-174.
6. Kərim Ağa Fateh. Şəki xanlığının müxtəsər tarixi. Bakı, 1958-ci il,
səh.15-17.
7. Mirzə Camal Cavanşir. Qarabaği. Qarabağ tarixi. Qarabağnamələr.
Bakı, 1989, səh.110-129.
8. Mirzə Adıgözəl bəy. Qarabağnamə. Qarabağnamələr. Bakı,
1989,səh.31-58.
9. Axundov N.Qarabağ salnamələri. Bakı, 1989, səh.7-204.
10. N.Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. B, 1995.
XVIII əsrin II yarısında Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq
İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gədməsinin


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə