Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   41   42   43   44   45   46   47   48   ...   107

3
Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə böyük əhəmiyyət
verirdi. Belə ki, buə razi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə
doğru uzanan yolun üstündə idi. Rus qoşunları beş minlik gürcü qoşunları ilə
birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı. Qanya (Alazan)
çay sahilindəki vuruşdan sonra yerli əhalinin müqaviməti qırıldı.
General Qulyakov Balakəni yandırdı. Martın 29-da car fəth olundu. 1803-
cü il aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət  səlahiyyətli nümayəndəsi
Rusiya hakimiyyəti altına keçməsi barədə saziş imzaladılar. Sazişə görə çarlılar
sədaqət əlaməti olaraq əmanətlər verməli, öz ərazilərində rus qoşunlarını
yerləşdirməli idilər. Lakin camaatın itaət etmədiyini görən Qulyakov 1804-cü
ilin yanvarın yenidən Cara soxuldu. Car yenə fəth olunub yandırıldı. Zaqatala
yaxınlığında qanlı döyüşdə carlılar üstünlük qazandı. General Qulyakov
öldürüldü.
Bundan sonra İlisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu.
Sultanlıqda 40-cı illərin ortalarında sultan və torpaqlarının daxili idarəsində
hakimiyyəti qoruyub saxlamışdır.
General sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət
verirdi. «Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır.
Bax, buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir».
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi
diplomatik münasibətlər saxlayırdı. Sisianovun Rusiyanın himayəsini qəbul
etmək tələbinə Cavad xan belə cavab verdi: «1796-cı ildə sənin padşahın fərman
göndərdi, mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi isə
sənin padşahın belə bir fərman veribsə, onun mənə göstər, mən də onun iradəsini
görərək, buna uyğun hərəkət edərəm».
Sisianov Rusiya hakimiyyətinin qəbul etmiş digər xanlıqlardan fərqli
olaraq Gəncə xanlığına qarşı daha amansız tələblər irəli sürürdü. O, Cavad
xandan ildə 20 min çervin, Şəki, Qarabağ və  Şirvan xanlıqları üçün müəyyən
edilmiş məbləğdən 3 dəfə çox ödənc tələb edirdi.


4
O, 11 topu olan piyada batalyonu, 3 eskadron, 2 kazak yüzlüyündən ibarət
qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyagin rəhbərlik
edirdi.
Lazarev 1803-cü il yanvarın 9-da iki nəfər erməninin məktubuna
əsaslanaraq Sisianova yazırdı: «Bütün Gəncə erməniləri rus ordusunun gəlişini
səbirsizliklə gözləyirlər. Gəncə xanın ehtiyat tədbiri yalnız ondan ibarətdir ki,
Şəmkirədək olan yola hər gün on nəfərlik süvari mühafizə dəstəsi nəzarət edir».
Hələ 1802-ci il sentyabrın 26-da imperator Sisianov yazırdı: «Nəyin
hesabına olursa-olsun Azərbaycanın bu və ya digər xanlıqlarına hücumda
ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusilə Rusiyaya daha sədaqətli
erməni keşişçi Danil ola bidər».
İşğal ərəfəsində Sisianovun Cavad xana sonuncu 5 məktubu, hədələyici,
təhqiramiz tonda idi. Hələ Zubov Azərbaycana yürüş edərkən o, Gəncə qalasının
açarını alıb gürcülərə vermişdir. Bu cavab xana çox toxunmuşdur. O,
Azərbaycanı tərk edərkən çoxlu pul hesabına Gəncə qalasının açarını gürcü
knyazından geri almışdı. O, həm də Cavad xan məktubu elə tonda yazırdı ki,
guya Gəncə əvvəllər gürcü torpağı olmuşdur.
Sisianov 1803-cü ilin dekabrında Cavad xan təslim olmaq haqqında
verdiyi Ultimatuma belə cavab aldı: «Nə hədlə belə danışırsan, mən ki, sənə tabe
deyiləm… Elə bu gün cavab ver» - bun ə deməkdir? Heç nökərlə də belə rəftar
etməzlər. Bu bir. O ki, qaldı  şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək.
Gəncəyə yalnız meyidlərin üstündən kəsə bilərsən. Bildin? Mən öləndən sonra
özgə cür yox».
1804-cü il yanvarın 3-də orucluq bayramı axşamı sübh çağı Gəncə
qalasına hər tərəfdən od yağdırıldı. Hücum zamanı mayor Lisaneviç Cavad xanı
öldürdü. Onun oğlu Hüseynqulu ağa da qəhrəmancasına həlak oldu. Lisaneviç
polkovnik hərbi rütbəsi aldı. Bu həmin Lisaneviçdir ki, 1806-cı ildə Qarabağ
hakimi İbrahim xanın 17 nəfər ailə üzvünü xaincəsinə yatdığı yerdə
öldürmüşdür. Lakin günahsız qan yerdə qalmadı. O, 1825-ci il iyunun 22-də


5
Kümüklü knyazı Musa Xasıyev tərəfindən öldürüldü. Deyilənə görə, İbrahim
xanın Dağıstandakı qohumları intiqam almışlar.
Gəncə ruslar tərəfindən fəth olunarkən verilən itkilər də müxtəlif
mənbələrdə fərqli göstərilir. Firudin Əsədov və Sevil Kərimova «Çarizmi
Azərbaycana gətirənlər» kitabının 63-cü səhifəsində yazırlar: «Gəncə döyüşündə
1500 nəfər gəncəli öldürülmüş, 800-ə qədər adam Əsir götürülmüşdür. Ruslar
öldürülmüş gənclilərin meyidlərini yandırmışlar».
Lakin Z.Bünyadovun redaktorluğu ilə «Azərbaycan tarixində yazılır:
«Hücum zamanı xanın döyüşçülərindən 250 nəfər həlak oldu, 500-ü isə  əsir
alındı».
Məlum olduğu kimi Cavad xanın arvadlarından Bəyim xanım şəkili
Məmməd Həsən xanın bacısı idi. Buna görə də o, yanvarın 8-də Cavad xanın
əsir götürülmüş ailə üzvlərini azad edib Şəkidə yaşamağına Sisianovdan icazə
istəyir. Lakin türkün qəddar düşməni bunu rədd edir.
1812-ci ilin fevralında Gürcüstan bölgəsi üzrə baş komandan təyin
edilmiş Markiz Panluççi Abbas Mirzəyə yazır: «Gürcüstanı və ona bitişik
vilayətləri idarə etməyə başlayarkən mən Yelizavetpol mərhum Cavad xanın
qohum-əqrabasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları
sevdiyim üçün Cavad xana hann qazandırıram. O, şəhəri müdafiə edərək, əlində
silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi
hörmətimi nəzərə alaraq, onun nəslindən olanların hamısına azadlıq verdim ki,
İrana köçsünlər».
Markiz Paulluççinin qraf Rumyantsevə 7 aprel 1812-ci il tarixli
məktubundan: Cavad xanın arvadlarından biri Bacı xanım Qarabağda qızının
yanında qalmağı arzulamışdı. Mən ona Qarabağa köməyə izn verdim. Xanın
digər arvadı  Şükufə xanım, qızları Xatun bəyim, Balaca Bəyim, nəvəsi Mesaib
ağa, anası Tutu, Cavad xanın oğlu Uğurlu xanın qızı və üç xidmətçisi İrana
köçdülər (Aktlar V cild, 1873, səh.119-120). Gəncənin alınması rus qoşunlarının
digər feodal dövlətlərini tabe etmək məqsədilə Azərbaycanın içərilərinə doğru


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə