Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   49   50   51   52   53   54   55   56   ...   107

13
XIX yüzilliyin 30-cu illərində müstəmləkə və feodal əsarəti əleyhinə bir neçə
böyük çıxış baş verdi. Amansız feodal istismarı və müstəmləkə zülmü kəndliləri
mütləqiyyətə və feodallara mübarizəyə qaldırırdı.
Müstəmləkə  əleyhinə ilk böyük çıxış 1830-cu ildə Car-Balakən ərazisində baş
verdi. Rusiya tərəfindən işğal edilən bu icmalar 1830-cu ilədək özlərinin daxili
muxtariyyətini qoruyub saxlamışdı. Lakin bu, mütləqiyyətin Qafqazda köhnə idarə
sistemini rus hərbi idarəçiliyi ilə əvəz etmək kursuna zidd idi.
Çarizmi azad icmaların muxtariyyətini ləğv etməyə təhrik edən əsas amillərdən
biri hərbi strateji planlar idi: çar hakimiyyət orqanları cammat torpaqlarından Dağıstan
dağlılarının milli-azadlıq hərakatını yatırtmaq üçün istifadə etməyə cəhd edirdi. 1830-cu
ilin əvvəlində Cənubi Qafqazın baş hakimi Paskeviçin imzaladığı bəyannamədə
deyilirdi ki, camaatlar Rusiyanın vilayətlərindən birinə çevrilməli və çar məmurları
tərəfindən idarə olunmalıdır. Carlıların rus hakimiyyət orqanlarına göstərdikləri
müqavimət müvəffəqiyyətsizliyə uğradı: onlar məğlub olaraq təslim oldular. Camaat
torpaqlarında 1830-cu il 24 iyun tarixli xüsusi “Qaydalar” əsasında idarə olunan car
vilayəti təşkil edildi. Vilayətin idarə olunması tərkibi rəisdən, Qfaqazdakı baş
komandan tərəfindən təyin edilən iki müşavirdən – rus məmurlarından və camaatlar
tərəfindən seçilən 6 kəndxudadan ibarət olan Müvəqqəti vilayət idarəsinə həvalə
edilirdi. Lakin sonuncular ancaq məşvərətçi səsə malik idilər və bütün işləri rəis və 2
məmur idarə edirdi. Camaatlara gəldikdə isə onlar idarə hüququndan məhrum edilir və
tamamilə çar hərbi dairələrindən asılı olan adi kənd icmalarının səviyyəsinə endirilirdi.
Vilayətin əhalisi belə vəziyyətlə barışmaq istəmirdi. Keçmişdən qalan vergi
qalıqlarının toplanması da narazılıq doğururdu. Dağıstan dağlılarının nümunəsi carlıları
da mübarizəyə ruhlandırırdı.
1830-cu ilin iyununda dağlıların dəstələri Car vilayətlərinin ərazisinə daxil
olarkən bir çox sakinlər onlara qoşuldu. Üsyançılar nizami çar ordusunun qarşısında
dura bilməyib, yenidən tikilməkdə olan Yeni Zaqatala qalası yaxınlığında məğlub
oldular, Laki carlılar və digər əhali silahı yerə qoymadı. Onlar Qafqaz dağlılarının
rəhbərlərindən biri olan Həmzət bəylə əlaqəyə girdilər.
1830-cu il sentyabrın əvvəlində Həmzət bəyin 2 min nəfərlik dəstəsi Car
vilayətinə daxil oldu. Carlılar üsyan qaldırdılar və dağıstanlılara qoşuldular. Yeni


14
Zaqatala qalasında yerləşən çar qoşunu demək olar ki, hər yerdən təzrid olundu.
Oktyabrın 15-də baş verən döyüşdə üsyançılar çar qoşununu məğlubiyyətə uğratdılar.
Lakin kömək alan çar qoşunu tezliklə hücuma keçdi. Dağlılar Car-Balakəndən
çəkildilər, üsyançılar isə düşmənin üstün qüvvələri ilə üzbəüz qaldılar. Çar qoşunu üç
böyük kəndi – Car, Köhnə Zaqatala və Göyəm kəndlərini hücumla alaraq dağıtdılar.
1830-cu ilin dekabrında dağlıların dəstələrini yenidən Car vilayətinə daxil oldular və
vilayətdə üsyan baş verdi. Lakin üsyan yerli xarakter daşıyırdı: ancaq Balakən əhalisi
mübarizəyə qalzxmışdı. 1830-cu ilin dekabrında üsyançılar məğlub oldular.
Bir neçə ay keçdi və Azərbaycanın başqa yerində - Talış əyalətində mütləqiyyətin
sosial və müstəmləkə zülmünə qarşısına qarşı yönəlmiş yeni üsyan baş verdi.
Azərbaycanın digər əyalətlərində olduğu kimi, bu əyalətdə də kəndlilərin əksəriyyətini
(kənd əhalisinin ümumi sayının 72,6 faizini) dövlət kəndliləri təşlik edirdi. Dağ
mahallarında torpaqların çatışmazlığı, vergi yığanların zülmü və özbaşınalığı ilə daha da
dərinləşən vergi və mükəlləfiyyətlərin ağırlığı kəndliləri əzab və ehtiyaclara məhkum
edirdi. Dövlət əkərləri daha ağır vəziyyətdə idilər. Onların vəziyyətini çar məmurlarının
özləri “acınacaqlı və dəhşətli” vəziyyət kimi xarakterizə edirdilər .
Sahibkar kəndliləri də ağır istismara məruz qalırdılar. Çar müstəmləkəçiləri
tərəfindən törədilən zülm və özbaşınalıq da kəndlilərin narazılığına səbəb olurdu.
Faktik olaraq 1824-cü ildən xanlığı idarə edən mayor İlyinski ona verilmiş
hakimiyyətdən açıq və kobud şəkildə istifadə edərək, rüşvət toplamaqla məşğul olurdu.
İlyinski 1826-1828-ci illər Rusiya-İran müharibəsi dövründə xüsusilə  əl-qol açmışdı.
Onun əmrinə  əsasən xanlığın 14 sakini istintaqsız və məhkəməsiz Xəzər dənizində
batırılmışdı. Çar hakimiyyət orqanları onları  İran ordusuna yardım göstərməkdə
günahlandırırdı. Çar məmurları onların əmlaklarını mənimsəmək məqsədi ilə günahsız
adamlara divan tutmuşdu. Onlardan birinin, tacir Hacı məhəmmədhəsənin əmlakının
qiyməti 1000 çervon məbləğində idi.
Xanlıq, ümumiyyətlə, ləğv edildikdən və Rusiya-İran müharibəsi qurtardıqdan
sonra komendant Talışa öz mülkü kimi baxmağa başladı. Onun sərəncamına əsasən
vergilər ikiqat həcmdə toplanırdı. Kəndlilər deyirdilər ki, ―verməyənləri, təkcə kişiləri
deyil, qadınları da ölümcül olana qədər döyürdülər.


15
Çar müstəmləkəçilərinin siyasətindən, artıq onların əlində oyuncağa çevrilmiş
Lənkəran xanlığının keçmiş hakimi Mir Həsən xan və onun ətrafında birləşən feodallar
da narazı idilər. İlyinski Mir Həsən xanı alçaldaraq təhqir etmiş və onun şəxsi
torpaqlarının 2/3-ni ələ keçirmişdi.
1826-1828-ci illər Rusiya-İran müharibəsi dövründə xan bir çox bəylərlə birlikdə
İran şahının tərəfinə keçərək İrana qaçdı və hakimiyyəti bərpa etmək üçün əlverişli
şərait gözləməyə başladı. 1831-ci il martın əvvəllərində Mir Həsən xan Rusiya-İran
sərhədlərinə yaxınlaşdı və martın 5-də 30 silahlı atlı ilə sərhəd çayı olan Astara çayını
keçərək Lənkəran tərəfə hərəkət etdi. Xanın gəlməsi xəbəri lap əvvəlcədən geniş
xarakter almışkəndli üsyanının başlanması üçün siqnal oldu: Talış  əyalətinin 8
mahalından 5-i həyəcanlarla əhatə olunmuşdu. Qafqaz ölkəsinin baş komandanı
Paskeviçin verdiyi məlumata görə, xanın dəstəsi martın 9-da artıq min atlıya çatırdı. Baş
komandan həyəcanla yazırdı: ―Bu kütlə hər gün onun (Mir Həsən xanın) yanına
yalançı vədlərlə yoldan çıxarılmış adamların gəlməsi ilə artırdı. Paskeviçin elə həmin
məlumatda etiraf etdiyi kimi, bu zaman ―Lənkəran xanlığının artıq bir çox mahalları
qiyama cəlb edilmişdi. Sonralar üsyançıların sayı rəsmi məlumatlara görə 2 min nfəri
ötmüşdü. Şamaxı komendantının Paskeviçin adına göndərdiyi 22 mart 1831-ci il tarixli
raportunda deyilirdi: ―Bütün Lənkəran xalqını qiyama təhrik edən Mir Həsən xan 2
mindən çox atlı və piyadaya malikdir.
Hərəkatda rəhbər rol oynayan bəylərlə yanaşı, kəndlilər,dövlət və sahibkar
rəiyyətləri, əkərlər, nökərlər də iştirak edirdilər. Təhkimçi dövlət tərəfindən amansız
istismar olunan, müstəmləkə zülmünün yaradılmış bütün ağırlığını hiss edən kəndlilər
nifrətlə mütləqiyyət siyasi şüurun şüası ilə işıqlandırılmayan kortəbii partlayış,
müstəmləkəçilərin sistem həddinə çatdırılmış kütləvi soyğunçuluqlarına və
özbaşınalıqlarına, çarizmin ağır vergi zülmünə qarşı yönəldilmiş silahlı etiraz idi.
Kəndlilər vəd verməklə xəsislik etməyən xan və feodalların sözlərinə inanaraq, qələbə
çalacaqları təqdirdə yaxşı güzəran əldə edəcəklərini güman edridilər.
Beləliklə, Talış üsyanı, hər şeydən əvvəl, artıq hər yerdə keçmiş xanlıqların
yerində yaradılmış hərbi müstəmləkə idarə sisteminə qarşı çevrilmikşdi. Bu sistem
kəndlilərin ölkənin torpaq fondunun böyük hissəsinin mülkiyyətçisi olan çar dövlət
xəzinəsinin xeyrinə hədsiz dərəcədə amansızlaşan istismaredilmə metodları ilə bağlı


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə