Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   48   49   50   51   52   53   54   55   ...   107

10
Xam ipəyin bir hissəsi, başlıca olaraq, Şamaxı  şəhərində və onun ətrafındakı
kəndlərdə yerləşən yerli ipəktoxuma müəssisələrində emal olunurdu; ipəyin az bir
hissəsi xaricə, əsasən Fransaya ixrac edilirdi. Azərbaycan xam ipəyinin əsaə hissəsi isə
Rusiyaya daşınırdı. Onu Nijni-Novqorod yarmarkasına və Moskvaya göndərirdilər.
Artıq XIX yüzilliyin 30-cu illərin sonuna yaxın rus ipək sənayesi olaraq,
Zaqafqaziyadan göndərilən xammalın hesabına işləyirdi. Həmin dövrdə Moskva və
onun ətrafındakı fabriklərdə emal olunmuş xam ipəyin 5/8 hissəsindən çoxu
Zaqafqaziyanın, başlıca olaraq isə, Azərbaycan ipəyinin payına düşürdü.
40-50-ci illərdə Azərbaycandan xam ipək daşınması artmaqda davam edirdi. 50-ci
illərin əvvəllərində Zaqafqaziyada istehsal olunan 30-35 min pud xam ipəkdən 2/3-si
Rusiyaya aparılır, 1/4-i yerlərdə sərf olunur, qalanı (təxminən 8 faizi) xaricə ixrac
edilirdi. Beləliklə, Rusiya işğalından sonra Azərbaycan iqtisadiyyatında ipəkçilik
inkişaf etməkdə olan rus ipək sənayesi üçün xammal tədarükçüsü kimi müstəsna olaraq
əmtəə əhəmiyyəti kəsb etdi.
Bu dövrdə tütünçülük də  əmtəə istehsalı sahəsinə mevrilirdi. 30-cu illərin
əvvəllərində tütün Azərbaycanın ancaq 4 əyalətində becərildiyi halda,40-cı illərin
ortalarında bununla artıq 8 qəzada məşğul olurdular. Tütün istehsalının həcmi xeyli
artsa da, əldə olunan tütünün miqdarı çox deyildi. Lakin bu sahədə istehsalın əmtəəliyi
kifayət qədər yüksək idi. Məsələn, 1845-vi ildə 8 qəzada toplanılmış 4 min puddan bir
qədər artıq tütünün 2 min puda qədəri satışa getmirdi.
Rusiya bazarında yüksək keyfiyyətli tütün növlərinə təlabat xaricdən gətirilmiş ən
yaxşı tütün növlərinin – Havana, Alban və Perqam növlərinin Azərbaycanın iqlim
şəraitində əldə edilməsi üçün bir sıra bölgələrdə onlatrın becərilməsinə marağı artırdı.
Texniki bitkilərdən qızılboya istehsalı daha böyük əhəmiyyətə malik idi. Onun
köklərindən yüksək keyfiyyətli təbii boyalar hazırlanırdı. Qızılboya Azərbaycanda
qədimdən istehsal olunurdu. O hələ orta əsrlərdə Azərbaycan parçalarına, xalçalarına və
digər məmulatlarına dünya şöhrəti qazandırmışdı. Ötən yüzilliyin 40-cı illərində qızıl
boyaya sənaye tələbatı artdı. Azərbaycan qızıl boyasının yaxşı keyfiyyətinə  əmin olan
rus sənayeçiləri Xəzər dənizinin qərb sahillərində bu bitkinin plantasiyalarının
genişlənməsi və istehsalın artmasında fəal içtirak edirdilər. 1851-ci ilə qədər
Azərbaycan və Dağıstanda qızıl boya becərilməsi əsaslı surətdə mənimsənilərək,


11
iqtisadi həyatın sərfəli və gəlirli sahələrindən birini təşkil edirdi. O zaman Rusiyaya 120
min puddan 140 min pudadək qızılboya kökü aparılırdı. Azərbaycanda qızılboya başlıca
olaraq Quba, Şamaxı və Lənkəran qəzalarında becərilir, Bakıdan, Niyazabad limanından
və Dərbənddən ixrac olunurdu. 1851-ci ildən 1860-cı ilədək qızılboya istehsalının
başlıca mərkəzində Quba qəzasında 2,762 min manatlıq 334,5 min pud qızılboya kökü
istehsal olunmuş və Nijni-Novqorod yarmarkasına aparılmışdı. Azərbaycan qızılboya
istehsalı üzrə Rusiya toxuculuq sənayesinin ehtiyaclarını təmin edən sırf ticarət
xarakterli kənd təsərrüfatı sahəsi idi. 50-ci illərdə Moskva yaxınlığında xüsusu olaraq
Xəzər sahillərindən gətirilən qızılboyanın emalı üçün fabrik tikildi. Azərbaycan
qızılboyası özünün yüksək keyfiyyətilə xarici boyaqların rus bazarında müvəffəqiyyətlə
sıxışdırıb çıxarır, hətta xaricə də ixrac olunurdu.
Digər texniki bitkinin – pambığın istehsalında vəziyyət başqa cür idi.
Azərbaycanın Rusiya tərəfindən işğalı illərində pambığın istehsalı azaldı. 30-cu illərin
əvvəllərində burada cəmisi 11,5 min pud pambıq becərilirdi. 30-cu illərin ortalarında
hökumət tərəfindən bu qiymətli bitkinin inkişafı üçün bəzi tədbirlər görüldü və uzunlifli
Misir və Braziliya pambıq növlərinin Zaqafqaziyada tətbiq olunmasına səy göstərildi.
Qarabağ və  Şəki əyalətlərində xəziknə pambıq plantasiyaları yaratmaq üçün cəhdlər
göstərildi. Lakin 40-50-ci illərdə pambıqçılıqda istehsalın həcmi hələ də çox məhdud
idi. 1845-ci ildə Azərbaycanın 8 qəzasında səpilmiş çiyidin çəkisi cəmisi 1,3 min puda
bərabər idi.
Bu dövrdə düyü, buğda və digər dənli bitkilərin baha olduğu bir şəraitdə pambıq
becərilməsinin iqtisadi cəhətdən əlverişli olmaması, habelə ucuz xarici və rus fabrik çit
parçalarının diyarda geniş yayılması pambıqçılıqda durğunluğa səbəb olmuşdu.
Qədimdən bəri ancaq Abşeron yarımadasında yetişdirilən zəfəran təsərrüfatı da
kəskin tənəzzül dövrü keçirirdi. Maliyyə nazirliyinin tapşırığı üzrə yaradılmış ―Cənubi
Qafqaz Rusiya torpaqlarının statistika, etnoqrafiya, topoqrafiya və maliyyə baxımından
xülasəsiǁnin tərtibçiləri qeyd edirdilər ki, zəfəranın becərilməsi ilə  ən çox Bakı
əyalətində məşğul olurdular. 5-6 kənd istisna olmaqla Abşeronun bütün kəndlərində bu
bitki əhalinin mühüm gəlir mənbəyini təşkil edirdi. 30-cu illərin əvvəllərində zəfəranın
illik istehsalı 1000 puda çatırdı və kəndlilər onun satışından 360 min manat pul


12
götürürdülər. Zəfəranı  İran və Həştərxana aparıb satan tacirlər 200 min manat gəlir
götürürdülər.
Lakin 40-cı illərdə zəfəran istehsalı azalmağa başladı. 361 pud zəfəranın yığıldığı
1846-cı il istisna olmaqla onun illik istehsal 120 puddan yuxarı yığıldığı 1846-cı il
istisna olmaqla onun illik istehsalı 120 puddan yuxarı qalxmırdı. Bu vəziyyət onunla
izah olunurdu ki, zəfəran təsərrüfatının mənafeyi çarizmin iqtisadi siyasətinin ümumi
xəttinə uyğun gəlmirdi. Yerli əhali və tacirlərin gəlir mənbəyi olan bu sahə çar
xəzinəsinə heç bir xeyir vermirdi. 30-40-cı illərdə üzümçülük və bağçılıqla
nəzərəçarpacaq artım müşahidə olunur, üzüm və meyvə bağlarının sayı çoxalırdı. 1849-
cu ildə Azərbaycanın 6 qəzasında 21413 meyvə və üzüm bağı var idi. Lakin şərabçılıq
zəif inkişaf etmişdi. 30-cu illərin əvvəllərində Mədrəsə və Gürcüvan kəndlərində 16 min
vedrədən çox çaxır və 2 min vedrəyədək araq istehsal edilmişdi. 40-cı illərin ortalarında
Şəki qəzasında çaxır istehsalı təxminən 14 min vedrə, araq istehsalı isə təxminən 3 min
vedrə olmuşdu. 30-50-ci illərdə bostançılıq da geniş yayılmışdı. O, başlıca olaraq yerli
əhalinin ehtiyaclarını ödəyir və kənd təsərrüfatının zəif inkişaf etmiş əmtəə sahələrindən
biri olaraq qalırdı. Lakin burada da bəzi dəyişikliklər baş verirdi. 40-50-ci illərdə
Azərbaycanda rus köçkünləri tərəfindən buraya gətirilmiş kartof becərilməyə
başlanmışdı.
Beləliklə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra onun təsərrüfatının
inkişafında müəyyən yüksəliş baş verdi. Lakin bu inkişaf birtərəfli gedirdi, yəni başlıca
olaraq, xammal istehsal olunurdu. Bu da ölkə iqtisadiyyatının müstəmləkə xarakterinin
göstəricisidir. XIX yüzilliyin 30-50-ci illəri sosial-iqtisadi həyata mühüm dəyişikliklərin
müəyyənləşdiyi dövrdür. İqtisadiyyatın bəzi sahələri, xüsusən də texniki bitkilər
istehsalı Mərkəzi Rusiyanın tərəfindən irəli sürülən sənaye tələbatını, habelə yerli
şəhərlərin tələblərini ödəməyə yönəldilmişdi, kənd təsərrüfatı məhsulları  əmtəə
xarakteri almağa başlayırdı.
MÜSTƏMLƏKƏ  VƏ  FEODAL  ƏSARƏTİ  ƏLEYHİNƏ  ÇIXIŞLAR
 QUBA  ÜSYANI


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə