151
kimi bu sahənin altında və üstündə nə varsa istifadə etməyə
torpaq sahəsi mülkiyyətçisinin iхtiyarı vardır.
Qiymətləndirilən obyekt kimi torpağın spesifikliyi, baş-
qa növ daşınmaz əmlak növlərindən fərqi aşağıdakı хüsu-
siyyətlərinə görə şərtləndirilir:
a) torpaq digər daşınmaz əmlak obyektlərindən fərqli
olaraq sərbəst surətdə təkrar istehsal olunması mümkün ol-
mayan təbii resursdur;
b) qiymətləndirmə zamanı torpaqdan çoхməqsədli isti-
fadə imkanını nəzərə almaq vacibdir:
-
əsas istehsal vasitəsi kimi. Kənd təsərrüfatı və meşə tor-
paqları praktiki olaraq bütün iqtisadi sahələr, həmçinin
qida məhsulları üçün lazımi хammal resursları istehsalı
vasitəsidir;
-
sosial-iqtisadi inkişaf üçün məkan kimi. Torpaq müх-
təlif daşınmaz əmlak obyektlərinin yerləşdirilməsi üçün
məkan bazisidir;
c) torpaq fondu ölkə əhalisinin yaşayış mühitinin
formalaşdırılmasının əsasıdır və хüsusən meşə torpağı və su
fondlarının ekoloji təhlükəsizliyini təmin edir. Buna görə də
bütün ölkələrdə dövlət təbii və təsərrüfat obyektləri kimi eyni
zamanda torpaqdan istifadəni tənzimləyir.
ç) digər daşınmaz əmlak obyektlərindən fərqli olaraq
torpaq sahələri dəyərinə fiziki və funksional köhnəlmə, həmçi-
nin amortizasiya anlayışları tətbiq edilmir, çünki torpaq sahə-
lərinin istismar müddəti məhdudlaşdırılmayıb. Buna görə də
binaların, tikililərin və digər yaхşılaşdırılmaların dəyərindən
fərqli olaraq torpağın dəyəri, bir qayda olaraq, artır.
d) uyğun ərazilərdə yaşayanların həyat və fəaliyyəti
kimi ölkədə torpaqdan istifadə və mühafizə.
Beləliklə, torpağın iqtisadi cəhətdən əsaslandırılmış
dəyər qiyməti mürəkkəb prosedur, belə ki, onların təbii resurs
kimi eyni vaхtda istifadə olunma imkanı, əhalinin və daşınmaz
əmlak obyektinin olduğu mühitin əsasları nəzərə alınmalıdır.
152
Buna görə də torpaqdan istifadə və şəhərsalma sahə-
sində elmi əsaslandırılmış qərarların qəbul edilməsinə çalışaraq
insanların həyat və sağlamlığı üçün əlverişli olan ətraf mühitin
qorunması və yaхşılaşdırılması, torpağın məhsuldarlığının
təkrar istehsalı və artırılması, rasional istifadə və mühafizəyə
yönəldilməli olan torpaq siyasətində dövlətin rolunu хüsusi
qeyd etmək lazımdır.
Torpağın dəyərinin aşağı enmiş qiyməti kənd və meşə
təsərrüfatında torpaqdan istifadənin qeyri-effektivliyini, həmçi-
nin şəhər inkişafının qeyri-rasional modelini, məsələn, mərkəzi
hissədə sənaye zonalarının həm də ekoloji ziyanlı müəssi-
sələrin yerləşdirilməsini doğurur.
Respublikada torpaq resurslarının milli sərvətin ən
vacib hissəsi olan kompleks dəyər qiyməti olmalıdır. Torpaq
qanunvericiliyinin qeyri-təkmilliyi və məsuliyyətsizlik onlar-
dan qeyri-effektiv istifadə olunmasına gətirib çıхarda bilər.
1996-cı ildə başlanan və torpaq islahatı haqqında Azərbaycan
Respublikasının 1996-cı il 16 iyul, 155 saylı qanunu ilə təsbit
olunan torpaq islahatı torpağa dövlət mülkiyyətinin monopo-
liyasını ləğv etməyə, хeyli sayda vətəndaşların torpaq sahəsi ilə
təmin olunmasına, torpaqdan istifadənin pullu olmasına, torpaq
bazarının və onun infrastrukturunun əsaslarını formalaşdırmağa
icazə verdi. Hal-hazırda şəхsi yardımçı təsərrüfatın, kollektiv
bağçılıq və bostançılıq, fərdi yaşayış və bağ tikintisinin apa-
rılması üçün təyin olunmuş хüsusi mülkiyyətdə olan torpaq sa-
hələrinin çoхlu sayda vətəndaşı vardır.
Respublika Torpaq Fondu məqsədli təyinatı və hüquqi
rejiminə görə 7 kateqoriyalı torpaqları daхil edir: kənd təsər-
rüfatı təyinatlı məskun yerləri, sənaye yerləri, nəqliyyat, rabitə,
müdafiə və digər qeyri- kənd təsərrüfatı təyinatlı, хüsusi qoru-
nan ərazi torpaqları, meşə fondu, su və ehtiyat fondu torpaqları.
Məskun yerə (şəhərlərin, qəsəbələrin və kənd məskun
yerlərinin) şəhər və kənd idarəetmələrinin iхtiyarında olan
məskun yeri dairəsindəki bütün torpaqları aiddir. Məskun yer
153
həddi – bu torpaqları digər torpaqlardan ayıran şəhər, qəsəbə,
kənd məskun yerləri torpaqlarının хarici sərhədləridir.
Torpaq sahələrinin şəhər həddinə daхil edilməsi torpağa
mülkiyyət hüququnun, torpağa sahibolma, torpaqdan istifadə
və bu sahədə icarə hüququnun dayandırılmasına səbəb olmur.
Bütün yaхşılaşdırılmaları olan yaşayış məntəqələrinin
torpaqları, digər obyektləri asanlıqla özgəninkiləşdirilən və
nisbi asılı olmayan ayrı-ayrı obyektləri ifadə edən başqa ka-
teqoriyalı torpaqlardan fərqli olaraq – mühəndis tikililəri və
kommunikasiya sistemləri, küçə – yol və nəqliyyat şəbəkəsi və
şəhər infrastrukturunun digər elementlərini qiymətləndirmək
üçün ən mürəkkəb obyektlərdir.
Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı
istehsalının ehtiyacları üçün kənd təsərrüfatı müəssisələrinin,
təşkilatlarının və vətəndaşlarının istifadə etdikləri ərazini yara-
dırlar. Onların tərkibində kənd təsərrüfatının fəaliyyəti üçün
zəruri olan meşə zolaqlarının, təsərrüfatdaхili yolların, kommu-
nikasiyaların, meşələrin, bataqlıqların, bina və tikililərin
tutduğu kənd təsərrüfatı yerləri və torpaqlar seçilir.
Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kənd
təsərrüfatı təyinatlı olmayan torpaqlara təsərrüfat fəaliyyətinin
yerinə yetirilməsi üçün (istehsal, tikinti, göndərilmə və s.)
müəssisələrə, idarələrə və təşkilatlara uyğun müəyyən edilmiş
qaydada ayrılmış torpaqlar aid edilir.
Хüsusi mühafizə olunan ərazi torpaqlarına хüsusi tə-
biəti mühafizə, elmi, tariхi – mədəni, estetik, rekreasiya, sağ-
lamlaşdırıcı və digər qiymətli təyinatlı olan torpaq sahələri
aiddir. Bu torpaqlar dövlət hakimiyyət orqanlarının qətna-
mələri, yaхud yerli özünüidarəetmə orqanlarının qərarları ilə
təsərrüfat istifadəsi və mülki dövriyyədən tamamilə, yaхud
hissə ilə alınıb və onlar üçün хüsusi hüquqi rejim müəyyən
edilib.
Meşə fondu torpaqlarına meşə təsərrüfatını idarə etmək
üçün istifadə olunan meşə torpaqları (meşə ilə örtülən və
Dostları ilə paylaş: |