Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə31/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

 
 
96 
 
 Morfoloji  kriteri  –  növlərin  xarici  və  daxili 
quruluşlarında  olan  fərqlərə  görə  müəyyən  olunur. 
Adətən, xarici görünüşünə görə bir növü digərindən 
fərqləndirmək  mümkündür.  Məsələn,  qarağat  cin-
sinin meyvələrinin rənginə, çiçək qrupunun yerləş-
məsinə görə bir-birindən fərqlənən qara  qırmızı 
qarağat kimi növləri vardır.  
Morfoloji  kriteri  çox  əlverişli  və  asan  olduğu 
üçün  uzun  müddətdir  ki,  ondan  istifadə  edilir. 
Morfoloji    əlamətlər  heç  də  həmişə  növün  təyini 
üçün etibarlı kriteri olmur. Bəzən bu kriteriyə görə 
növü  fərqləndirmək  çətinlik  törədir.  Müəyyən 
olunmuşdur  ki,  bəzən  zahiri  cəhətdən  oxşar  orqa-
nizm  qrupları  ayrı-ayrı  növlərə  məxsus  ola  bilər.
 
Belə ki, təbiətdə bəzi hallarda bir-birindən morfoloji 
cəhətdən seçilməyən və yalnız xromosom yığımına 
görə fərqlənən əkiz növlərə (məsələn, qara siçovulun 
iki  əkiz  növü  məlumdur)  də  rast  gəlinir.  Bundan 
başqa, bəzən eyni növün erkək və dişi fərdləri,  eyni 
növə mənsub ev göyərçinləri cinsləri,  kəpənək və 
onun  tırtılı  bir-birindən  morfoloji  xüsusiyyətlərinə 
görə  kəskin  fərqləndikləri  üçün  onları  morfoloji 
kriteri ilə müəyyənləşdirmək mümkün deyil. 
Genetik kriteri – növlərin xromosom yığımında 
olan  fərqlərə  görə  müəyyən  edilir.  Hər  bir  növün 
özünəməxsus sayda, ölçüdə, formada xromosomları 
olur.  Morfoloji  cəhətdən  bir-birindən  fərqlənməyən 
qara siçovulun 38 və 42 xromosom yığımlı növləri 
bu  kriteri  ilə  müəyyən  edilmişdir.  Lakin  genetik 
kriteri  ilə  də  bəzən  növü  dəqiq  müəyyənləşdirmək 
olmur. Belə ki, sağlam insanda 46 xromosom olduğu 
halda, Daun sindromu olan insanlarda 47 xromosom 
olur.  
Fizioloji  kriteri  –  növlər  arasında  olan  həyat 
proseslərində,  xüsusən  çoxalmada  olan  fizioloji 
fərqlərə  görə  müəyyən  edilir.  Hər  bir  növ  arasında  fizioloji  təcridlər  mövcud 
olduğundan bir növ digəri ilə çarpazlaşmır, əgər belə çarpazlaşma baş verərsə, alınan 
nəsil,  adətən,  dölsüz  olur.  Lakin  təbiətdə  bəzən  ayrı-ayrı  növlərə  mənsub  fərdlər 
(sarıbülbül,  alacəhrə,  qovaq  və  söyüdün  bəzi  növləri)  çarpazlaşaraq  döllü  nəsil 
verdikləri üçün bu kriteri də mütləq olmur.
  
 
Coğrafi  kriteri  –  hər bir növün  müəyyən  coğrafi ərazidə  yaşaması və  coğrafi 
areal  tutmasına  əsaslanır.  Bununla  yanaşı,  bəzən  kosmopolit (hər yerdə yayılan) 
növlərə (məsələn, dam sərçəsi, boz siçovul) də rast gəlinir. Həmin növlərin isə dəqiq 
yayılma sərhədi olmadığı üçün bu kriteri də ayrılıqda özünü doğrultmur.  
Qarağat növləri 
Əkiz növlər 
Morfoloji cəhətdən bir-birindən 
fərqlənməyən qara siçovulun 38 və 
42 xromosom yığımlı növləri
 
38 xromosomlu 
42 xromosomlu 
Genetik kriteri ilə bəzən növü dəqiq 
müəyyən etmək olmur.  
Paxlalıların əksər növlərinin xromosom
yığımı 22-dir. 
Yonca 
Paxla 


 
 
97 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

Ekoloji  kriteri  –  növün  müəyyən  ekoloji  mühit  şəraitində 
yaşamasına  əsaslanır.  Növlər  müəyyən  həyat  şəraitində  yaşa-
mağa uyğunlaşmışlar. Məsələn, dalayıcı qaymaqçiçəyi çəmən və 
tarlalarda,  sürünən  qaymaqçiçəyi  çay  və  nohurların  kənarında, 
yandırıcı qaymaqçiçəyi isə bataqlıqlarda bitir. Lakin dəqiq eko-
loji uyğunlaşmaya malik olmayan növlərə də rast gəlinir. Bunlara insanlarla birgə 
yaşayan tarakanlar, milçəklər, siçanlar və ev heyvanları, bəzi alaq otları da aiddir. 
Bu səbəbdən ekoloji kriteri də bəzən mütləq olmur. 
Biokimyəvi kriteri – növləri biokimyəvi parametrlərinə, yəni zülal və nuklein 
turşularının tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Lakin bu kriteri 
çox əziyyətli və qeyri-universal olduğu üçün  öz geniş tətbiqini tapa bilməmişdir.  
Bundan başqa, bəzən növ daxilində baş verən mutasiyalar (irsi dəyişkənliklər) 
nukleotidlərin zəncirdən düşməsinə səbəb olur ki, bu da yeni zülalın və son nəticədə 
yeni əlamətin yaranmasına gətirib çıxarır. Buna görə biokimyəvi kriteri bəzi hallarda 
özünü doğrultmur.  
Beləliklə, heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Ona görə 
də  növü  müəyyənləşdirmək  üçün  bütün  kriterilərin  cəmindən  istifadə  etmək  la-
zımdır. 
 
 
1. Uyğunluğu müəyyən edin: 
A) Fizioloji kriteri   
B) Genetik kriteri  
C) Morfoloji kriteri  
D) Coğrafi kriteri 
E) Ekoloji kriteri 
F) Biokimyəvi kriteri 
2. Əlamətlərin nömrələrini cədvəlin müəyyən xanalarında qeyd edin. 
1) kələm hüceyrələrinin nüvəsində 18 xromosom olur   
2) adi şam işıqsevən bitkidir   
3) qış sükunəti zamanı qonur ayının maddələr mübadiləsi 
zəifləyir  
4) ağcaqayının yarpaqları sadədir, damarlanması torvarıdır  
5) insan qanında qlükozanın miqdarı 80–120 mq/dl 
(1dekalitr=10l);  
6) ağ ayı arktik zonada yaşayır     
7) şimpanzenin hüceyrələrində 48 xromosom olur   
8) aptek birəotunun çiçək qrupu səbətdir, dilcikşəkilli 
çiçəkləri ağ rəngdədir  
9) soxulcanın qan-damar sistemi qapalıdır  
10) qarğı su hövzələrinin kənarında bitir  
11) insanın qanında zülallar plazmanın 7–8%-ni təşkil edir  
12) fındıq ağacı erkən yazda çiçəkləyir 
13) hemoqlobində bir aminturşunun digəri ilə əvəz olun-
ması eritrositlərdə dəyişikliyə səbəb olur 
Morfoloji kriteri 
 
Genetik kriteri 
 
Fizioloji kriteri 
 
Coğrafi kriteri 
 
Ekoloji kriteri 
 
Biokimyəvi kriteri 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
a)  Zülal və nuklein turşularının tərkibi və quruluşu 
b)  Müəyyən ərazidə yayılması 
c)  Həyat fəaliyyəti proseslərində oxşarlıq 
d)  Xarici quruluşuna görə 
e)  Xromosom yığımı 
f)  Müəyyən mühit şəraitində yaşaması 
• 
kriteri 
• 
əkiz növlər 
A ç a r   s ö z lə r  


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə