_______________Milli Kitabxana________________
görmüşdür. Qüdrətli saz ustasının yanında keçən illər səmərəsiz qalmamış, Alının
sədası tezliklə Qızılvəngdən, Göyçənin hüdudlarından çox-çox uzaqlara yayılmışdır.
Aşıq Alının həyatı ilə bağlı əldə olan məlumatlar təxminən yuxarıdakıları
təkrarlayır. Məsələn, folklorşünas alim M.Həkimov yazır. "Tədqiqatçılar bu böyük saz-
söz sərrafının 1800-1801-ci ildə Göycə mahalının Qızılvəng kəndində yoxsul kəndli
Mirzə kişinin kasıb komasında dünyaya göz açdığını, ailəyə səadət gətirdiyini
söyləyirlər".
1
Mürsəl Həkimovun verdiyi bilgidən Aşıq Alının anasının adının Fatma,
həyat yoldaşının adının Bəsti olduğu aydınlaşır
2
.
İ.Ələsgər də Aşıq Alını XIX əsrdə yetişmiş məşhur aşıqlardan sayır: "O, təxminən,
1800-cü ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya göz açmışdı. Onun atası
Mirzə əkinçiliklə məşğul olan kasıb bir kəndli imiş. Alı cavan vaxtlarından saza-sözə
maraq göstərmiş, aşıq olmaq üçün Göyçənin Kərkibaş kəndində yaşayan Ağ Aşığa bir
neçə il şəyirdlik eləmiş və bu sənətə yiyələnmişdir. O da özündən sonrakı birçox
aşıqlara müqəddəs saz sənətinin sirlərini, incəliklərini öyrətmiş, kamil sənətkar kimi
püxtələşməsində mühüm rol oynamışdır. Məşhur Aşıq Ələsgər də Aşıq Alının
yetişdirdiyi şəyirdlərdəndir.
3
V.Vəliyevin "Azərbaycan folkloru" kitabında qeyd
etdiyinə görə, Aşıq Alı Şəmkirli Aşıq Hüseynin müasiri olmusdur. O, 1801-ci ildə
anadan olmuş, 1911-ci ildə vəfat etrmşdir. Bundan başqa, Aşıq Alının 1894-cü ildən
sonra kor yaşadığı göstərilir
4
.
Aşıq Ələsgərlə bağlı tədqiqatlarda onun ustadı ilə deyişməsi əhvalatı müxtəlif
variantlarda verilsə də, Aşıq Alı haqqında məhdud məlumatları bir qədər genişləndirir.
Folklorşünas H.Əlizadənin yazdığına görə Aşıq Ələsgər ustadı Aşıq Alı ilə toy, nişan
məclislərinə gedəndə bəzən onun dediklərinə qulaq asmaz, öz şeirlərini oxuyarmış.
Ələsgərin bu hərəkəti ustadının xoşuna gəlməzmiş, bu hərəkəti tərgitmək üçün ona
nəsihətlər edərmiş. Bir gün yenə böyük bir toy məclisində ustadla şəyird arasında söz
olur. Aşıq Alının sözü Ələsgərə dəyir. Ələsgər acıqlanır. Ustadı ilə dəyişməyi qərara
alır. Məclis iki tərəfə ayrılır: bir tərəf Aşıq Alını, o biri tərəf Aşıq Ələsgəri müdafiə
edir. Ustad-şəyird bir-birilə deyişir, aralarında çox hərbə-zorbalar, ustadnamələr,
divanilər, təcnislər və dodaqdəyməzlər deyilir. Nəhayət, Ələsgər bədahətən məşhur və
indiyə qədər heç bir aşıq tərəfindən qabağı söylənməmiş, "A yağa-
M.Həkimov. Aşıq Alının sazlı, sözlü dünyası (Anadan olmasının 180-ci ildönümü qarşısında).
"Sovet Ermanistanı" qəz., 1981.
Yenə orada.
Sazlı-sözlü Göyçə (Toplayanı, tərtib edəni və ön sözün müəllifi İ.Ələsgər). B., 1999, s. 16.
V.Vəliyev. Azərbaycan folkloru. B., 1985, s.201.
_______________Milli Kitabxana________________
yağa" rədifli təcnisini söyləyir. Aşıq Alı Aşıq Ələsgərə cavab verə bilmir, məclisi
buraxıb gedir. Bu hadisədən sonra Ələsgər ustadından ayrılır, özü müstəqil bir sənətkar
olaraq aşıqlığa başlayır. Ələsgər ustadını bağlaması nəticəsində geniş kütlə arasında
daha böyük şöhrət qazanır. Onun yanına yaxın-uzaq yerlərdən şəyirdlər gəlir.
Kitabın son nəşrində (1963-cü il nəşri nəzərdə tutulur - H.İ.) isə həmin əhvalat
aşağıdakı kimi verilmişdir: "Aşıq Alı Ələsgəri tam yetirib hazırladıqdan sonra bir toy
məclisində onunla deyişir, el icində hörmətini qaldırıb şöhrətləndirmək məqsədilə
məğlub olmuş bir aşıq kimi öz sazını da ona təhvil vermək istəyir. Ələsgər isə onun bu
xeyirxah hərəkətilə razılaşmayaraq:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar.
təcnisini deyir".
2
Əhvalatın hər iki variantı "Azərbaycan şifahi xalq ədəbiyyatı" dərsliklərində
təkrarlanır.
3
Başqa bir rəvayətdə isə Aşıq Alı ilə Ələsgər arasında üç gün deyişmə
getdiyindən danışılır. Bu deyişmənin səbəbi Göycə mahalında aşıqların çoxalması idi.
Həqiqi aşıqları meydana çıxarmaq, aşıqlıq sənətindən xəbərdar olmayanlara
birdəfəlik saz götürməyə icazə verməmək məqsədi ilə bir növ imtahan keçirilir.
Aşıqları imtahan edən isə Aşıq Alı olur. Bütün aşıqlar imtahandan keçirilir, o məclisdə
yalnız Ələsgər iştirak etmir. Aşıq Alıdan soruşurlar ki, siz şəyirdlərinizdən kimə
üstünlük verirsiniz? Aşıq Alı Ələsgərin adını çəkir. Ələsgəri məclisə dəvət edirlər.
Ustad ilə şəyird olduqca ehtiyatla, hörmətlə deyişirlər. Onların deyişməsi yalnız
sənətkarlıq, şeir texnikasını bilmək yolu ilə gedir. Deyişmənin qıfılbəndindən istifadə
olunmur, dini tapmacalar işlədilmir. Aşıq Alı "Görəydim" rədifli bir qoşma deyirsə,
Ələsgər də həmin rədifli qoşma ilə ona cavab verir. Məclis qızışır, şairlər coşur,
qoşmadan gəraylıya, gəraylıdan müxəmməsə və təcnisə keçirlər, bu zaman Ələsgər özü
də bilmədən vaxtilə Qurbani, sonra isə Abbas Tufarqanlı tərəfindən yaradılan,
"Şərxata" adı ilə məşhur olan bir təcnis deyir. Aşıq Alı onun təcnisinə cavab verə
bilmir, öz sazını şəyirdinə verir və onun alnından öpür. Bundan sonra Ələsgərin şöhrəti
bütün Azərbaycana yayılır.
4
Aşıq Ələsgər (Toplayanı H.Əlizadə). B., 1937, s.5-6; P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı.
B., 1981, s.213-214.
P.Əfəndiyev. Göstərilən əsəri, s.214.
P.Əfəndiyev. Göstərilən əsəri. s.213-214; İ.Babayev, P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı.
B., 1970, s. 188-189.
V.Vəliyev. Göstərilən əsəri, s.218.
Dostları ilə paylaş: |