_______________Milli Kitabxana________________
AŞIQ ALI
ƏSƏRLƏRİ
"AVRASİYA PRESS"
BAKI-2006
_______________Milli Kitabxana________________
Bu kitab "Aşıq Alı. Şerlər" (Bakı, Azərnəşr, 1975) və "Aşıq Alı. Şerlər" (Bakı,
Yazıçı, 1982) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır.
Tərtib edəni və
ön sözün müəllifi:
Hüseyn İsmayılov
894.3611-dc22
AZE
Aşıq Alı. Əsərləri. Bakı, "Avrasiya press", 2006, 192 səh.
Kitaba böyük el sənətkarı aşıq Alının ictimai-əxlaqi, mənəvi-psixoloji
mündəricəli əsərləri - gəraylıları, qoşmaları, divaniləri, təcnisləri, habelə ona həsr
olunmuş üç rəvayət-dastan daxil edilmişdir.
ISBN10
9952-421-82-4
ISBN13 978-9952-421-82-8
© AVRASİYA PRESS, 2006
_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________
ÖN SÖZ
Azərbaycan mədəniyyətində zəngin ideya-estetik keyfiyyəti ilə seçilən aşıq
sənəti keçdiyi tarixi inkişaf yolunda kifayət qədər böyük sənətkarlar yetişdirmişdir.
Belə korifey sənətkarların yetişdiyi aşıq mühitləri içərisində digər mühitlər üçün
genetik baza statusunda olan Göyçənin xüsusi yeri vardır. Kökləri və qaynaqları
dünyagörüş kimi əski türk inamlarına (əcdad kultuna, tanrıçılığa və islamın içində
yaranan türk sufi təriqətlərinə), musiqi sənəti kimi xalq-professional musiqisinə,
ədəbiyyat kimi el şairliyinə bağlanan aşıq sənəti onun Göyçədə öz ilkinliyini və
təbiiliyini daha çox qorumaqla yanaşı, həm də bütövlükdə Azərbaycan folklor
arealında xüsusi seçilən zirvə məqamına yüksəlib. Təbii ki, bunu hər şeydən öncə
təbiətin saflığı və cəmiyyətin səmimiliyi, inamın və dinin kamilliyi, ədəbiyyat və
musiqi ənənəsinin zənginliyi şərtləndirib.
Göyçə mahalı əsrlər boyu Azərbaycan xalqının saz və söz məbədgahlarından
biri olmuş, onun yetişdirdiyi istedadlı sənətkarlar poeziyamızın iftixarına
çevrilmişlər. Göyçə saz və söz sənətinin hansı əsrdə yaranması haqqında qəti və
dəqiq mülahizə söyləmək çətin olsa da, bu sənətin son 5-6 əsr ərzində daşıyıcısı
olan görkəmli şəxsiyyətlərin adlarını sıralamaq mümkündür. Oxşar sənət hadisəsi
kimi ozan sənətinin Göyçədə çox qədim zamandan mövcud olduğunu sübut edən
faktlar və dəlillər də məhdud kəmiyyətdə deyildir; bir tərəfdən Göyçədə Ozanlar
kəndinin mövcudluğunu, digər tərəfdən isə Ozan Cəlil, Ozan Heydər, Ozan
İbrahim kimi orta çağ Oğuz sənətçilərinin yaddaşlarda saxlanması faktı Göyçədə
sənət ənənəsinin məzmunca dəyişsə də, formaca fasiləsizliyindən xəbər verir.
Göyçədə müasir tipli aşıq sənəti Tanrı sevgisi ilə, mənəvi kamilləşmə və ruhi
saflaşma yolu ilə övliya, pir məqamına yüksəlmiş təriqət başçısı, mürşidlər mürşidi
Seyid Hüseyn (Miskin Abdal) babadan və onun müqəddəs ocağından qaynaqlanır.
"Göyçə aşıqlarının səsi uzun zamanlar Bəsrə, Bağdad, Hələb, Tehran, Buxara
üfüqlərində
gəzib-dolaşmış, hər yerdə
sonsuz hörmət və
məhəbbətlə
qarşılanmışdır. Göyçə aşıq əməyi Azərbaycan aşıq sənətini və ümumən aşıq ozan
sənətini bütöv bir ardıcıllıqla təkmilləşdirmiş, onu yeni-yeni saz-söz tapıntıları ilə
zənginləşdirmişdir".
1
Göyçədə çoxsaylı ustad aşıqlar səviyyəsində qəlibləşmiş, kanonik standartların
ciddi şəkildə gözləndiyi saz və söz ənənəsi mövcud olmuşdur. Bu ənənə XIX əsrdə
Ağ Aşıq (Allahverdi), Aşıq Alı və Aşıq Ələsgər kimi
M.Təhməzov (Elli). Ustad. "Sovet Ermənistanı" qəz., 17 noyabr 1981,№l38.
_______________Milli Kitabxana________________
vergili şəxsiyyətlərin, qutsal simaların sənət təcrübəsində və ədəbi irsində daha da
möhkəmlənib.
XIX əsr bütövlükdə Azərbaycan tarixində mürəkkəb bir dövrdür. Yaranışından azad
yaşayan türk insanı bu əsrdə işğala məruz qalıb; türk eli dağıdılıb, türk xalqı yağı əlində
qul edilib, türk mədəniyyət və mənəviyyatı ağır məhrumiyyətlərə düçar edilib və
nəticələri bu gün də müşahidə edilən mədəni-mənəvi, dini-ruhani deqradasiyaya
uğradılıb.
Müstəmləkə rejiminin doğurduğu ağır sosial şərait cəmiyyətin mənəviyyatında
sarsıdıcı izlər buraxıb. Bu çətin şərait qədim Ağ Hunların varisi Göyçə Oğuzlarının,
Qərbi azərbaycanlıların da həyatında öz təsirlərini göstərib.
Qərbi Azərbaycanın, o sıradan Göyçə mahalının "haylaşdırılması" prosesi də bu
dövrdən başlanır və rus imperiyasının türkə qarşı nifrət siyasətinin, qeyri-mədəni,
qeyri-intellektual rəqabət müstəvisində aparılan antitürk kampaniyasının nəticəsi kimi
reallaşır. Azərbaycanda qeyri-milli idarəçilik cəmiyyətin bütün səviyyələrində öz
eybəcər nəticələrini büruzə verir. Azərbaycanın Şərqdən ayrılması da, İslamın
"mürtəceləşməsi" də, Avropaya meyllənmə də bu dövrə təsadüf edir.
Eyni zamanda Azərbaycan milli şüurunun oyanması və milli azadlıq hərəkatının
ilkin rüşeymlərinin yaranması da XIX əsr Azərbaycan reallığının faktıdır. İmperiyanın
şiddətləndirdiyi sosial-mədəni və dini-ruhani fikir və duyğuların realizasiyasını da
sürətləndirmiş olur. Çünki sosial və mənəvi sıxıntıların doğurduğu ağrı hökmən sənət
və ədəbi fəaliyət sistemində öz geniş ifadəsini tapmalı idi. Əsasən mənəvi-ruhani
emosiyaların hiperbolik ifadəsi daha çox sosial rifahda və sosial düşkünlükdə reallaşır.
Azadlıq ideyası və azadlıq mücadiləsi bir tərəfdən yad rejimə silahlı müqavimət
göstərən Nəbi, Kərəm, Dəli Alı və bu kimi türk igidlərinin mübarizəsində geniş vüsət
almış qaçaqçılıq hərəkatında, digər tərəfdən isə türk ruhunun azadlığını qoruyan, onu
məhvdən xilas edən Ağ Aşığın, Aşıq Alının, Aşıq Ələsgərin saz və sözdə reallaşan
dini-ruhani və estetik informasiyasında yaşam hüququnu təmin edirdi. XIX əsr Göyçə
aşıq mühitinin görkəmli nümayəndəsi Aşıq Alının yaşadığı tarixi reallığın ümumi
mənzərəsi belə idi.
Aşıq Alı XIX əsrin başlanğıcında, təxminən, 1801-ci ildə Göyçə mahalının
Qızılvəng kəndində, sadə və yoxsul bir ailədə doğulmuşdur. Atası Mirzə kişi oğlunun
dərrakəli və həssas bir uşaq olduğunu çox tez hiss etmiş və onu oxutmağı qərara
almışdı. Alı mollaxanada təhsil aldığı müddətdə bir an belə sazı, aşıqların cövlan etdiyi
məclisləri unuda bilməmiş, gizli oxuduğu aşıq mahnıları, gözəl və məlahətli səsi
haqqında el-oba, qohum-əqrəba xəbər tutmuş və onların təşviqi ilə Mirzə kişi oğlunu
Ağ Aşığa şəyird vermişdir. Hələ ilk günlərindən şəyirdinin fitri istedada malik
olduğunu hiss edən Ağ Aşıq ona böyük həssaslıqla yanaşmış, az bir müddətdə Alıya
bütün saz havalarını öyrədərək ona sənət yollarında müstəqil addımlar atmağı məsləhət
Dostları ilə paylaş: |